Ətraf mühiti çirkləndirənləri hansı cəza gözləyir? AÇIQLAMA
Atmosferin, suyun, torpağın və ərzaq məhsullarının çirklənməsi insan sağlamlığına zərər vurur. Hər il havaya 200 milyon tondan çox zəhərli qaz buraxılır. Bütün bunlar fabriklərin, elektrik stansiyalarının, avtomobil mühərriklərinin işləməsindən əmələ gələn tullantılardır.
Son illərdə ətraf mühitin təmizliyinin həyatımızdakı rolunu anlamağa, bəşəriyyətin, biosferanın və bütün planetin taleyində məsuliyyətimizi dərk etməyimizə baxmayaraq, biz hələ də ətraf mühiti yetərincə qoruya bilmirik. Hələ də müxtəlif növ tullantıları artıran, "öz tökdüyünü özü təmizləməyən" insanların sayı kifayət qədərdir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 25-ci fəslində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar və bu xətalara görə məsuliyyətlər nəzərdə tutulub.
"Məcəllənin həmin fəslində yer alan 271-ci maddə tullantıların qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə məsuliyyəti müəyyənləşdirir. Qeyd olunan əməllərə yol verən fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Bundan başqa, İXM-nin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə nəzərdə tutulub. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə isə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilirlər.
Həmçinin dəmir yolu qatarlarında vaqonların pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə, metropoliten stansiyalarının vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə görə, gəmilərdən zibil və başqa predmetlər atmağa görə də inzibati cərimələr nəzərdə tutulub".
Mövzu ilə bağlı saytımıza fikirlərini bildirən Ekoloq Telman Zeynalov deyib ki, son illərdə təbiət və meşə zolaqlarının sayı artırılsa da görülən tədbirlər ətraf mühitin qorunması üçün yetərli deyildir:
"Çünki, buna mane olan zibilliklərin sayının artmasıdır. İqlim dəyişmələrində əsas problem hazırda karbon qazı deyil, tullantılar və onların çürüdükdən sonra havaya buraxdığı zəhərli qazlardır.
Hazırda COP29 ərəfəsindəyik. Düşünürəm ki, yerli icra hakimiyyəti və bələdiyyələr zibilliyin sayını artıranları cəzalandıraraq bu problemin qarşısını alacaqlar".
Nuray Nəzərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 958 Tarix: 16 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?
Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
18.10.2026 234 Türkiyədən növbəti dəstək dalğası: "Azərbaycan xalqının yanındayıq" - Foto
"X" platformasının Türkiyə seqmentində istifadəçilər "Araplaşmayacağız" həştəqi ilə çoxsaylı paylaşımlar edirlər. -ın məlumatına görə, Azərbaycan dilinə tərcümədə "Ərəbləşməyəcəyik" mənasını verən həştəq altında istifadəçilər türk kimliyi, mədəniyyəti və adət-ənənələri il
18.10.2026 349 Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil
İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakir
18.10.2026 303 Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsind
10:04 0 Sankt-Peterburqda meymunçiçəyi şübhəsi ilə beş nəfər xəstəxanaya yerləşdirildi
Sankt-Peterburqda mümkün meymunçiçəyi (Mpox) halı ilə bağlı beş nəfər xəstəxanaya yerləşdirilib və həkim nəzarətinə götürülüb. xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un Sankt-Peterburq və Leninqrad vilayəti üzrə idarəsi bildirib. "Epidemioloji araşdırma çərçivəsində təmasda olan şəxsləri
18.10.2026 216 İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır
İran Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə yeddigünlük planı Qətər vasitəsilə Birləşmiş Ştatlara təqdim edib və Vaşinqtonun cavabını gözləyir. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın xarici işlər naziri Abbas Əraqçinın Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT
18.10.2026 303 Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü
Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec
18.10.2026 245 Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və problemin hərbi yolla həllinə inanmır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
18.10.2026 198 Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb
Şotlandiya Milli Partiyası (SNP) Şotlandiyanın Böyük Britaniyadan müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsinə hazırlıq məqsədilə kampaniyaya start verib. "Report" xəbər verir ki, bunu partiyanın lideri, Şotlandiyanın birinci naziri Con Suinni Aberdində keçirilən SNP qurultayını
18.10.2026 206