Kəmaləddin Heydərovun həyat yoldaşı 120 minə ofis icarəyə verdi
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Heydərova Ruhəngiz Muxtar qızı arasında ofisin icarəyə götürülməsi ilə bağlı satınalma müqaviləsi imzalanıb.
BiG.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Heydərova Ruhəngiz Muxtar qızına məxsus qeyri-yaşayış sahəsini 2024-cü il ərzində (bir illik) icarəyə götürüb. Multikulturalizm Mərkəzi icarə haqqı olaraq Heydərova Ruhəngiz Muxtar qızına 120 min manat ödəyəcək.
Qeyd edək ki, Multikulturalizm Mərkəzi ötən illər ərzində də ofisin icrası məqsədilə Heydərova Ruhəngiz Muxtar qızı ilə müqavilə imzalayıb və müqavilələrin müddəti və qiyməti aşağıdakı kimi olub:
20 fevral – 31 dekabr 2020-ci il – 97 min 680 manat;
5 yanvar – 31 dekabr 2021-ci il – 97 min 680 manat;
5 yanvar – 31 dekabr 2022-ci il – 97 min 680 manat;
5 yanvar – 31 dekabr 2023-ci il – 97 min 680 manat;
30 dekabr 2023 – 30 dekabr 2024-cü il – 120 min manat.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Ruhəngiz Heydərova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə icarəyə verdiyi ofisin icarə qiymətini 22 min 320 manat və ya 23% artırıb.
Onu da bildirək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə ofis icarəyə verən Heydərova Ruhəngiz Muxtar qızı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşıdır. Kəmaləddin Heydərovun həyat yoldaşı "SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası" İctimai Birliyinin rəhbəridir.
Ruhəngiz Heydərova eyni zamanda YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, həmçinin biologiya üzrə fəlsəfə doktorudur. İctimai Birliyin rəsmi veb-səhifəsində qeyd olunur ki, Birliyin tərkibində Şərq Təbabatı Klinikası da fəaliyyət göstərir.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Bakının mərkəzi küçələrindən hesab olunan Mikayıl Useynov prospektində (Səbail rayonu) yerləşən tarixi binaların birində fəaliyyət göstərir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2795 Tarix: 25 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir
18.10.2026 223 ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v
18.10.2026 207 Qazaxıstanda zəhərli hörümçəyi udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
18.10.2026 227 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu
18.10.2026 214 Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca
18.10.2026 259 Minimum əməkhaqqı artacaq? - Video
Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər
18.10.2026 243 Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib
İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi
18.10.2026 243 El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları, köpəkbalıqlarını və dəniz ilanlarını gətirib
Sakit okeanda El-Ninyo iqlim hadisəsi ilə əlaqədar suyun temperaturunun anomal yüksəlməsi ABŞ-ın Kaliforniya ştatının sahillərində nadir tropik balıqların, köpəkbalıqlarının və dəniz ilanlarının görünməsinə səbəb olub. "Report" Reuters agentliyinə istinadən xəbər verir ki, bu il El-Ninyo hadisəsini
18.10.2026 219 Tramp Ukraynada "Starlink"in işini kimin məhdudlaşdırdığını açıqladı - Video
ABŞ Prezidenti Donald Tramp nə özünün, nə də "SpaceX" şirkətinin rəhbəri İlon Maskın Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi "Starlink" peyk sisteminə çıxışı məhdudlaşdırmadığını bəyan edib. RBC-ya istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib
18.10.2026 197