Uşaq evindən çıxan gənclərə mənzil verilirmi?

Uşaq evindən çıxan gənclərə mənzil verilirmi?Valideyn himayəsindən məhrum olan uşaqlar sığınacağı 18 yaşına çatanda oranı tərk etməyə məcbur qalırlar. Gedəcək heç yeri olmayan bu gənclərin taleyi necə olur? Bu şəxslər evlə təmin olunmalıdırmı?

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev BiG.AZ-a bildirib ki, bu, təkcə dövlətin deyil, həm də sahibkarların işidir. Sosial sahibkarlığın inkişaf etməsi üçün onlara bəzi vergi güzəştləri olmalıdır ki, sahibkarlar valideyn himayəsindən məhrum olanlara güzəştli şərtlərlə mənzillər tiksinlər:

"Azərbaycan Respublikasının Konstitusiyasında da göstərildiyi kimi Azərbaycan dövləti vətəndaşlarının şərəfli, təhlükəsiz həyatının təminatçısıdır. Hər bir vətəndaş dövlətin himayəsindədir. Azərbaycan eyni zamanda özünü sosial dövlət elan edib. Sosial dövlətdə də insan faktoru əsas amillərdən biridir. Azərbaycanda hər bir vətəndaş dövlətin himayəsindədir. Eyni zamanda Azərbaycan BMT-nin dayanıqlı inkişaf məqsədlərinə qoşulub. Dayanıqlı inkişaf məqsədlərinin şüarı heç kəsi kənarda qoymamaqdır ki, Azərbaycan bununla bağlı öhdəlik götürüb. Güman edirəm ki, Azərbaycanda vətəndaş-dövlət münasibətləri inkişaf edir. Bizim cəmiyyətimizində valideyn himayəsindən məhrum uşaqların çoxlu qayğıları var. O problemlərin aradan götürülməsi üçün dövlət addımlar atır.Ölkə başçısı və vitse prezidentin təşəbbüsü ilə yaradılan məzun evləri valideyn himayəsindən məhrum olmuş gənclərin taleyinə işıq salmaq baxımından vacib addımdır. Düzdür, məzun evlərinin əhatə dairəsi gənclərin hamısını əhatə edə bilmir. Ancaq güman edirəm ki, bu istiqamətdə problemlərin həllinə atılan vacib addımlardan biridir. Uşaq evlərində böyüyən uşaqların təhsilinə,məşğulluq məsələlərinə xüsusi önəm vermək lazımdır ki, ayaqda dura bilsinlər, məzun olduqdan sonra işlə təmin olunsunlar və öz problemlərini həll edə bilsinlər. Belə kateqoriyaya daxil olan insanların dövlət dəstəyinə də ehtiyacı var. Eyni zaman qeyri-hökumət təşkilatları və sahibkarlar da yaxşı olar ki, sosial dəstək layihələrində iştirak etsinlər və dövlətin yanında olsunlar, onların mənzil-məişət məsələlərinin yaxşılaşmasında kömək etsinlər. Bu, təkcə dövlətin deyil, həm də sahibkarların işidir. Sosial sahibkarlığın inkişaf etməsi üçün onlara bəzi vergi güzəştləri olmalıdır ki, sahibkarlar belə insanlara güzəştli şərtlərlə mənzillər tiksinlər. Bu, çox ciddi məsələdir. Həm dövlət, həm qeyri-dövlət qurumları bu məsələ üzərində çalışmalıdır. Dövlətin valideyn himayəsindən məhrum uşaqların təhsil və məşğulluq məsələsində dəstəyi var. Bu proses davamlı olmalı və imkanlı şəxslər də qoşulmalıdır ki, cəmiyyətin bu kateqoriyası ayaqda dura bilsinlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1201   Tarix: 17 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır

İran Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə yeddigünlük planı Qətər vasitəsilə Birləşmiş Ştatlara təqdim edib və Vaşinqtonun cavabını gözləyir. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın xarici işlər naziri Abbas Əraqçinın Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT

18.10.2026 203
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18.10.2026 189
.

Türkiyədən növbəti dəstək dalğası: "Azərbaycan xalqının yanındayıq" - Foto

"X" platformasının Türkiyə seqmentində istifadəçilər "Araplaşmayacağız" həştəqi ilə çoxsaylı paylaşımlar edirlər. -ın məlumatına görə, Azərbaycan dilinə tərcümədə "Ərəbləşməyəcəyik" mənasını verən həştəq altında istifadəçilər türk kimliyi, mədəniyyəti və adət-ənənələri il

18.10.2026 269
.

Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar

Avropa ölkələri "Starlink" peyk rabitəsi sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra ona alternativlərin hazırlanmasını aktivləşdiriblər. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelensk

18.10.2026 210
.

Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır

İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və problemin hərbi yolla həllinə inanmır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

18.10.2026 188
.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18.10.2026 225
.

Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil

İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakir

18.10.2026 183
.

Meksikada üç turistin qətlinə görə şok hökm

Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları

18.10.2026 194
.

"Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video

"Azadlıq meydanı. Hər şey burada başladı. Azərbaycan xalqı 70 ildən sonra yenidən müstəqilliyinə qovuşdu". xəbər verir ki, bu barədə "Haber Global" telekanalının 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Gününə həsr etdiyi süjetində bəhs edilir. Bildirilir ki, Azərbaycan il

18.10.2026 203
.