Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
Bu gün Vətən müharibəsinin başlamasından dörd il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur.
Dörd il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlayıb. Rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizləyib. Vətən müharibəsi həm də xalq-ordu-iqtidar birliyinin bütün dünyada ən nümunəvi təcəssümü kimi yadda qalıb.
Lakin müharibənin gedişində ölkəmiz bir sıra haqsız xarici təzyiqlərlə də üzləşib, BMT Təhlükəsizlik Şurasında əleyhimizə qətnamələrin qəbul edilməsinə cəhdlər olub. Ancaq İlham Əliyevin qətiyyətli siyasəti bu təzyiqləri müvəffəqiyyətlə dəf edib və ordumuzun uğurlu əməliyyatları məntiqi nəticə ilə yekunlaşıb.
Beləliklə, Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başlayan və noyabrın 9-na qədər davam edən 44 günlük "Dəmir yumruq" əməliyyatı nəticəsində beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edilib.
Vətən müharibəsi nəticəsində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndləri, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun doqquz kəndi, Şuşa şəhəri, Laçın rayonunun üç kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha beş adsız yüksəklik düşmən tapdağından azad olunub.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu sənəd həm də Ermənistanın kapitulyasiya aktı kimi yadda qalıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları heç bir itki vermədən Azərbaycana qaytarılıb.
Vətən müharibəsi ilə Ermənistan ordusu darmadağın olub və ermənilərin özləri haqqında yaratdıqları mif tarixin tozlu səhifələrinə göndərilib.
Qeyd edək ki, Azərbaycan Ordusu döyüş meydanını qoyub qaçan ermənilərdən xeyli hərbi qənimət ələ keçirib. Hazırda həmin hərbi qənimətlər Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.
Onu da əlavə edək ki, Azərbaycan 44 günlük müharibədə 2908 şəhid verib, altı nəfər isə itkin düşüb.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, hər il sentyabrın 27-də Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 848 Tarix: 27 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkədə terrorla mübarizə və ictimai sülhün təmin olunması istiqamətində həyata keçirilən proses çərçivəsində PKK terror təşkilatı ilə heç bir sövdələşmənin aparılmadığını və güzəştə gedilmədiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Habe
18.10.2026 187 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu
18.10.2026 213 ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb
"Anthropic" şirkəti yaydan bəri ABŞ Konqresində süni intellekt sistemlərinin tənzimlənməsi üçün qanun layihəsi irəli sürüb. "Report"un məlumatına görə, bu barədə "Politico" mənbələrə istinadən xəbər verib. Qanun layihəsi hökumətə süni intellekt modellərinin buraxılışın
18.10.2026 192 İran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır
Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb
18.10.2026 209 Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb
Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram zamanı baş verən izdiham nəticəsində azı 17 nəfər ölüb, çox sayda insan xəsarət alıb. "Report" "NDTV" telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 18:10) Qiriş-Park rayonunda müvəqqət
18.10.2026 189 Azərbaycanda mənzillər bahalaşdı
Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili
18.10.2026 193 Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?
Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say
18.10.2026 204 ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v
18.10.2026 205 Təbiətin məhvinə qorunmasından 30 qat çox vəsait xərclənir - Quterreşdən şok açıqlama
"Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxış
18.10.2026 211