"Bir daha Zaurun verilişinə getməyəcəyəm" - Nigar

"Bir daha Zaurun verilişinə getməyəcəyəm" - NigarƏməkdar artist Nigar Şabanova ötən gün qonaq olduğu "Rəngarəng" verilişində gərgin anlar yaşadığını açıqlayıb.

OLAY yazır ki, bu haqda sənətçi instaqramda video paylaşıb.

Şabanova sözügedən proqramın aparıcısı Zaur Nəbioğluna və onun ünvanladığı suallara qəzəbləndiyini bildirib:

"Verilişinizə qonaq çağırdığınız müğənniyə öz janrına uyğun suallar verin. Bu haqda mən biraz kobud şəkildə aparıcı Zaur Nəbioğluna dedim. Mən tətildən əvvəl artıq neçə veriliş idi ki, Zaur Nəbioğlunun verilişinə çıxmırdım. Onun verilişinə qonaq gəlmək təkliflərini də qəbul etmirdim. O məni öz doğum günü məclisinə də çağırdı, getmədim. Tətildən sonra özü mənə zəng vurdu verilişinə dəvət etdi deyə, təklifini qəbul etdim və verilişinə nahaq getdim. Bəli, nahaq getdim. Verilişlərə gedəndə aparıcılara əvvəlcədən deyirəm ki, mənə artıq suallar verməyin. Mən bunu xahiş həm də tələb edirəm. Tələb etməyə də haqqım var. Bunu hamı bilir. Bütün bunlara rəğmən gözləmədiyim anda mənə yenə xoş olmayan suallar verildi".

Nigar illər əvvəl qalmaqal yaşadığı Xalq artisti Mələkxanım Eyubova ilə bağlı məsələsini yenidən gündəmə gətirdiyinə görə Zauru tənqid edib:

"6-7 il bundan əvvəl verilişlərin birində dəyərli sənətkarımız Mələkxanım Eyubova ilə bağlı ötəri söz-söhbətlər keçmişdi, suallar verilmişdi. Bu gün onun şəklini verilişinizdə qoydunuz, amma istədiyinizi əldə edə bilmədiniz və mənə başqa suallar verdilər. Bir reytinqə görə özünüzə nifrət qazanmayın. Veriliş bitəndən sonra Zaurun özünə də dedim ki, bu söhbətlərin yayılmasını istəmirəm. Elə edin ki, yayılmasın. Sən mənə şəxsi həyatımla bağlı sual verdin və mənə də yaraşmazdı ki, qorxaq kimi həmin sualdan qaçım. Bu mənim üçün ayıb olardı. Amma yenə də öz bildiyinizi etdiniz. O xanımı ora qatmaq düzgün deyildi. O qadının əlbəttə ki, bəlli yaşı var (Mələkxanım Eyubovanı nəzərdə tutur – red.). O da, mən də uşaq yaşda deyilik. İllər əvvəl yaşanan bir söhbəti yenidən açmaq bir aparıcı üçün çox ayıb bir şeydir. Baxmayaraq ki, mən dönə-dönə xahiş etdim ki, belə suallar verməyin".

Əməkdar artist həmkarları ilə bağlı verilən suallara da əsəbiləşdiyini vurğulayıb:

"Bəzi ifaçılar toylarla öyünürlər. Toy sənət və peşəkarlıq deyil. Peşəkarlıq göz önündə olur və bunun nə olduğunu da hamı gözəl bilir. Amma yenə də mən hamıya hörmətlə yanaşıram, çünki hamımız toya gedirik və oradan çörək qazanırıq. Gözlənilmədən mənə xanım həmkarım haqda verilən sualı reklama çevirməyin. Bu yaxşı bir şey deyil. Özünüz də gördünüz ki, mən Vəfa Şərifova və Zeynəb Həsəninin arasında qalanda həqiqətən də səsi olan insan haqqında fikir söylədim".

Müğənni bundan sonra aparıcı Zaur Nəbioğlunun heç bir verilişinə qatılmayacağını dilə gətirib:

"Buradan yenə deyirəm, necə tətildən əvvəl dəfələrlə məni Zaur Nəbioğlu verilişinizə dəvət etdiniz və mən gəlmədim. Bundan sonra o verilişdəki Zaur Nəbioğlunun adı keçəcək, mən o verilişə gəlməyəcəyəm. Çünki o dostluğu, hörməti, izzəti reytinqə qurban verən insandır. Ona dedim ki, sən sual verdin, mən də sənə mərd xanım kimi cavab verdim. Heç kim məcbur deyil ki, zildən və muğam oxusun, xanəndə olsun. Buna heç kim məcbur deyil. Bu, Allahın verdiyi istedaddır. Kimin səsi böyük, kimin isə kiçik olar. Heç kim heç nəyə güvənməsin. Heç kim bilmir sabah başına nə gələcək. Amma peşəkarlıq və savad deyilən bir şey var. Əgər peşəkarlıq yoxdursa, mənə ayıb olar kimisə durub tərifləmək. İndiyə kimi nə demişəmsə, sözlərimin arxasında dururam. Amma yenə deyirəm, ayıb olsun o aparıcılara ki, təkrarçıdırlar, mövzuları yoxdur və biabırçı vəziyyətdədirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1729   Tarix: 17 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18.10.2026 206
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18.10.2026 189
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18.10.2026 221
.

Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır

İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və problemin hərbi yolla həllinə inanmır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

18.10.2026 188
.

Tramp Ukraynada "Starlink"in işini kimin məhdudlaşdırdığını açıqladı - Video

ABŞ Prezidenti Donald Tramp nə özünün, nə də "SpaceX" şirkətinin rəhbəri İlon Maskın Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi "Starlink" peyk sisteminə çıxışı məhdudlaşdırmadığını bəyan edib. RBC-ya istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib

18.10.2026 197
.

Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil

İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakir

18.10.2026 183
.

Azərbaycanda mənzillər bahalaşdı

Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili

18.10.2026 195
.

Avstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi

Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir

18.10.2026 223
.

İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir

Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

18.10.2026 206
.