"Müstəmləkə Kanadanın müstəqil Azərbaycana dil uzatması absurddur" - Turan Rzayev
Azərbaycan Kanadanın xarici işlər naziri Melani Jolinin "Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan" bəyanatını pisləyib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Kanada xarici işlər nazirinin bəyanatına dair şərhində bildirilib.Bildirilib ki, Kanadanın baş diplomatı "beynəlxalq hüququn norma və prinsipləri əsasında 4 il əvvəl Ermənistanla Azərbaycan arasında münaqişənin bitdiyi regionumuzdakı reallıqlarla tanış olmaq əvəzinə, növbəti dəfə manipulyasiya və faktları təhrif etməklə məşğuldur.
Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Turan Rzayev bildirib ki, XİN həm də Böyük Britaniyaya nota verməlidir. Konstitusiyada Kanada Böyük Britaniyanın şəxsi mülküdür və hökumət şəxsi mülkünə sahib çıxmalıdır. Britaniya müstəmləkəsi olan ölkənin tam müstəqil ölkəyə dil uzatması absurddur. Kanadanın siyasi kollekturasına baxanda Azərbaycandan daha aşağı ölkədir:
"Kanada ilk dəfə deyil ki, belə əsassız və gülünc bəyanatlar verir. Artıq reallıqlar tamamilə dəyişib. Ermənistan-Azərbaycan münaqişəsinin Dağlıq Qarabağ etapı bitib. Amma Kanada tərəfinin bəyanatında sanki münaqişə davam edir və Azərbaycan təcavüzkar ölkə kimi göstərilməyə çalışılır. Kanadanın bundan öncə də bənzər bəyanatları olub. Azərbaycan tərəfi yenə sərt formada cavab verib və bu, təbiidir. Ümumiyyətlə konstitusiyasında Britaniya kraliçasının şəxsi mülkü və Kanada xalqına ianə kimi verildiyi təqdim olunan Kanada dövləti siuveren deyil. Faktiki olarq dominion, Britaniya müstəmləkəsi olan ölkənin tam müstəqil ölkəyə dil uzatması absurddur. Kanadanın siyasi kollekturasına baxanda Azərbaycandan daha aşağı ölkədir. Kanadanın okeanın o tayında olması da onların Cənubi Qafqaz haqqında informasiyalarının nə dərəcədə yanlış olduğunu göstərir. Görünür, Kanadanın xarici işlər naziri aradakı saat fərqini də nəzərə alıb. Amma görünür, arada saat yox, aylar, illər fərqi var ki, onlar keçmiş və bitmiş münaqişə predmentində açıqlama verərək özlərinin təmsil etdikləri yarımüstəqil dövlətə də zərbə vururlar. Bu, onların təcrübəsizliyindən qaynaqlanan məsələdir. Bu açıqlamalarla sadəcə özlərini biabır etməklə məşğuldurlar. Azərbaycan Böyük Britaniya ilə münasibətlərə xüsusi önəm verir və bu gün də ölkəmizdə Böyük Britaniyanın "BP" şirkəti fəaliyyət göstərir. Böyük Britaniya bizim etibarlı tərəfdaşımızdır. Lazım gələrsə, rəsmi Bakı bununla bağlı Londonun özünə xəbərdarlıq edər. London da öz müstəmləkəsinin qulağını burmağı yaxşı bacarar. Bizim bu məsələdə əsas müraciət edəcəyimiz tərəf Böyük Britaniya olmalıdır. Kanada bizim səviyyəmizdə ölkə deyil. Bunu siyasi və diplomatik kontestdə deyirəm. Ölkələrin iqtisadi, sosial müqayisəsindən danışmıram. Xarici İşlər Nazirliyinin bəyanatı doğrudur. Amma hesab edirəm ki, XIN həm də Böyük Britaniyaya nota verməlidir. Konstitusiyada Kanada Böyük Britaniyanın şəxsi mülküdür və hökumət şəxsi mülkünə sahib çıxmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 858 Tarix: 23 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkədə terrorla mübarizə və ictimai sülhün təmin olunması istiqamətində həyata keçirilən proses çərçivəsində PKK terror təşkilatı ilə heç bir sövdələşmənin aparılmadığını və güzəştə gedilmədiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Habe
18.10.2026 189 Meksikada üç turistin qətlinə görə şok hökm
Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları
18.10.2026 194 İran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır
Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb
18.10.2026 211 Avstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir
18.10.2026 223 Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib
İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi
18.10.2026 243 Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?
Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
18.10.2026 222 Azərbaycanda mənzillər bahalaşdı
Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili
18.10.2026 195 Ağ Evin yeni mətbuat katibi vəzifəsindən azad edildi
Ağ Evin mətbuat katibi Keyti Zakariya bu vəzifədə fəaliyyətə başladıqdan bir həftədən də az müddət sonra işdən çıxarılıb. bildirir ki, bu barədə "The New York Times" nəşri üç mənbəyə istinadən xəbər verib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirmişdi ki, Zakariyaya bu vəzifəd
18.10.2026 206 El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları, köpəkbalıqlarını və dəniz ilanlarını gətirib
Sakit okeanda El-Ninyo iqlim hadisəsi ilə əlaqədar suyun temperaturunun anomal yüksəlməsi ABŞ-ın Kaliforniya ştatının sahillərində nadir tropik balıqların, köpəkbalıqlarının və dəniz ilanlarının görünməsinə səbəb olub. "Report" Reuters agentliyinə istinadən xəbər verir ki, bu il El-Ninyo hadisəsini
18.10.2026 219