Ramazanda sahura qalxmaq vacibdir?

Ramazanda sahura qalxmaq vacibdir?Bu gün artıq Ramazanın 9-cu günüdür. Ramazanda iftarla yanaşı ən çox diqqər göstərilən məsələrdən biri də məhz sahurla bağlıdır.

Sahura qalxmağın nə qədər vacib olduğu müzakirə olunan məsələlərdəndir.

Modern.az-ın məlumatına görə, Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, dinimizə görə sahura (obaşdanlıq) qalxmaq vacib deyil. Ancaq Ramazanda sahura qalxmaq, obaşdanlıq yeməyini yemək dinimizdə tövsiyə edilən əməllərdəndi:

"Eyni zamanda, dinimizə görə Sahura qalxmaq orucu bərəkətli edir. Məhəmməd Peyğəmbər (s) bu barədə buyurub: "Sahur yeməyini yeyin! Həqiqətən də obaşdanlıq yeməyində xeyr-bərəkət vardır." (əl-Buxari). Gəlin bu xeyr və bərəkətdən özümüzü məhrum etməyək.
Bəzən insanlar müxtəlif səbəblərdən səhura qalxmadan, obaşdanlıq yemədən oruc tuturlar. Əslində Ramazan öz ənənələri və ibadətləri ilə seçilən aylardandır. Əgər çox ciddi səbəb yoxsa dinimiz bu əməli bəyənmir.

Əziz müsəlman bacı və qardaşlar! Gəlin özümüzdə sahura qalxmaq, obaşdanlıq yeməyi yemək vərdişi yaradaq. Ramazan orucunu təkmil formada yerinə yetirək. Allah bütün dua və orucları qəbul etsin, dövlətimizi, xalqımızı və ölkə başçımızı qorusun!".


BiG.Az
Telegramda izləyin
İslam   Baxılıb: 10823   Tarix: 09 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlahiyyatçı: "Aşura mərasimlərində insanların özlərinə fiziki işgəncə verməsi dinimizdə bəyənilmir"

İyulun 7-dən etibarən Azərbaycanda məhərrəm ayı başlayıb. Aşura günü isə iyulun 16-na təsadüf edəcək. Aşura günü bizim cəmiyyət müəyyən əməllərlə rastlaşır: qançıxarma, zəncir vurma. Bəs görəsən, bu məqamlar düzgündürmü? Necə tənzimlənməlidir? Dində necədir?. Mövzu ilə bağlı -a açıqlama verən Azərbayca

13.07.2024 11484
.

Ramazan ayının üçüncü gününün imsak, iftar və namaz vaxtları - FOTO

Sabah Ramazan ayının üçüncü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 4-də imsak vaxtı saat 04:53-də, iftar vaxtı isə 19:22-dir. Aprelin 4-ü üçün namaz vaxtları:. Sübh azanı 04:58. Zöhr azanı 12:44. Əsr azanı 17:16. Məğrib azanı 19:22. İşa azanı 20:25. Üçünc

03.04.2022 17823
.

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər? - CAVAB inanılmaz

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?İmam Cəfər Sadiqdən (ə) rəvayət edilmiş hədisə əsasən, ölünün qəbrinin torpağı qurumayınca, onun qəbir əzabı təxirə salınar. Xüsusilə, dəfn gecəsində qəbir əzabının və sorğunun çox şiddətli olması məlumdur. Buna görə dəfndən sonra məzarın üzərinə su səpir

18.06.2022 19136
.

"Dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir" - Hacı Şahin

Dinimiz ümumiyyətlə insanın özünə xəsarət yetirməsini qadağan edir. Xüsusilə də bunu Kərbəla hadisəsi ilə əlaqələndirmək Kərbəla hadisəsinin mahiyyətini kölgəyə salır. Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Ş.Həsənli bildirib ki, Aşura günündə insanları

08.08.2022 15174
.

"Günahları yuyan yağış", Quranda adı keçən tək ay - Ramazan haqqında maraqlı faktlar

Ramazan hicri-qəməri aylarından doqquzuncunun adıdır. Bu mübarək aya Ramazan adının verilməsindəki hikmət müxtəlif cür izah olunur. xatırladır ki, bir qrup din alimləri bildirirlər ki, Ramazan sözünün kökü yağış mənası verən "ramda" sözündən alınıb. Yəni yağış yer üzünü təmizlədiyi kimi, Ramaza

02.03.2025 9424
.

54 ildə Məkkəyə 99 milyondan çox zəvvar gəlib

Səudiyyə Ərəbistanının Statistika İnstitutu 1968-ci ildən müqəddəs torpaqlara Həcc ziyarətinə gələnlərlə bağlı statistik məlumatların toplanmasına başlayıb. BİG.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb. Qeyd olunub ki, 54 il ərzində 99 milyondan ço

25.06.2023 16225
.

Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək

İslam dünyasında Ramazan bayramı günü ilə bağlı yenə fikir ayrılığı yaranıb. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Şəvval ayının hilalını görə bilməyən ölkələr aprelin 21-ni orucluğun son günü elan ediblər. Həmin ölkələrdə bayramın ilk günü 22 aprel olaraq təyin olunub. Avstraliya

21.04.2023 16638
.

Mədəkiçiltmə əməliyyatı edənlər oruc tuta bilərmi? - Məşhur professor

Bütün bariatrik-metabolik cərrahi əməliyyat keçirmiş pasiyentləri ən çox narahat edən məsələlərdən biri də "Ramazan ayında oruc tutmaq olarmı" sualıdır. Buna əyani və elmi yanaşma olaraq İslam dövlətləri bariatrik cərrahlarının tədqiqatlarını birləşdirən bir məqalə hazırlanıb. Bu barədə -

12.04.2022 18685
.

Kərbəlada FACİƏ: Türbə çökdü, dağıntılar altından meyitlər çıxarılır - VİDEO

İraqın Kərbəla şəhərində çoxlu ziyarətçinin olduğu bir ziyarətgah çöküb. Şiə müsəlmanları üçün müqəddəs sayılan Qəttarat İmam Əli türbəsinin damı həddindən artıq rütubət səbəbindən sürüşən torpağın təsirindən dağılıb. İndiyədək dağıntılar altında qalan dörd nəfərin meyiti tapılıb. Daha altı nəfər dağıntıla

22.08.2022 16165
.