Çayımızın keyfiyyətini aşağı salan məqamlar

Çayımızın keyfiyyətini aşağı salan məqamlarBu ilin yanvar-aprel aylarında Azərbaycanda 3 924,4 ton çay istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 542,8 ton və ya 16,1 faiz artıb. Ötən ilin yanvar-aprel aylarında 3 381,6 ton çay istehsal edilmişdi. Çay istehsalımızdakı artım müsbət tendensiyadır.

Bəs bu sahədəki gələcək perspektivlərimiz necədir?

"Kaspi" qəzeti budəfəki məqaləsində bu suala cavab axtarıb.

"Cəmi 1 000 ton çay istehsalımız var"

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin sözlərinə görə, artım emal sənayemiz ilə bağlıdır:

"Rəqəmlərdə göstərilənlər idxalla gəlmiş məhsuldur. Çünki özümüzün ölkə üzrə cəmi 1 000 ton çay istehsalımız var. Statistikada qeyd olunanlar emal sənayesidir. Bu, yerli istehsalla bağlı deyil. Biz quru çayı idxal edirik. 14-15 min ton çay idxalımız var. Onun 3-4 min tonu ixrac olunur, qalanı isə tələbatımızı ödəmək üçündür".

Məhsuldarlığa müsbət təsir göstərdi

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının direktoru Fərman Abdullayev bildirib ki, çay istehsalının artması bir neçə amillə bağlı ola bilər:

"Bunlardan biri çay sahələrinin məhsula düşməsidir. Çünki yeni plantasiyalar salınıb, sahələr əkilib və hazırda onlar məhsul verməyə başlayıb. Məsələn, 4-5 il əvvəl salınan plantasiyalarda məhsul yavaş-yavaş inkişaf edir. Yeni əkin sahələri də dövriyyəyə buraxılır. İkinci səbəb isə may ayının yağmurlu keçməsidir. İntensiv yağışlar məhsuldarlığa müsbət təsir göstərdi. Bu, həmçinin məhsulun daha təbii, sağlam qalmasına kömək etdi. Çayın yetişməsi üçün nisbi rütubət çox önəmlidir. Nisbi rütubət nə qədər yüksək olarsa (75-80 arası), bu, çay üçün o qədər yaxşıdır".

"12 min manat subsidiya ayrılıb"

F.Abdullayevin fikrincə, çayçılığa qayğı hər gün daha da artır:

"Dövlət artıq hər yeni əkilən bir hektar çay plantasiyası üçün 12 min manat subsidiya ayırıb. Bu, fermerlərdə sözügedən sahəyə maraq oyadır. Subsidiyanın ayrılması məhsuldarlığın artmasına, yeni plantasiyaların salınmasına müsbət təsir göstərəcək".

Böyük fabriklərin yaratdığı çətinlik

Ekspert qeyd edib ki, bu sahə üzrə perspektivdə istehsalı daha da artırmaq üçün müəyyən işlərin görülməsinə ehtiyac var:

"Kiçik fermer təsərrüfatlarının bir assosiasiyada birləşməsi, özəl və ya dövlət dəstəyi ilə kiçik istehsal gücünə malik fabriklərin qurulmasına ehtiyac var. Elə fabriklər var ki, nə özü işləyir, nə də kənardan çay qəbul edir. Bizdə olan fabriklər sovet dövründən qalmadır. Onlar iri fabriklərdir və kiçik fermer təsərrüfatları istədikləri vaxt çayı yığıb təhvil verə bilmirlər. Çünki fabriklər mövsümlə işləyir. Amma kiçik fabriklər olarsa, fermerlər növbəti yığımlarda 100 kiloqram çayı da emal edə bilərlər. Kiçik fermerlər böyük fabriklərlə müqavilə bağlayırlar. Qiymət də şirkətlər necə istəyirsə, o cür olur. Bir neçə kiçik fabrik var, amma onlar da şəxsidir, yalnız öz çaylarını istehsal edirlər".

Hər məhsul eyni anda yetişmir

Ekspertin sözlərinə görə, çayımızın keyfiyyətini aşağı salan bir çox məqamlar mövcuddur:

"Böyük fabriklərlə işləyəndə ümumi yığımı gözləmək lazımdır. Çay elə bir məhsuldur ki, maksimum 10-20 gün müddətində istehsalı başa çatmalıdır. Yaşıl çay yığıldıqda gərək fabrikə verəsən, çünki qaldıqda xarab olur. Nəzərə almalıyıq ki, hər məhsul eyni anda yetişmir. Ola bilər ki, bir sahədə məhsul tez, digərində gec yetişsin. Ümumi yığımı da gözlədikdə çay artıq keyfiyyətdən düşür. Bu, məhsuldarlığa mənfi təsir göstərir. Amma sutkalıq emal gücü 200-250 kiloqram olan kiçik fabriklər olsa, bu, çayçılığın inkişafına çox böyük təkan verəcək".

