"Vəfa Şərifovanın məndən üzr istəməsini tələb edirəm"
"Çox təəssüf edərək son günlər gündəmi zəbt edən məsələ ilə bağlı sonuncu açıqlamamı vermək istəyirəm. Sadəcə bir mahnı məsələsindən başlayan söhbət bu qədər iyrənc səviyyəyə çatdığına görə tamaşaçılarımızdan, məni sevən dinləyicilərimdən üzr istəyirəm. Bir şəhid bacısının haqqının tapdanmasına, adımın ümumiyyətlə, xəbərsiz olduğum məsələlərdə hallanmasına səbrlə yanaşa bilmədim".
Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Şəbnəm Tovuzlu deyib. O, Vəfa Şərifova ilə yaşadığı qalmaqalla bağlı son dəfə açıqlama verdiyini bildirib:
"Həm məni, həm də izləyicilərimizi narahat edən məsələni artıq tamamilə bağlayıram. Bir mahnını şoulaşdırıb, iyrəncləşdirib və bundan dırnaqarası reklam qazanmaq istəyənləri artıq durdurmaq qərarına gəldim. Çünki bu məsələ mənim özümü də narahat edir.
Mahnının bütün müəllif hüquqları şəhid bacısına məxsusdur. Mahnının haqqını ödəyib almışam və ilk olaraq mən oxumuşam. Haqqımı tələb etməli olduğum halda, digər tərəf nəyin davasını edir anlamıram".
Şəbnəm yutub işlədən Nadir Kərimovu qaçırtdırması iddiasına belə reaksiya verib:
"İki gündür adı hallanan Nadirlə bağlı onu deyə bilərəm ki, ümumiyyətlə Nadirin harada olmasının, niyə olmasının və ya həbs edilib, edilmədiyinin qəti şəkildə mənimlə heç bir əlaqəsi yoxdur. Bura Azərbaycandır. Hansısa bir kriminal ölkə deyil. Burada heç cinayətdə şübhəli bilinən birini belə məcburi şəkildə aparmırlar, o ki, qaldı hansısa mahnıya görə bir yutuber olsun. Dövlətin qanunu, qaydası var. Bu ifadə mənə yox, bir başa Azərbaycan polisinə qarşı təxribatdır. Mən də kimisə evindən apardacaq qədər qanunları tapdalamamışam.
Heç kim, qəti şəkildə heç kim, mənim adımı və xüsusilə də adını daşıdığım Tovuzumla bağlı alçaldıcı ifadə işlədə bilməz. Bu mənə yox, birbaşa Azərbaycanın bölgəsinə, oranın camaatına qarşı təhqirdir. Savadsız, danışığını bilməyən biri bir mahnıya görə mənim rayonumu, bilavasitə də oranın camaatını təhqir edib. İşlətdiyi ifadəyə görə üzr istəməsini tələb edirəm.
Bu məsələyə sonuncu açıqlamamı verirəm və bir daha açılmamaq üzərə bağlayıram".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
11.10.2026 303 Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO
Müğənni Gülay Zeynallı sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni sosial mediada yeni fotolarını paylaşıb. Görüntülərdə Gülay zərif, fit görünüşü və gözəlliyi ilə maraq doğurub. Onun dəyişini gözdən qaçmayıb. Həmin fotoları təqdim edirik:
11.10.2026 528 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13.10.2026 402 Aygün Kazımovanın özündən gözəl qızı İlqarədən YENİ FOTO
Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, sosial mediada müğənninin yeni görüntüsü yayımlanıb. Onun dəyişimi diqqət çəkib. İlqarənin görüntüsünə xoş sözlər yazıblar. Həmin paylaşımı təqdim edirik:
04.10.2026 570 Nadir Qafarzadə nəvəsi ilə - FOTO
Müğənni Nadir Qafarzadə nəvəsi ilə obyektiv qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi öz adını daşıyan nəvəsi Nadir ilə fotosunu sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Nadir müğənninin oğlu Əzizin övladıdır. Qafarzadənin digər oğlu Loğmanın da bir övladı var
07.10.2026 509 "O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir"
Əməkdar artist Lalə Məmmədova boşanma ərəfəsində yaşadığı çətin günlərdən, övladlarından və şəxsi həyatından danışıb. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Fruktoviy çay" yutub layihəsində açıqlama verib. Sənətçi boşanma ərəfəsində həyatının ağır dövrünü yaşadığını bildirib:. "Boşanm
17.10.2026 215 İlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm"
"İnsanlarda ən çox yalanı sevmirəm, mehriban insanları sevirəm. İlk dəfə sənin verilişinə gələndə sən demişdin ki, yalanı sevmirəm". xəbər verir ki, bu sözləri aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olan müğənni İlqarə Kazımova deyib. O həmçinin bildirib ki, insanlar
06.10.2026 562 "Atam və anamdan çox o, mənə dəstək oldu"
Müğənni İradə İbrahimova qızı üçün nümunə olmağa çalışdığını deyib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" proqramında danışıb. "İfaçı kimi efirdə gözəl görünməyə diqqət etmişəm. İndi evdə qızıma örnək oluram, ona nümunə olmağa çalışıram. İstəyirəm ki, yeməyinin, içməyinin
17.10.2026 206 Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqların
11.10.2026 600