Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan sonra...
Avqust ayının sonlarından başlayaraq, Bakıda kirayə mənzil bazarında qiymətlərin kəskin artması, həmçinin mənzil çatışmazlığı müşahidə olunur.
Ekspertlər qeyd edirlər ki, adəti üzrə yeni tədris ilinin başlanması ərəfəsində tələbələrin bölgələrdən Bakıya axını başlayır ki, bu da paytaxtda kirayə evlərə tələbatı artırır, eləcə də buna paralel olaraq, qiymətlər də artır.
Bəs yaxın vaxtlarda qiymətlər artan tendensiyada gedəcək, yoxsa aşağı enəcək?
Mövzu ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Musavat.com-a danışıb:
"Artıq 2016-cı ildən başlayaraq, paytaxt Bakı şəhərində istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivlərinin söküntüsü prosesinə start verilib. Bu günə qədər çox sayda köhnətikili binalar sökülərək, yenitikili binalar ilə əvəzlənib ki, sökülən hər köhnətikili binalarda və yaxud fərdi yaşayış evlərində olan kirayəlik mənzillər artıq kirayə mənzil bazarından çıxmış olur. Həmin ərazilərdə yaşayan sakinlər də evləri söküldüyü gündən yenitikili binalarda mənzillə təmin olunana qədər təxminən 2-3 il müddətinə kirayəyə çıxmalı olurlar. Sökülən hər köhnətikili binaların yerində yenitikililər inşa edildikcə, artıq yenitikili binalarda kirayə mənzillər daha baha qiymətə təklif olunur.
Bundan başqa, daşınmaz əmlak bazarında uzun müddətdir ki, qiymət artımları baş verir, nəticədə bu proses kirayə mənzillərin qiymətinə də öz təsirini göstərir. Hər il olduğu kimi artıq yeni tədris ili başladığına görə avqust ayının sonundan başlayaraq, paytaxt Bakı şəhərində kütləvi tələbə axını başlayıb ki, bu da adəti üzrə kirayəlik mənzillərə tələbatı artırır və nəticədə qiymətlər artır".
Ekspert qeyd edib ki, paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərdə artıq əlçatan qiymətə mənzillər qalmadığına görə xüsusən də tələbələr daha çox Bakı ətrafı ərazilərə üz tuturlar:
"Bu səbəbdən də artıq kənar ərazilərdə də kirayə mənzillərə tələbat artır. Artıq paytaxtın Baş Planı təsdiq olunub və layihənin 2040-cı ilə qədər həyata keçiriləcəyi bildirilir. Bu səbəbdən çox sayda köhnə çoxmənzilli yaşayış binaları və fərdi evlər sökülərək, müəyyən infrastruktrlar üçün istifadə olunacaq və yenitikili binalarla əvəzlənəcək. Bu onu deməyə əsas verir ki, yaxın gələcəkdə paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində ucuz qiymətə olan kirayə mənzillərinin sayı tamamilə minimuma enəcək.
Buna paralel olaraq köhnətikili binalardakı kirayə mənzillərə tələbat artdıqca, yenitikili binalarda bir çox mənzillər boş qalmışdı. Səbəb qiymətlərin əlçatan olmamasıdır. Bu səbəbdən gələcəkdə yenitikili binalardakı kirayəlik mənzillərin qiymətində enmələr müşahidə olunarsa, kirayə mənzil bazarında 10 minlərlə yeni mənzillər vətəndaşların istifadəsinə verilmiş olar. Lakin hazırda qiymətlər kəskin bahadır və enmə müşahidə olunmur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2873 Tarix: 14 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır
Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb
18.10.2026 233 Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb
Şotlandiya Milli Partiyası (SNP) Şotlandiyanın Böyük Britaniyadan müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsinə hazırlıq məqsədilə kampaniyaya start verib. "Report" xəbər verir ki, bunu partiyanın lideri, Şotlandiyanın birinci naziri Con Suinni Aberdində keçirilən SNP qurultayını
18.10.2026 206 Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü
Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec
18.10.2026 247 Hərbçimiz ürəyindən əməliyyat olundu - Video
Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunu
10:55 0 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
18.10.2026 218 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18.10.2026 328 Tələbələrin təqaüdləri artırılacaq?
Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini
18.10.2026 198 İraq regional enerji və nəqliyyat şəbəkələrinin birləşdirilməsini təklif edib
İraqın Baş naziri Əli əz-Zeydi region ölkələrinin enerji, nəqliyyat və kommunikasiya şəbəkələrinin birləşdirilməsi təşəbbüsü ilə çıxış edib. "Report" İNA agentliyinə istinadən xəbər verir ki, hökumət başçısı bu təklifi Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasını
18.10.2026 230 Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca
18.10.2026 360