"Bəzi məcburi köçkünlər iş tapa bilmədiyinə görə evini kirayə verib Bakıya qayıtmalı olur" - Ceyhun Məmmədov
Qarabağa qayıdan bəzi məcburi köçkünlər evlərini kirayə verərək Bakıya gəlirlər. Bu məsələ sosial şəbəkədə yenidən gündəmə gəlib. Bəs bu kimi hallar Qarabağın yenidən canlanmasına necə təsir edir?
Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu məsələ işğaldan azad olunmuş yerlərdə insanların məşğulluq məsələsini yenidən gündəmə gətirir. Bölgələrə köçürülən əhali işlə təmin olunmalıdır ki, belə problem yaşamayaq:
"Düşünürəm ki, bu məsələ ətrafında bu qədər ajotajın yaradılmasına ehtiyac yoxdur. Məsələyə bu qədər reaksiyanı doğru hesab etmirəm. Əlbəttə ki, hamı nəzərə almalıdır ki, bu torpaqlar şəhidlərimizin qanı hesabına azad olunub və insanlarımız da dövlətin verdiyi evlərdə yaşamalıdırlar. Yaşamaq istəmirlərsə, evləri təhvil verməlidirlər. Bəzən bu məsələ işlə bağlı olur. İnsanlar köçdükləri ərazidə iş tapa bilmədiklərinə görə bakıya üz tuturlar və evlərini kirayə verirlər. Əlbəttə, bu, düzgün məsələ deyil, amma düşünmürəm ki, bütün məcburi köçkünlər evlərini kirayə verib Bakıya gəlir. Bu yanaşma təxribatdır. Bu yanaşma qaçqınlarla qeyri-qaçqınları qarşı-qarşıya qoymaqdır. Çox təhlükəli yanaşmadır. 90-cı illərin əvvəlini xatırladım. Bir məcburi köçkün kimi məni düşündürür. Dövlət məcburi köçkünə ev verirsə, ya orada yaşamalı, ya təhvil verməlidir. Əgər kimsə bu evlərdə yaşamırsa, ev ondan alınmalıdır. Amma bütün məcburi köçkünləri bunda ittiham etmək yanlışdır. Bu məsələ işğaldan azad olunmuş yerlərdə insanların məşğulluq məsələsini yenidən gündəmə gətirir. Bölgələrə köçürülən əhali işlə təmin olunmalıdır ki, belə problem yaşamayaq. Bir vətəndaş Qarabağa gedir, evi var, amma işi yoxdursa, dolana bilmədiyinə görə Bakıya qayıtmağa məcbur olur. Əlbəttə, bunu doğru hesab etmirəm. Belə ajotaj yaradılmasının da əleyhinəyəm. Bu məsələ ilə bağlı ehtiyatlı olmalı, bir-birimizi diskriminasiyaya məruz qoymamalıyıq. Ola bilsin, bir dənə belə fakt var. Amma Azərbaycanda başqa müzakirə olunası mövzu yoxdur? Cənab prezident Qarabağ Universitetinin açılışını etdi. Yeni zavodlar, fabriklər açılır.Biz bundan danışaq. Hansısa vətəndaş ajotaj yaradır və bu, bizim həmrəyliyimizə mənfi təsir edir. Bəzən mənə elə gəlir ki, bu, xaricdən idarə olunur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1796 Tarix: 25 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Ukraynada "Starlink"in işini kimin məhdudlaşdırdığını açıqladı - Video
ABŞ Prezidenti Donald Tramp nə özünün, nə də "SpaceX" şirkətinin rəhbəri İlon Maskın Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi "Starlink" peyk sisteminə çıxışı məhdudlaşdırmadığını bəyan edib. RBC-ya istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib
18.10.2026 197 Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü
Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec
18.10.2026 221 Azərbaycanda mənzillər bahalaşdı
Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili
18.10.2026 195 Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib
İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi
18.10.2026 243 Minimum əməkhaqqı artacaq? - Video
Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər
18.10.2026 243 Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
Avropa ölkələri "Starlink" peyk rabitəsi sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra ona alternativlərin hazırlanmasını aktivləşdiriblər. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelensk
18.10.2026 210 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18.10.2026 221 20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub. BİG.AZ -a istinadən xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini Müşfiq Cəfərov (şərti adla) 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb. Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikah
18.10.2026 151 Avstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir
18.10.2026 223