Ermənistana casusluq edən şəxsə hökm oxundu
Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə baxışı gedişində dəlil və sübutlarla təsdiqini tapıb.
Hökmə əsasən, 43 yaşlı E.Məmmədov dövlətə xəyanətdə təqsirli bilinərək 17 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.
İstintaq zamanı verilmiş ittihama əsasən, E.Məmmədov Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirib.
Məmmədov maddi maraq müqabilində üçüncü ölkə ərazisində Ermənistan xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb, məxfi əməkdaşlığa cəlb edilib, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə məlumatlar toplanması barədə tapşırıqlar alıb, tapşırıqların icrası istiqamətində fəaliyyət göstərib, Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət etməklə Azərbaycanda təbii ehtiyatların istismarı, emalı və nəqli sahəsində fəaliyyət göstərən xarici şirkətlər haqqında, bəzi dövlət orqanlarında işə qəbul qaydaları barədə və sair məlumatlar toplayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 711 Tarix: 16 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKartdan-karta əməliyyatlara LİMİT QOYULDU - ANCAQ BU QƏDƏR...
Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. BİG.AZ -a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən ölkədə kartla əməliyyatlara ("card-to-card") limitlər tətbiq edilib. Limitlə
02.08.2026 474 Yaxın Şərqdə vəziyyət kritikləşir? - ABŞ-dən diqqətçəkən XƏBƏRDARLIQ
ABŞ-nin İsraildə və Yaxın Şərqin bəzi digər ölkələrindəki səfirlikləri bölgədə İranla gərginliyin gözlənilmədən kəskinləşə biləcəyi ehtimalı ilə əlaqədar ABŞ vətəndaşlarını mümkün təxliyəyə hazır olmağa çağırıb. xəbər verir ki, bu barədə "The Times of Israel" diplomatik nümayəndəliklərin yaydığ
02.08.2026 152 Azərbaycanda nağdsız ödənişlər il ərzində 17 %-dən çox artıb
Bu ilin iyun ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 17,3 % artaraq 9 milyard 902 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 8,575 milyard manatı (86,6 %-i) elektron ticarətin payına düşüb. Ödənişləri
02.08.2026 154 Kaliforniya günəş enerjisi istehsalında dünya rekordu müəyyənləşdirdi
May ayında ABŞ-nin Kaliforniya ştatında elektrik enerjisi istehsalında günəş enerjisinin payı 50%-i ötüb. Bu göstərici iri enerji sistemi üçün dünya praktikasında ilk belə hal ola bilər. xəbər verir ki, bu barədə "Los Angeles Times" Britaniyanın "Ember" analitik mərkəzinə istinadə
02.08.2026 157 Moskvada restorana bomba aparan qadının törətdiyi partlayışda ölənlərin sayı artdı
Moskvanın mərkəzində yerləşən "Balzi Rossi" restoranında baş verən partlayış nəticəsində həlak olanların sayı beş nəfərə çatıb. xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, yaralılardan daha iki nəfər xəstəxanada vəfat edib. Hazırda altıda
02.08.2026 193 Rektor: Qarabağ Universiteti layiqli vətəndaş yetişdirmək missiyasını daşıyır
Qarabağ Universiteti yalnız müasir və peşəkar mütəxəssislər hazırlamır, eyni zamanda layiqli vətəndaş yetişdirmək missiyasını da daşıyır. "Report"un Zəngilana ezam olunan müxbiri xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Gənclərin VII Yay Düşərgəsinin açılış mərasimind
02.08.2026 143 Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
Nigerin cənub-şərqində, Çad gölü rayonunda silahlıların hücumu nəticəsində azı 14 hərbçi həlak olub. "Report" xəbər verir ki, bu barədə "ActuNiger" portalı məlumat yayıb. Məlumata görə, bir qrup silahlı Diffa bölgəsindəki ordu mövqelərinə hücum edib, lakin hücum dəf edilib. Geri çəkilə
02.08.2026 161 Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı -YENİLƏNİB+FOTO
Xalq şairi Nəriman Həsənzadə torpağa tapşırılıb. xəbər verir ki, Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn edilib. 11:54. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxal
02.08.2026 336 Ermənistanda spiker vəzifəsinə yeganə namizəd Ruben Rubinyandır
Ermənistan Milli Assambleyasının sədri vəzifəsinə yeganə namizəd olaraq Ruben Rubinyanın namizədliyi irəli sürülüb. "Report"un erməni mediasına istinadən verdiyi məlumata görə, hakim "Vətəndaş müqaviləsi" partiyasının 36 yaşlı namizədi əvvəlki parlament tərkibində Milli Assambley
02.08.2026 161