Bu insanların dəvəquşu kimi iki barmağı var

Bu insanların dəvəquşu kimi iki barmağı varOnların üç orta barmağı yoxdur, digər ikisi isə içəriyə dönükdür. Mədəni cəhətdən təcrid olunmuş, təbiətlə harmoniyada sadə və sərt həyat sürən Vadoma tayfasının sakinləri özünəməxsus xüsusiyyətləri ilə görənləri heyran edir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Dəvəquşu qəbiləsi"nin üzvləri bu xüsusiyyəti bir üstünlüyə çevirib. Bəs necə?

Afrikada, Zimbabvenin şimal-qərb hissəsindəki Zambezi vadisində Vadoma qəbiləsində yaşayan insanların ayaqlarında cəmi iki barmaq var. Bəs niyə dünyanın ən maraqlı insan icmalarından biri olan Vadoma qəbiləsinin üzvlərinin ayaqları dəvəquşuna bənzəyir?

Onlar dağlarda köçəri həyatı sürürlər, balıq tutmaqla, ovçuluqla, yabanı meyvə və kök toplamaqla dolanırlar. Son illərdə Vadoma tayfası brakonyerliyə qarşı mübarizə çərçivəsində sıxışdırılır. Bu səbəbdən çoxları ovçu-toplayıcı həyat tərzindən əl çəkib düzənliklərə köçməli olublar. Vadomalılar oturaq həyat sürür, yırtıcılardan qorunmaq üçün taxta platformalarda evlər tikir, yağış yağanda sığınacaqlarını həsirlə örtürlər.

Qəbilə Zimbabvedəki yeganə qeyri-kənd təsərrüfatı cəmiyyəti kimi tanınır, lakin onları dünyada məşhur edən qeyri-adi genetik mutasiyasıdır. Vadoma qəbiləsində görülən bu maraqlı vəziyyət tibb aləmində "ektrodaktiliya" kimi tanınır. Ektrodaktiliya əllərdə və ya ayaqlarda bəzi barmaqların olmaması və ya birləşməsi vəziyyəti kimi izah olunur.

Bu insanların dəvəquşu kimi iki barmağı varXəstəliyin daha bariz səbəbi 7-ci xromosomdakı mutasiyadır. Bu mutasiya yüksək dərəcədə genetik olaraq miras alınır, yəni valideynlərdən birində bu mutasiya varsa, onların uşaqlarında görünmə ehtimalı 50 faizdir.

Qəbilənin inancına görə, Vadoma mifologiyasında onların əcdadları Baobab ağacından törəyiblər. İcmanın yaşlı üzvləri də əcdadlarının ulduzlardan gələn quşlar olduğunu düşünürlər. Onların danışdıqları hekayə yadplanetlilərin minlərlə il əvvəl Sirius ulduz sistemindən aralarında yaşamağa gəldiyinə inanan Malidəki Doqon xalqının söylədiklərinə bənzəyir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 896   Tarix: 25 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub

Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyinə yerli polisin rəisi Dharmvir Sinqh bildirib. Qəza baza

18.10.2026 202
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18.10.2026 222
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18.10.2026 206
.

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. BİG.AZ xəbər verir ki, paylaşımda deyilir:. "18 oktyabr. Müstəqilliyin Bərpası Günü. Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlı

18.10.2026 219
.

Tramp Ukraynada "Starlink"in işini kimin məhdudlaşdırdığını açıqladı - Video

ABŞ Prezidenti Donald Tramp nə özünün, nə də "SpaceX" şirkətinin rəhbəri İlon Maskın Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi "Starlink" peyk sisteminə çıxışı məhdudlaşdırmadığını bəyan edib. RBC-ya istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib

18.10.2026 197
.

"Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video

"Azadlıq meydanı. Hər şey burada başladı. Azərbaycan xalqı 70 ildən sonra yenidən müstəqilliyinə qovuşdu". xəbər verir ki, bu barədə "Haber Global" telekanalının 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Gününə həsr etdiyi süjetində bəhs edilir. Bildirilir ki, Azərbaycan il

18.10.2026 203
.

İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir

Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

18.10.2026 206
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18.10.2026 189
.

El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları, köpəkbalıqlarını və dəniz ilanlarını gətirib

Sakit okeanda El-Ninyo iqlim hadisəsi ilə əlaqədar suyun temperaturunun anomal yüksəlməsi ABŞ-ın Kaliforniya ştatının sahillərində nadir tropik balıqların, köpəkbalıqlarının və dəniz ilanlarının görünməsinə səbəb olub. "Report" Reuters agentliyinə istinadən xəbər verir ki, bu il El-Ninyo hadisəsini

18.10.2026 219
.