TOST piramida sistemi çökdü, idarəçilər yoxa çıxıb

TOST piramida sistemi çökdü, idarəçilər yoxa çıxıb"TOST idarəçilərindən xəbər yoxdur. Vəzir piyadaya dönüb aradan çıxdı. Bütün vəsaiti götürüb yoxa çıxdılar. Bu gün ödənilməli olan ödənişlərin heç biri baş tutmayıb. Piramida partladı".

Lent.az-ın xəbərinə görə, bunu sosial şəbəkədə texnobloger Fərid Pərdəşünas yazıb.

Qeyd edək ki, Fərid Pərdəşünas bir neçə dəfə bu piramida sisteminin cəmiyyətdə qəsdən məşhurlaşdırılmasından yazıb, adamları təhlükə barədə xəbərdar edib, aldanmamağa çağırıb.

O, bu gün yazdığı statusda qeyd edib ki, minlərlə azərbaycanlı ailəsi son qazancını, kreditə götürdüyü vəsaiti, toy qızıllarını satıb bu şəbəkəyə yatırmışdı:

"Çox sayda insan pərişan vəziyyətdə qalıb.

Bu platformadan qazananlar, sən partlatdın, deyib həyasızca rəy yazanlar anlamırlar ki, onlar sadəcə başqalarının vəsaitini götürürdülər. Piramida böyüdükcə verdiyi zərər artır.

Bu saatdan sonra Daxili İşlər Nazirliyinə səbr arzu edirəm. Verilən zərər böyükdür və insanlar DİN-ə axın edəcək. Dələduzlar isə qəzəbli zərərçəkənləri mənim üstümə göndərib təhlükə yaratmağa çalışır.

Bildirmək istəyirəm ki, hər şey nəzarət altındadır. Lazımı tədbirlər alınıb və bu növ hədələrə qarşı ən sərt tədbirlər görüləcək".

TOST piramida sisteminin təhlükəsi barədə mediaya mütəmadi danışan hüquqşünas Şamil Paşayev də sosial şəbəkədə bu barədə yazıb.

O qeyd edib ki, Azərbaycanda məşhur olan maliyyə piramidaları "ponzi dələduzluq sisteminə" əsaslanır.

"Charles Ponzi tərəfindən qurulan, ABŞ-da 1900-cı illərin erkən zamanlarında az vaxtda yüksək gəlir vəd edən dələduz piramida üsuludur.

Bu sistemlərdə və piramidalarda ilk yatırımçıların pul qazanması mümkündür. Amma sonda təbii ki, bitməlidir. Heç bir biznes qoşulduğunuz pulun iki qatı qədər gəlir verə bilməz. Eyni zamanda daim gündəlik 2-3 faiz pul ödənməsi mümkün deyil. Yəni, bunun biznes və ya iqtisadi əsası yoxdur.

Məsələ ondadır ki, bu sistemə qoşulanlar da bunu bilir. Buradan "pul qazanmaq" başqa dostunun pulunu yeməkdir.

Başqalarının itirəcəyi pulu özü üçün qazanc kimi güdən insanlar olduqca bu fırıldaqlar müxtəlif proqram və vədlərlə davam edəcək.

Amma əlində-ovcunda olanı buralara yatıranlara adamın yazığı gəlir.

Ponzi sistemli maliyyə piramidaları Türkiyə, Almaniya və sair ölkələrdə cinayətdir.

Azərbaycanda da mövcud qanunvericiliyə görə, bu piramidalarda iştirak, əhalinin bu piramidalarda pul qoymasına təşviq etmək, bunun üçün ətrafında 2-3, bəzən isə 100 nəfərlik dəstə yaratma ciddi sorun yarada bilər.

Sadə adamlar bilməsə də, bu piramidalarda əsas iştirakçılar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına dəstək olurlar.

Ponzi sistemlərində, maliyyə fırıldağı sistemləri subyektlərinə Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) 193-1-ci cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, 178-ci (dələduzluq) və vergidən yayınma cinayətlərinə görə məsuliyyətə cəlb edilə bilərlər.

Təbii ki, bu asan deyil, ilkin formada adamlar pul qazandıqlarına görə şikayət də yoxdur, amma sistem çökəndə şikayətlərin sayı da artacaq, Azərbaycanda maliyyə piramidası fırıldağına görə şəxslərin məhkum edilmə ənənəsi də var.

Azərbaycan bu piramidanı quranlar üçün böyük tikə deyil, amma bir çox adama ora yatıracağı 500-1000 USD böyük puldur.

Ponzidə adamlar az qatıldığında, yeni pul gəlməyəndə, maliyyə fırıldağını edənlər qazanc götürməyəndə yatırım edənlərə ödəmə edilə bilməz və sistem çökər, beləliklə ponzi şeması, səadət zinciri sonlanır. Sonra isə səadət zincirinizdəkilər şikayətçilərə çevrilirlər".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, internet resurslarında "Tost" maliyyə piramidası ilə bağlı kütləvi dələduzluq halları ilə bağlı məlumatlar yayılıb.

Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə pramidası ilə bağlı araşdırma aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3422   Tarix: 26 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkədə terrorla mübarizə və ictimai sülhün təmin olunması istiqamətində həyata keçirilən proses çərçivəsində PKK terror təşkilatı ilə heç bir sövdələşmənin aparılmadığını və güzəştə gedilmədiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Habe

18.10.2026 187
.

Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi

Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu

18.10.2026 213
.

ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb

"Anthropic" şirkəti yaydan bəri ABŞ Konqresində süni intellekt sistemlərinin tənzimlənməsi üçün qanun layihəsi irəli sürüb. "Report"un məlumatına görə, bu barədə "Politico" mənbələrə istinadən xəbər verib. Qanun layihəsi hökumətə süni intellekt modellərinin buraxılışın

18.10.2026 192
.

İran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır

Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb

18.10.2026 209
.

Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb

Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram zamanı baş verən izdiham nəticəsində azı 17 nəfər ölüb, çox sayda insan xəsarət alıb. "Report" "NDTV" telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 18:10) Qiriş-Park rayonunda müvəqqət

18.10.2026 189
.

Azərbaycanda mənzillər bahalaşdı

Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili

18.10.2026 193
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18.10.2026 204
.

ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v

18.10.2026 205
.

Təbiətin məhvinə qorunmasından 30 qat çox vəsait xərclənir - Quterreşdən şok açıqlama

"Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxış

18.10.2026 211
.