Küçə yeməkləri, mədəmizə göndərdiyimiz zəhər yoxsa qida? AÇIQLAMA

Küçə yeməkləri, mədəmizə göndərdiyimiz zəhər yoxsa qida? AÇIQLAMAAçıq havada satılan qidaların zərərləri son illərdə daha çox nəzərə çarpır. Əksər hallarda bu qidaların istehlakı qaçınılmazdır. Küçədə satılan bir çox qidanın tərkibində çılpaq gözlə görünməyəcək qədər kiçik bakteriyalar var. Həmin bakteriyalar küləkli və ya isti havanın təsiri altında tozla birləşərək asanlıqla yayılır. Buna görə də mütəxəssislər tərəfindən bu cür qidaların istifadəsi tövsiyə edilmir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, son illərdə şəhərdə yol kənarlarında fəaliyyət göstərən dönərxanaların və küçə yeməklərinin hazırlanması ilə məşğul olan obyektlərin sayının artması bir çox insanın gündəlik qida tələbatını qarşılamaq üçün əlverişli hal alıb:

"Bununla yanaşı bu obyektlərin fəaliyyətində sanitariya-gigiyena qaydalarına uyğunluq və onların sağlamlığa təsirləri ciddi narahatlıqlar doğurur. Xüsusilə də Bakı kimi tozlu və havanın çirklənməsi səviyyəsinin yüksək olduğu şəhərlərdə açıq havada bişirilən yeməklərin təhlükəsizlik məsələsi aktuallığını qoruyur.

Küçə yeməkləri, mədəmizə göndərdiyimiz zəhər yoxsa qida? AÇIQLAMAKüçə yeməklərinin insan sağlamlığı üçün yaratdığı əsas risklərdən biri havadakı toz, tüstü və çirklənmənin bu qidalara birbaşa təsir etməsidir. Bakı şəhərində, xüsusilə yolların kənarlarında yerləşən məkanlarda hazırlanan yeməklər avtomobillərin tüstüsü və tozların təsirinə məruz qalır. Bu tüstü və tozlarda müxtəlif zərərli maddələr – ağır metallar, karbonmonoksid, azot oksidləri və digər toksik elementlər mövcuddur ki, bunlar qidalarla birgə insan orqanizminə daxil ola bilir. Bu maddələrin uzunmüddətli istehlakının nəfəs yolları xəstəliklərinə, həzm sistemi problemlərinə və hətta xroniki xəstəliklərə səbəb olma ehtimalı çoxdur.

Həmçinin dönər kimi qidaların bişirilmə və saxlanılma şəraiti də xüsusi diqqət tələb edir. Yüksək temperaturda bişirilən dönərlərin açıq havada saxlanılması və tüstü, toz kimi çirkləndiricilərə məruz qalması onların təhlükəsizliyini sual altına qoyur. Müvafiq qaydada bu cür qidaların qorunması üçün sanitar örtüklər və qoruyucu vasitələr istifadə olunmalıdır. Lakin bəzi obyektlərdə bu qaydalara əməl olunmadığına şahid oluruq.

Küçə yeməkləri, mədəmizə göndərdiyimiz zəhər yoxsa qida? AÇIQLAMAAsim Vəli onu da qeyd etdi ki, küçə yeməkləri satışı ilə məşğul olan obyektlər üçün müəyyən qaydalar mövcuddur. Müvafiq dövlət qurumları, o cümlədən Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən belə obyektlərin fəaliyyətinin nəzarət altında saxlanılması tələb olunur:

"Obyektlərin yerləşdirilməsindən tutmuş, qidaların saxlanılması və bişirilməsinə qədər bir sıra qaydalar mövcuddur. Qida obyektləri sanitar qaydalara uyğun fəaliyyət göstərməli və qidaların toz və çirkləndiricilərdən qorunmasını təmin etməlidirlər.
Yemək obyektləri yolların birbaşa kənarında, yəni yüksək avtomobil hərəkətinin olduğu ərazilərdə fəaliyyət göstərməməli, daha təmiz və havalandırılan sahələrdə yerləşdirilməlidir.
Bu obyektlər mütəmadi olaraq yoxlanılmalı, qida təhlükəsizliyi və gigiyena qaydalarına riayət olunub-olunmadığı yoxlanılmalıdır.

Küçə yeməkləri, mədəmizə göndərdiyimiz zəhər yoxsa qida? AÇIQLAMABununla yanaşı praktikada bəzi dönərxanalar bu qaydalara tam əməl etmədikləri üçün şəhər sakinləri zərərli təsirlərə məruz qala bilirlər. Bu səbəbdən müvafiq dövlət orqanlarının bu cür yerlərin fəaliyyətini ciddi nəzarətə götürməsi vacibdir. İctimaiyyətin də bu mövzuya həssas yanaşması və təhlükəsiz qida seçimlərinə üstünlük verməsi sağlamlıq üçün vacibdir.

Küçələrdə fəaliyyət göstərən dönərxanaların mövcud vəziyyəti, onların sağlamlığa zərərləri və nəzarətin gücləndirilməsi ehtiyacı cəmiyyət üçün əhəmiyyətli bir məsələdir. Qida təhlükəsizliyi qaydalarına tam əməl olunması, şəhər sakinlərinin sağlamlığının qorunması baxımından vacibdir və bu sahədə daha çox məlumatlandırma tədbirləri həyata keçirilməlidir".

Nuray Nəzərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 601   Tarix: 20 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.