Direktor fermerlərin ödənişlə bağlı yaşadığı çətinliklərdən də bəhs edib:

"Kəndlilər məhsullarını xeyli ucuz satmalı olurlar. Fabriklər birinci növ çayın 1 kiloqramını 1,5 manata qəbul edirlər. Artıq növbəti yığımlarda qiymət 1 manat 30 qəpik olur. Mövcud alış qiyməti fermerlərə sərf etmir. Fermerin bir hektar çay plantasiyası varsa, bu məbləğlə illik tələbatını ödəyə bilmir. Sahibkar məhsulu öz hesabına nəqliyyat tutub fabrikə gətirəndə xərci daha da artır".

Yararlı sahələr artıq əkilmir

F.Abdullayev bildirib ki, Azərbaycanda keyfiyyətli çay var, amma şərait yoxdur:

"Ölkəmizdə çox keyfiyyətli çaylar mövcuddur. Elə dağlıq ərazilərimiz var ki, orada yüksək keyfiyyətli dəmyə çayı yetişir. Gübrə də verilmir, suvarmağa da ehtiyac yoxdur. Təbiət özü yetişməsi üçün hər şəraiti yaradır. Amma həmin ərazilərdən məhsulun fabriklərə çatdırılması mövcud ödənişlə mümkün deyil. Üstəlik, işçilərin əməkhaqqını da üzərinə gəldikdə fermerə bir kiloqramdan heç 20 qəpik də qalmır. Amma sahələrin yaxınlığında kiçik fabrik olsa, daşınma xərcləri azalar. Yaxud, assosiasiyalar yaradılsa, fermerdən məhsulu daha yüksək qiymətə alsa, bu da sərf edər. Qeyd etdiyim problemlər səbəbindən artıq münbit sahələr əkilmir".

F.Abdullayevin fikrincə, çayçılığın inkişafı üçün dövlət proqramı hazırlanmalıdır:

"Bu proqram çərçivəsində həm məhsulun daşınması, emal qiymətinin artırılması, həm kiçik fabriklərin tikilməsi işləri həyata keçirilməlidir. Bunlar qanuni şəkildə olmalıdır. Fabrikin yaradılması üçün fermerlərə güzəştli şərtlərlə imkanlar yaradılmalıdır. Hərənin özü üçün fabrik qurması həm kor-koranə alınar, həm də baha başa gələr. Amma dövlət tərəfindən bir proqram işlənilsə, daha yaxşı effekt verər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 775   Tarix: 15 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18.10.2026 234
.

Türkiyədən növbəti dəstək dalğası: "Azərbaycan xalqının yanındayıq" - Foto

"X" platformasının Türkiyə seqmentində istifadəçilər "Araplaşmayacağız" həştəqi ilə çoxsaylı paylaşımlar edirlər. -ın məlumatına görə, Azərbaycan dilinə tərcümədə "Ərəbləşməyəcəyik" mənasını verən həştəq altında istifadəçilər türk kimliyi, mədəniyyəti və adət-ənənələri il

18.10.2026 349
.

Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil

İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakir

18.10.2026 303
.

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsind

10:04 0
.

Sankt-Peterburqda meymunçiçəyi şübhəsi ilə beş nəfər xəstəxanaya yerləşdirildi

Sankt-Peterburqda mümkün meymunçiçəyi (Mpox) halı ilə bağlı beş nəfər xəstəxanaya yerləşdirilib və həkim nəzarətinə götürülüb. xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un Sankt-Peterburq və Leninqrad vilayəti üzrə idarəsi bildirib. "Epidemioloji araşdırma çərçivəsində təmasda olan şəxsləri

18.10.2026 216
.

İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır

İran Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə yeddigünlük planı Qətər vasitəsilə Birləşmiş Ştatlara təqdim edib və Vaşinqtonun cavabını gözləyir. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın xarici işlər naziri Abbas Əraqçinın Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT

18.10.2026 303
.

Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü

Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec

18.10.2026 245
.

Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır

İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və problemin hərbi yolla həllinə inanmır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

18.10.2026 198
.

Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb

Şotlandiya Milli Partiyası (SNP) Şotlandiyanın Böyük Britaniyadan müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsinə hazırlıq məqsədilə kampaniyaya start verib. "Report" xəbər verir ki, bunu partiyanın lideri, Şotlandiyanın birinci naziri Con Suinni Aberdində keçirilən SNP qurultayını

18.10.2026 206
.