SON DƏQİQƏ: İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapıldı

SON DƏQİQƏ: İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapıldıAzərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb".

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında bildirilib.

"Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində həyata keçirilmiş ekspertizalar nəticəsində qalıqların 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri - 23.05.2003-cü il təvəllüdlü Fərid Əjdər oğlu Məmmədov və 09.02.2003-cü il təvəllüdlü Firdovsi Mais oğlu Abdullayevə aid olduğu müəyyən edilib.

Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilib ki, həmin əsgərlər 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşmüşlər, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölmüşlər.

Əsgərlərin nəşlərinin tapılması 5 avqust 2024-cü ildə Dövlət Komissiyasında keçirilmiş görüşdə itkin hərbçilərin ailələrinə elan edilib.

Hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə əsgər Fərid Məmmədov və əsgər Firdovsi Abdullayevin dəfni ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Dəfn mərasimlərinin vaxtı və yeri barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 845   Tarix: 06 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Venesuela İrana etiraz etdi: Səfir XİN-ə çağırıldı

Venesuela hökuməti İranın Karakasdakı səfiri Əli Çeginini Xarici İşlər Nazirliyinə çağıraraq ona rəsmi etiraz notası təqdim edib. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, Venesuela Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, etirazın səbəbi İran rəsmilərinin ölkə ilə bağlı səsləndirdiyi "alçaldıc

16:15 173
.

Netanyahunun Zelenski ilə görüşdən imtinası nə deməkdir? - POLİTOLOQDAN AÇIQLAMA

İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə planlaşdırılan görüşdən imtina etməsi beynəlxalq siyasi dairələrdə diqqət çəkib. Məlumata görə, Zelenskinin ofisi görüşün təşkili üçün müraciət etsə də, Netanyahunun dəftərxanası proqramın sıxlığın

16:50 192
.

Azərbaycanın Avstriyadakı səfiri geri çağırılıb

Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycanın Avstriya və Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamil

20:00 75
.

Azərbaycanın Serbiyadakı səfiri geri çağırılıb, Avstriyaya təyin olunub

Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiyada, eyni zamanda Monteneqroda və Şimali Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. BİG.AZ -a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Kamil Taci

20:04 70
.

Narkotik testi "mənfi" çıxan Sıladan İLK AÇIQLAMA

Türkiyədə narkotiklə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanılan müğənni Sılanın analiz nəticələri "mənfi" çıxıb. Bizim.Media xəbər verir ki, müğənni sosial şəbəkə hesabında bu barədə açıqlama verib. "Əziz dostlarım, peşəkar həyatım boyunca bir sənətkar kimi həmişə cəmiyyət və gənclə

20:45 116
.

Rusiyada sərnişin təyyarəsinin mühərriki havada alışdı - təcili geri döndü

Rusiyanın S7 Hava Yolları şirkətinə məxsus sərnişin təyyarəsi uçuş zamanı mühərrikində baş verən nasazlıq səbəbindən Novosibirsk hava limanına təcili geri qayıdıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, Rusiya KİV-lərinin yaydığı məlumata görə, Novosibirskdən Krasnodara istiqamətlənən təyyarəni

15:40 188
.

İordaniya ordusu İrandan beş raketi ələ keçirdiyini bildirir

İordaniya ordusu çərşənbə günü səhər saatlarında İrandan atılan beş raketi hava hücumundan müdafiə sistemlərinin ələ keçirdiyini və vurduğunu bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, hərbi sözçü açıqlamasında bildirib ki, "İordaniya Silahlı Qüvvələri Krallığın hava məkanını qorumaq, təhlükəsizliyin

12:37 164
.

Bu abidələrimiz bərpa olunur

"Hazırda 3 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri aparılır"​. Bu barədə "Qafqazinfo"ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, ötən dövrdə 1 tarix-mədəniyyət abidəsində bərpa-konservasiy

15:48 157
.

"Bacımın yasını tutub 3 körpəni taleyin ümidinə buraxa bilməzdim"

"Xəstəyə baxan özü xəstə düşür. Ruh halın çökür. Özünə belə kimsə lazımdır ki, sənə ruh versin. Çətin prosesdir. İnsanı ölüm böyütmür, düşdüyü vəziyyətdə dirilmək böyüdür, xəstəxana küncləri, ona baxmaq, qarşıdakının ağrı çəkdiyini görmək böyüdür. Ölümə qədər o qədər şeylər olur ki, sən hər gü

14:42 292
.

TOP MP3