Politico: ABŞ İraqdan qoşunların çıxarılması planlarını elan edəcək

Politico: ABŞ İraqdan qoşunların çıxarılması planlarını elan edəcəkABŞ gələn həftə İraqdan Amerika hərbi kontingentinin çıxarılması planlarını elan etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat verib.

Nəşrə görə, Amerika qoşunlarının çıxarılması planının razılaşdırılması "son mərhələdədir". Çıxarılma qərarı BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda ABŞ və İraq nümayəndələrinin görüşündən sonra açıqlana bilər.

"Politico" qeyd edib ki, İraq iqtidarı 2026-cı ilin sonunadək ölkədən 2,5 min Amerika hərbçisinin çıxarılmasına ümid edir.

Daha əvvəl İraqın Baş naziri Məhəmməd əs-Sudani "Bloomberg" agentliyinə müsahibəsində bildirmişdi ki, artıq ölkədə ABŞ qoşunlarının qalmasına ehtiyac yoxdur və yaxın vaxtlarda onların çıxarılması qrafiki elan ediləcək. Əs-Sudaninin sözlərinə görə, İraq qoşunlarının ölkə ərazisində İŞİD qalıqlarına qarşı birgə Amerika-İraq reydlərində uğurlu iştirakı İraq təhlükəsizlik qüvvələrinin terror qruplaşması ilə müstəqil mübarizə aparmaq qabiliyyətində olduğunu təsdiqləyir. Bununla yanaşı, Baş nazir əmindir ki, qoşunların çıxarılmasından sonra da İraq və ABŞ təhlükəsizlik və iqtisadiyyat sahəsində əməkdaşlığı davam etdirəcəklər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 482   Tarix: 22 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sumqayıtda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə

Sumqayıt şəhərində sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında mübahisə baş verib. Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. Qadın sərnişin sürücünün avtobusu dayanacaqd

27.07.2026 278
.

Dənizdə 4 nəfər batdı - 1-i öldü

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb. BİG.AZ xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sulard

27.07.2026 366
.

Rumıniya qırıcıları Rusiya dronunu vurdu

Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısı ölkənin hava məkanını pozan növbəti PUA-nı zərərsizləşdirib. Bu, son bir həftə (son üç gün) ərzində Rumıniya tərəfindən vurulan üçüncü Rusiyaya məxsus pilotsuz uçuş aparatıdır. Hadrısə iyulun 26-da səhər saatlarında, Ukraynanın Odessa vilayətin

27.07.2026 220
.

İordaniyada pilotsuz təyyarənin vurulduğu bildirilir

Ordudan verilən açıqlamada bildirilir ki, İordaniya Silahlı Qüvvələri çərşənbə axşamı yerli vaxtla bir pilotsuz təyyarəni vurub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, açıqlamada deyilir ki, pilotsuz təyyarə sübh tezdən ölkənin hava məkanını pozub və şərq səhrasında vurulub. Müəllif: İlkin Məmmədkərimo

10:19 56
.

Milli Yaylaq Festivalında bir araya gəldilər - Fotolar

Göygöldə V Milli Yaylaq Festivalı davam edir. Axşam.az xəbər verir ki, festivalının açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin deputatı Kamran Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindək

27.07.2026 343
.

Sibir vulkanları çoxlu miqdarda CO2 buraxdı: Bu, Yerdə həyatı necə dəyişdirdi?

Təxminən 252 milyon il əvvəl Yer tarixində ən böyük kütləvi məhvolma hadisəsi baş verib və dəniz canlılarının təxminən 90 faizi məhv olub. Qaynarinfo xəbər verir ki, bu barədə "Space Daily" nəşri yazıb. Alimlərin fikrincə, bu fəlakət tək bir vulkan püskürməsi ilə deyil, indiki Sibir ərazisind

27.07.2026 213
.

"Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir"

"İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan AzTV-nin "düşmən media qurumları" siyahısına daxil edilməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti il

27.07.2026 258
.

AzTV rəhbəri İranı hədəfə aldı - "Düşmən media qurumları..." - VİDEO

AzTV İranda "düşmən media qurumları" siyahısına salınıb. "Yeni Sabah" xəbər verir ki, Dövlət Televiziyası rəhbəri Rövşən Məmmədli "Həftə" proqramında bu mövzunu şərh edib

27.07.2026 255
.

Prezident onu Qarsa baş konsul təyin etdi

Qoşqar Aslan oğlu Zeynalov Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, bu təyinatadək Qarsda baş konsulumuz olan Zamin Əliyev İstanbulda Azərbaycanın baş konsulu təyin edili

27.07.2026 221
.

TOP MP3