Azərbaycanda şaftalı bağlarının sığortalanmasına başlanılır

Azərbaycanda şaftalı bağlarının sığortalanmasına başlanılırAzərbaycanda 10 min hektar ərazidə şaftalı yetişdirilir və bu bağlar sürətlə genişlənir, təkcə 2023-cü ildə ölkədə 1 500 hektara yaxın yeni şaftalı bağı salınıb.

"Report" Aqrar Sığorta Fonduna (ASF) istinadən xəbər verir ki, ən böyük meyvəçilik zonası olan Quba-Xaçmaz iqtisadi rayonu şaftalı bağlarının sahəsinə görə birinci yerdədir. Belə ki, şaftalı bağlarının 5,8 min hektarı və ya 60 %-ə yaxını Quba-Xaçmazda yerləşir.

Təkcə Xaçmaz rayonunda 3 685 hektar, Qubada 945 hektar, Qusarda 724 hektar ərazidə, Şabranda isə 373 hektar ərazidə şaftalı yetişdirilir. Ölkənin qərb rayonları – Tərtər, Samux, Şəmkir də şaftalı bağlarının məhsuldarlığına görə seçilir, Şəmkirdə 650 hektar, Tərtərdə isə 374 hektar şaftalı bağı var.

Azərbaycanda şaftalı bağlarından ildə 65 min tondan artıq meyvə yığılır və bunun böyük hissəsi ixrac edilir. 2021-ci ildə xaricə 23,4 min ton şaftalı ixrac olunub, bundan 29,2 milyon ABŞ dolları gəlir əldə edilib. 2022-ci ildə ixracın həcmi 26,6 min tona, ondan gəlir isə 32,8 milyon ABŞ dollara yüksəlib.

2023-cü ildə isə Azərbaycanın xaricə ixrac etdiyi təzə şaftalı meyvəsinin həcmi 45,2 min ton olub, bu meyvənin ixracından gəlir 51,4 milyon ABŞ dolları təşkil edib. Başqa sözlə, son 3 ildə Azərbaycan şaftalı ixracından 110 milyon ABŞ dollaradək gəlir əldə edib.

"Şaxtaya və soyuğa həssas olan, peşəkar qulluq, budanma və xüsusi torpaq şəraiti tələb edən şaftalı bağlarının təbiət hadisələrindən, şaxta və donvurmadan, müxtəlif bitki xəstəliklərindən sığortalanması mart ayında həyata keçirilir", - ASF bildirir.

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində şaftalı bağlarını çoxsaylı risklərdən sığortalamaq mümkündür. Bura təbiət hadisələri, sel-subasma, dolu, qasırğa-fırtına, normadan artıq qar yağıntıları, yanğın, 3-cü şəxslərin hərəkəti və sair risklər aiddir. Bundan başqa, əlavə ödənişlə bağları dolu, keyfiyyət itkisi, şaxtavurma, müxtəlif bitki zərərvericiləri və xəstəliklərdən qorumaq mümkündür. Bu zaman sığorta haqqının 50 %-i dövlət tərəfindən ödənilir, nəticədə fermerlər cüzi ödəniş etməklə şaftalı bağını sığorta edə bilərlər.

Məsələn, Quba-Xaçmaz bölgəsində 1000 manatlıq şaftalı məhsulunun baza zərfi ilə sığorta haqqı 29 manat təşkil edir, fermerlər bunun cəmi 14,5 manatını ödəməklə əkini sığorta edə bilərlər. Həmin bölgədə şaftalı meyvəsini eyni zamanda şaxtavurmadan (donvurmadan) da sığorta etmək üçün fermerin ümumilikdə 24,5 manat ödəməsi kifayət edir.

Mərkəzi Aran regionunda isə 1000 manatlıq şaftalı məhsulunun baza zərfi ilə sığorta edilməsi fermerə cəmi 12,9 manata başa gələcək. Məhsulun həm də şaxtadan sığortalanması üçün isə ümumilikdə 19,3 manat ödəniş tələb olunur.

Bundan başqa, əlavə ödəniş etməklə şaftalı bağını bitki xəstəliklərindən və dolu vurması nəticəsində keyfiyyət itkisindən də sığortalamaq mümkündür. Bu sığorta dolu vurması nəticəsində meyvənin görünüşünün korlanması səbəbindən qiymətinin ucuzlaşmasından dəyən zərəri qarşılayır.

"İsti iqlim şəraitində yetişən şaftalı quraqlığa dözümlü olsa da, soyuğa və şaxtaya ən davamsız ağaclardan sayılır. Şaftalı ağacının ömrü orta hesabla 10-15 ildir. Bu müddət ərzində tez məhsul verməyə başlayır, düzgün qulluq və budanma sayəsində məhsuldarlığı yüksək olur. Həm təzə meyvəsi, həm də emal olunmuş məhsulu, xüsusilə də çəyirdəyindən əldə edilən faydalı yağ bu meyvədən hərtərəfli gəlir qazanmağa imkan verir", - ASF-ın məlumatında deyilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 642   Tarix: 16 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin YENİ TƏFƏRRÜATI

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayətdə iştirak edənlərdən daha birinin adı məlum olub. -ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Ceyhun Mirağayevə bıçaq zərbəsi vuranlardan birinin də Emin adlı şəxs olduğu iddia edilir. O, "Əxi Emin" ləqəbi ilə tanınır, kriminall

16:25 235
.

"Başqa kişidən uşaq dünyaya gətirmərəm"

Xalq artisti Röya Ayxan ikinci dəfə ailə qurmaq və ana olmaq barədə sualları cavablandırıb. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Fruktoviy çay" yutub layihəsində danışıb. Röya başqa bir kişidən ikinci dəfə övlad dünyaya gətirməyin tərəfdarı olmadığını bildirib:. "Heç vaxt ikinc

11:02 274
.

Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb

Paris yaxınlığında baş verən terror aktından sonra əsas şübhəlinin əhatəsindən üç nəfər, o cümlədən anası saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası xəbər verir. Məlumata görə, dünən avtomobildən yoldan keçənlərə atəş açaraq bir nəfərin ölümünə və beş nəfərin yaralanmasın

17:30 132
.

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə məlumat partiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb

23.10.2026 386
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

16:27 309
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərin

11:45 228
.

Bakıda ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı keçirilir

Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına Bakı ev sahibliyi edir. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi turnirdə iştirak edir. BİG.AZ xəbər verir ki, yarışın Azərbaycanda keçirilməsi ölkədə idmanın inkişafı

12:29 229
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. BİG.AZ APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxal

19:04 53
.

Keşişlər Tramp üçün dua etdilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq

23.10.2026 370
.