Ət BAHALAŞACAQ – Bu TARİXDƏN
Ət məhsulları bahalaşmaqda davam edir. Artıq paytaxtda dana ətinin bir kiloqramı 16, quzu ətinin bir kiloqramı isə 21-22 manata təklif olunur. Bu isə o deməkdir ki, son bir ayda ət 10-15 faiz bahalaşıb.
Halbuki, yay aylarında bir qayda olaraq ətin ucuzlaşması müşahidə olunurdu. Lakin ötən ildən başlayaraq bu ənənə pozulub. Ötən yayda olduğu kimi, bu yay da ət məhsulları bahalaşmaqda davam edib.
Bunun da bir sıra səbəbləri var.
Başlıca səbəbsə ölkədə heyvanların baş sayının sürətlə azalmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda 2 milyon 507,7 min baş iribuynuzlu mal-qara qeydə alınıb. Bu, son on ilin göstəriciləri ilə müqayisədə 189,8 min baş azdır. 2015-ci ildə Azərbaycanda 2 milyon 697,5 min baş iribuynuzlu mal-qara qeydə alınıb.
Bundan başqa, bu il qoyun və keçilərin sayı 7 milyon 60,6 min baş olub ki, bu da, on il əvvəllə müqayisədə 1 milyon 584,8 min baş azdır. 2015-ci ildə bu say 8 milyon 645,5 min idi.
Heyvandarlığa maraq niyə azalır?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ət istehsalının və mal-qaranın sayının azalmasının başlıca səbəbi heyvandarlığa marağın azalmasıdır:
"Otlaq sahələri az olduğu üçün fermerlər də bu sahəyə investisiya qoymaq istəmir. Çünki qapalı şəraitdə 5-10 baş iribuynuzlu və 40-50 baş xırdabuynuzlu heyvan saxlamaq olar. Bundan əlavə qapalı şəraitdə saxlanılan heyvanları bəsləmək xeyli baha başa gəlir. Ona görə də fermerlər yavaş-yavaş heyvandarlıqdan çəkinirlər".
Müsahibimiz bahalaşmanın digər bir səbəbi kimi bu ilin yaz-yay aylarının yağıntılı keçməsini söyləyib:
"Yağışlar təbii və süni biçənəklərə böyük zərər vurdu. Nəticədə, yonca kipinin qiyməti 7-8 manata bahalaşıb. Halbuki, ötən il bu 3-4 manat idi".
Nə etməli?
Akif Nəsirli hesab edir ki, fermerlər arasında yenilikləri təşviq etmək lazımdır:
"Noyabr-dekabr aylarından mart ayına qədər heyvanlarda döl zamanı hesab olunur. Bu aralıqda doğulan quzular bir qayda olaraq quzu ətinə olan tələbatı əsasən ödəyir. Lakin son illərdə tələbat artığına görə artıq klassik ənənədən əl çəkilməlidir. Çünki iri buynuzlu heyvanlarda olduğu kim xırda davarlarda da süni mayalanma aparmaq mümkündür. Fermerlər yeni metoddan istifadə etsələr ildə ən azı davarlardan 2 dəfə bala alarlar. Bu da ehtiyacı böyük ölçüdə qarşılayar.
Bununla belə xırda buynuzlu heyvanların becərilməsi üçün örüş yeri mütləqdir. Çünki təbii otlaqlarda bir fermer 1000 qoyun saxlaya bilir, ancaq qapalı şəraitdə bu rəqəm ən azı 10 dəfə aşağı düşür.
Bu məsələ öz həllini tapmadıqca ətin qiyməti sürətlə bahalaşacaq.
Hazırkı, bahalaşma isə davam edəcək. Artıq toy mövsümü başlayıb. Üstəlik, soyuq aylarda insanlar ət məhsullarına qida rasionunda daha çox yer ayırırlar. Beləcə, artan tələbat qarşılığında təklifin azlığı bahalaşmanı sürətləndirəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2276 Tarix: 21 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278