Azərbaycanda ilk elektromobillər yarışı keçirildi - FOTO+VİDEO

Azərbaycanda ilk elektromobillər yarışı keçirildi - FOTO+VİDEOÖlkəmizdə elektromobillərə marağın artması danılmaz faktdır, buna əmin olmaq üçün satış göstəricilərinə nəzər salmaq yetərlidir. Buna baxmayaraq, əhalinin böyük bir hissəsində hələ də elektrik avtomobillərə etibar formalaşmayıb: çoxları enerji ehtiyyatının yolun ortasında tükənəcəyindən çəkinir. Etiraf edək ki, yollarda elektrik "şarj" məntəqələri hələ də azdır və belə fikirlər əsassız deyil, lakin mövcud şəraitdə də marşrutu əvvəlcədən hesablayıb, bölgələrə rahat səyahət etmək mümkündür. Azərbaycan Prezidentinin "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi" haqqında sərəncamına əsasən
Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) sılsilə tədbirlər həyata keçirməkdədir. Bunlardan Bakı-Mingəçevir və Bakı-Qobustan marşrutları ilə "Yaşıl ölkə" ekoloji avtomobillər yürüşlərini, "Avto Eko" elektrik avtomobillər sərgilərini misal gətirmək olar. Bu layihənin davamı olaraq, ötən həftə Azərbaycanda ilk elektromobillər yarışı da keçirildi. Yarışın şərtləri və nəticələri barədə AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev məlumat verdi:

Yarışın ideyası məşhur səyahətçi Rafael de Mestre ilə görüşümdən sonra yarandı. Xatırladım ki, bu ispaniyalı volonter elektromobil ilə 80 gün ərzində dünya səyahətinə çıxmışdı və marşrutu Azərbaycandan keçirdi. Özünü Jül Vernin "80 gün dünya ətrafında" əsərinin qəhrəmanı hiss edən Rafael qarşısına iki hədəf qoymuşdu: elektromobillərin praktikliyini nümayiş etdirmək və onların gündəlik istifadəsi ilə bağlı şübhələrə son qoymaq. Biz qat-qat kiçik marşrutda bunu həyata keçirməyi qərara aldıq. Yarışın şərtləri çox sadədir: batareyaları bir dəfə doldurmaqla Nabrana çatıb, geri qayıtmaq. Əslində qayıtmağa da ehtiyac yoxdur, yetər ki, elektromobildə əlli faiz enerji ehtiyyatı qalsın. Yarışda 12 elektromobil iştirak edirdi və şərtlərin əməlinə nəzarət etmək üçün hər birində bizim bir ekspert yerləşirdi. Ekspertlər qismində ən populyar avtoboqerləri dəvət etmişdik. Onlar öz platformalarında yarışın nəticələri barədə ətraflı məlumat artıq veriblər. Mən sadəcə qeyd edim ki, bütün ekipajlar 50 faiz enerji ehtiyyatı ilə finala keçə bildi və müvafiq diplomlarla təltif olundu. AADA bu sayaq yarışları davam etdirməyi planlaşdırır, növbəti marşrut qədim Şəkiyə olacaq.

Son olaraq, layihənin gerçəkləçməsində bizə dəstək olmuş daimi parntyorlara minnətdarlığımızı bildirmək istərdim: Amsoil, Maşin.az, "CarsCharge", Baku Auto Mall, "Palma" istirahət mərkəzi, "Bizon".

Azərbaycanda ilk elektromobillər yarışı keçirildi - FOTO+VİDEOAzərbaycanda ilk elektromobillər yarışı keçirildi - FOTO+VİDEOAzərbaycanda ilk elektromobillər yarışı keçirildi - FOTO+VİDEOAzərbaycanda ilk elektromobillər yarışı keçirildi - FOTO+VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 828   Tarix: 06 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd

11:14 176
.

Soyuducunun üzərinə maqnit yapışdırılması təhlükəlidir?

Soyuducuların üzərinə yapışdırılan maqnitlər çox məşhur suvenirlərdir. İnsanlar onları adətən səfərlərdən gətirir və ya xatirə kimi hədiyyə alırlar. Lakin bəzi hallarda bu maqnitlərin müəyyən soyuducu modellərinin işinə təsir göstərə biləcəyi bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bel

19.10.2026 340
.

"Heç kimin inancımı sorğulamağa haqqı yoxdur"

Türkiyədə məşhurlaşan aktrisa Nəsrin Cavadzadə son günlər sosial mediada haqqında yazılanlara münasibət bildirib. Axşam.az xəbər verir ki, aktrisa Azərbaycanda vahid məktəbli forması ilə bağlı paylaşıma dəstək olduqdan sonra ünvanına yazılan tənqidlərə etiraz edib:. "Son günlər sosial şəbəkələrd

19.10.2026 479
.

Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi

Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. BİG.AZ -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:14 357
.

Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?

Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ

19.10.2026 384
.

İtinizə bu 7 sözü deməyin

İtin tərbiyəsi səbir tələb edir. Xüsusilə evə yeni küçüyün gəlməsi ilə yerdə yaranan ləkələr, gəmirilmiş ayaqqabılar, davamlı hürmə və qonaqların üstünə tullanmaq sahibini əsəbiləşdirə bilər. Lakin mütəxəssislərin fikrincə, qışqırmaq iti düzgün davranmağa öyrətməyin yaxşı üsulu deyil. xarici mediay

19.10.2026 356
.

Almaniya kansleri Trampı Avropanın əhəmiyyətinə inandırmağa çalışır

Almaniya kansleri Fridrix Merts bildirib ki, hər görüşdə ABŞ prezidenti Donald Trampı sabit Avropanın Vaşinqtonun maraqlarına uyğun olduğuna inandırmağa çalışır. xəbər verir ki, Merts bu barədə "Der Spiegel" jurnalına verdiyi müsahibədə danışıb. "Bu, amerikalıların da öz maraqlarına xidmə

10:55 162
.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbil valideynləri ilə münasibətlərindən söz açara

19.10.2026 444
.

Şəbnəmin qızı Amerikada universitetə qəbul olub

Müğənni Şəbnəm Tovuzlunun qızı Günel Amerikaya köçür. Axşam.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev məlumat verib. O bildirib ki, Günel Amerikada universitetə qəbul olub. O, əvvəlcə Fransada kursa gedəcək, yanvardan isə Amerikaya yollanacaq

12:08 224
.