Bugünki Nyu-York görüşündən nə gözlənilir?

Bugünki Nyu-York görüşündən nə gözlənilir?BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş bu gün Nyu-York vaxtı ilə səhər saat 10.15-də keçiriləcək.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, erməni tərəfinin BMT çərçivəsində olsa belə,məhz Nyu-Yorkda Azərbaycanla danışıqlara getməsi rəsmi İrəvanın məhz ABŞ platformasında razılığa gəlmək cəhdlərindən xəbər verir. Rəsmi Bakı Ermənistandan fərqli olaraq Rusiyaya qarşı yönəlmiş geosiyasi məzmunlu oyunlarda yer almır:

"Azərbaycan Prezidenti İlham Əliyev 7-ci çağırış Azərbaycan Milli Məclisinin ilk sessiyasında çıxışı zamanı Ermənistanın sülh danışıqlarına qeyri-adekvat,qeyri-səmimi münasibət sərgilədiyini bildirməklə rəsmi İrəvanın danışıqlara manipulyasiya maraqları çərçivəsindən yanaşdığını bildirmişdir.
Erməni tərəfinin Azərbaycanla razılaşdırmadan sülh muqaviləsinin mətnindən razılaşdırılmamış müddəaları çıxartması bunun bariz göstəricisidir.
Azərbaycanın sülh muqaviləsinin imzalanması üçün qarşı tərəfə ünvanladığı konkret tələblər var. Bu, ilk növbədə Ermənistanın əsas qanunundan Azərbaycan yönəli ərazi iddiaları ilə bağlı müddəaların çıxarılmasıdır.Ermənistan konstitusiyasında bu problem qalanadək rəsmi İrəvanla sülh müqaviləsinin imzalanmasının perspektivdə ciddi hüquqi əhəmiyyəti ola bilməz. Çünki növbəti iqtidar əsas qanunun bu müddəalarına söykənərək sülh müqaviləsinin şərtlərini gözləməkdən bir tərəfli şəkildə imtina edə bilər.Odur ki,rəsmi Bakının bu tələbləri nəzərə alınmayana qədər aparılan danışıqların əməli bir səmərəsi olmayacaq.
Digər tərəfdən erməni tərəfinin BMT çərçivəsində olsa belə,məhz Nyu-Yorkda Azərbaycanla danışıqlara getməsi rəsmi İrəvanın məhz ABŞ platformasında razılığa gəlmək cəhdlərindən xəbər verir.Bakı isə əvvəla danışıqların vasitəçilərsiz aparılmasında maraqlıdir,digər tərəfdən rəsmi Bakı Ermənistandan fərqli olaraq Rusiyaya qarşı yönəlmiş geosiyasi məzmunlu oyunlarda yer almır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 764   Tarix: 26 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

TOP MP3