Azərbaycanın suverenliyinin bərpa edildiyi tarixi gün

Azərbaycanın suverenliyinin bərpa edildiyi tarixi gün44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Şanlı Qələbədən sonra 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, ölkəmiz 30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuq işlərinə başladı və bu ərazilərdən didərgin düşmüş soydaşlarımızın doğma yerdlarına qayıdışlarına start verildi. Bu gün azad edilən ərazilərdə geniş quruculuq işləri həyata keçirilir və bu işlər günü-gündən daha geniş vüsət alır.
Təəssüflər olsun ki, üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin bir hissəsi hələ də qalmaqdadır və onların mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. Öz mənfur əməllərindən əl çəkməyən ermənilər Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı olaraq sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıb.
Bütün bu genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Ordusu bu dəfə də dünyada misli görülməmiş hərbi uğura imza atdı. Əməliyyat nəticəsində 1761 hədəf məhv edildi, amma 1 nəfər belə mülki sakinə zərər dəymədi. Eyni zamanda, revanşist qüvvələrə, ermənilərin arxasında duran dövlətlərə və təşkilatlara gücümüzü göstərdik. Azərbaycanın torpaqlarında gözü olanlara qandırdıq ki, biz güclüyük və basılmazıq.
Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, məlum üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, ölkəmizin bu tip humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri Qarabağda sayını artırmaqla, yeni silahlar alıb təxribatlar törətməklə məşğul oldular. Hətta vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin qondarma "prezident"lərini seçir, qondarma "parlament"lərinin adından dövlətimizə qarşı sərsəm bəyanatlar verirdilər. Bütün bunlar isə özünü təmkinli aparan Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandanımızın səbir kasasını daşırdı. Nəticədə Qarabağdakı antiterror tədbirləri qaçılmaz oldu. Sentyabrın 20-də separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını elan etdilər. Xüsusilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.
Bir daha qeyd etmək lazımdır ki, lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və səriştəsinin göstəricisi oldu. Əgər hər günü bir şərəfli tarix olan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun nümayiş etdirdiyi müasir döyüş üslubu dünya hərb tarixində yeni səhifə açmışdısa, bu cür qısamüddətli uğurlu antiterror əməliyyatı ilə o, yenidən tarix yazdığını bütün dünyaya nümayiş etdirdi. İyirmi dörd saatdan da az müddətə sığan və uğurla yekunlaşan antiterror tədbirləri unikal hərbi əməliyyat kimi dünya səviyyəsində böyük heyranlıqla qarşılandı. Bununla da xalqımız ölkəmiz uzun illərdən bəri həsrətində olduğu böyük Qələbə nəticəsində tarixi torpaqları üzərində özünün suverenliyini tam bərpa etmiş oldu. Bir sözlə, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünən vəzifəni reallaşdırdı.
2023-cü ilin sentyabrın 20-də qazandığımız hərbi qələbə ilə ölkəmizin suverenlini tam bərpa etdik. Bu Azərbaycan xalqının həyatında ən müqəddəs gündür. Məhz elə buna görə də Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər ilin sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Sərəncamda deyilir: "Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir". Prezidentin digər Sərəncamı ilə 20 sentyabr həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhər Günü kuimi qeyd edələcəkdir.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 734   Tarix: 21 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi

Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu

18.10.2026 214
.

Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı - ADY-dən açıqlama

Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin hans

18.10.2026 240
.

Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb

Şotlandiya Milli Partiyası (SNP) Şotlandiyanın Böyük Britaniyadan müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsinə hazırlıq məqsədilə kampaniyaya start verib. "Report" xəbər verir ki, bunu partiyanın lideri, Şotlandiyanın birinci naziri Con Suinni Aberdində keçirilən SNP qurultayını

18.10.2026 190
.

Çörək bıçağına görə arvadını döydü, cinayət işi açıldı

Ağcabədidə kişi arvadını döyüb. xəbər verir ki, hadisə rayonun kəndlərinin birində qeydə alınıb. Kənd sakini 36 yaşlı Arif Mustafayev (şərti adla) yaşadıqları evin həyətində arvadını taxta parçası ilə döyüb. Buna səbəb isə arvadının çörək kəsdikləri bıçağı həyətdəki tualetin yanına, mişar daşının üstün

18.10.2026 217
.

Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib

Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. "Report" xəbər verir ki, Fransa lideri bu barədə "X"

18.10.2026 198
.

İraq regional enerji və nəqliyyat şəbəkələrinin birləşdirilməsini təklif edib

İraqın Baş naziri Əli əz-Zeydi region ölkələrinin enerji, nəqliyyat və kommunikasiya şəbəkələrinin birləşdirilməsi təşəbbüsü ilə çıxış edib. "Report" İNA agentliyinə istinadən xəbər verir ki, hökumət başçısı bu təklifi Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasını

18.10.2026 207
.

İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir

Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

18.10.2026 206
.

Meksikada üç turistin qətlinə görə şok hökm

Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları

18.10.2026 194
.

Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb

Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram zamanı baş verən izdiham nəticəsində azı 17 nəfər ölüb, çox sayda insan xəsarət alıb. "Report" "NDTV" telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 18:10) Qiriş-Park rayonunda müvəqqət

18.10.2026 190
.