Həbsdə olan bəstəkar bu müğənnilərə mahnılarını oxumağa QADAĞA QOYDU

Həbsdə olan bəstəkar bu müğənnilərə mahnılarını oxumağa QADAĞA QOYDU6 ildən artıqdır həbsdə olan tanınmış bəstəkar və şair Tural Bayraməliyev bəzi müğənnilərə mahnılarını oxumağa qadağa qoyub.

Bəstəkar təxminən 30-a yaxın mahnısını ölkənin tanınmış müğənniləri tərəfindən ifa edildiyini söyləyib:

"Heç bir zaman mahnılarımı satmamışam. Müğənnilərin kimliyini də özüm seçmişəm. Mənim mahnılarım ilə məşhurlaşan kifayət qədər müğənni var. Onların arasında bir neçə Xalq və Əməkdar artist də var. Daim dövlətçiliyə sadiqliyimlə tanınmışam, hətta dövlətimizə, Ulu Öndər və Ali Baş Komandanımız İlham Əliyevə də mahnılar bəstələmişəm. Hansı ki, bu gün rəsmi tədbirlərdə Xalq artistləri Aygün Kazımova, Gülyaz-Gülyanaq bacıları, Nisə Qasımova, Əməkdar artistlər Abbas Bağırov, Mətanət İsgəndərli, Almaz Ələsgərli sevə-sevə oxuyurlar. Bu qərara gəlməyimin səbəbi o oldu ki, dəfələrlə televiziya kanallarında öz mahnılarımı eşitsəm də, adımın çəkildiyini görmədim. Qeyd etdiyim kimi heç zaman mahnılarımı satmamışam, mahnının həm sözləri, həm də bəstəsi özümə məxsus olub. Bu müraciətimdən sonra hansısa tədbirdə və ya el şənliklərində aşağıda adları sadalanan mahnılarımın ifa olunduğunu eşidərəmsə, o şəxslə hüquqi müstəvidə danışmalı olacağam".

Bəstəsi və sözləri Tural Bayraməliyevə məxsus olan mahnıları və oxuyan müğənnilərin siyahısını təqdim edirik.

"İzzət Bağırov "Tənhayam", Brilliant Dadaşova "Səndən ayrı", Flora Kərimova "Yağışı", Aygün Kazımova "Unutmuşam", "Azərbaycan bayrağı", Gülyaz-Gülyanaq "Ölməz Prezident", "Azərbaycan", Nisə Qasımova "Xalqımızın Qəlbindəsən", "Durna qatarı", "Sevəcəyəm", Abbas Bağırov "Dalğalansın bayrağımız", Aygün Bəylər "Getmisən", "Düşündüm", Mətanət İsgəndərli "Müstəqil Azərbaycan", Nadir Qafarzadə "Xainsən", "Döy qapımı", "Unut məni", Damla "Qürur", "Bu bahar", Almaz Ələsgərli "Ulu Öndər", "Mən sənsiz", Niyam Salami "Səninlə", Yaşar Yusub "Tənha yaşa", "Sən deyilsən", Vəfa Şərifova "Misafirim ol", Günay İbrahimli "Hüzur", Sevil-Sevinc "Anla məni", "Eşq dəlisi", "Ürəyim", Aysel Əlizadə "Mahnılarda yaşatdım", Ayan Babakişiyeva "Səndən sonra" və "Tələ" serialı soundtrek - "Hər şeydə sən varsan".

Qeyd edək ki, Tural Bayraməliyev 2018-ci ildə gömrük xidməti polkovniki Salehli Şədiyyə Arif qızının şikayəti ilə həbs edilərək 8 il müddətinə azadlıqdan məhrum edilib. (Unikal)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1237   Tarix: 24 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkədə terrorla mübarizə və ictimai sülhün təmin olunması istiqamətində həyata keçirilən proses çərçivəsində PKK terror təşkilatı ilə heç bir sövdələşmənin aparılmadığını və güzəştə gedilmədiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Habe

18.10.2026 189
.

Meksikada üç turistin qətlinə görə şok hökm

Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları

18.10.2026 194
.

İran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır

Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb

18.10.2026 211
.

Avstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi

Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir

18.10.2026 223
.

Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib

İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi

18.10.2026 243
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18.10.2026 222
.

Azərbaycanda mənzillər bahalaşdı

Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili

18.10.2026 195
.

Ağ Evin yeni mətbuat katibi vəzifəsindən azad edildi

Ağ Evin mətbuat katibi Keyti Zakariya bu vəzifədə fəaliyyətə başladıqdan bir həftədən də az müddət sonra işdən çıxarılıb. bildirir ki, bu barədə "The New York Times" nəşri üç mənbəyə istinadən xəbər verib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirmişdi ki, Zakariyaya bu vəzifəd

18.10.2026 206
.

El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları, köpəkbalıqlarını və dəniz ilanlarını gətirib

Sakit okeanda El-Ninyo iqlim hadisəsi ilə əlaqədar suyun temperaturunun anomal yüksəlməsi ABŞ-ın Kaliforniya ştatının sahillərində nadir tropik balıqların, köpəkbalıqlarının və dəniz ilanlarının görünməsinə səbəb olub. "Report" Reuters agentliyinə istinadən xəbər verir ki, bu il El-Ninyo hadisəsini

18.10.2026 219
.