"Aparıcılıqdan sonra maddi imkanımız daha da artdı"

"Aparıcılıqdan sonra maddi imkanımız daha da artdı"Müğənnilər Sevil və Sevinc Səfərova bacıları aparıcılıqdan əvvəl və sonrakı qazanclarından söz açıblar.

OLAY yazır ki, bu haqda əkizlər qonaq olduqları "7 tamam" verilişində danışıblar.

Sevinc bu mövzu ilə bağlı bunları dilə gətirib:

"Biz aparıcılıqdan sonra 10 qazanırdıqsa 50 qazandıq. Niyə? Çünki canlı yayım olduğu üçün və bizim çox az şansımız olurdu ki, efiri qoyub gedək. Biz Bakıda az-az olurduq, işlərimizin əksər hissəsi isə Rusiyada idi. Bizə maddi cəhətdən efir sərf eləmirdi. Elə bir hallar olur ki, getdiyimiz yerdə həftələrlə qalmaq məcburiyyətində oluruq. Verilişdən çıxandan sonra pandemiyaya qədər 15 gün orada qalıb, bir günlük qayıdırdıq Bakıya yeni geyimlər götürüb yenidən yollanırdıq. O qədər çox olurdu. Pandemiyadan sonra toyların sayı azaldı. Yenə də Allaha şükürlər olsun ki, işimiz pis getmir. Verilişdə aparıcılıq edəndə bizim üçün gündəm, reytinq, tamaşaçı sevgisi, qazanmaq baxımından böyük bir təkan idi. Amma maddi imkanımız verilişdən sonra daha da artdı. Biz hər zaman şanslı insanlar sırasında olmuşuq. Biz "Yeni ulduz" daha sonra "O səs Türkiyə" kimi yarışmaya getdik. O ərəfədə burun əməliyyatı etdirdik. Sanki dünyada burun əməliyyatını biz etmişik kimi böyük rezonans yarandı. Ondan sonra veriliş apardıq indi də bu yerdəyik".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1021   Tarix: 05 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəşad İlyasov Xızı dağlarında - Fotolar

Əməkdar artist Rəşad İlyasov qanun ilə Xızı dağlarına yollanıb. Axşam.az xəbər verir ki, müğənni Xızı dağlarında çəkilən fotolarını izləyiciləri ilə bölüşüb. R.İlyasov "Tapa bilərsiniz, şəkillər hansı mahnını "oxuyur" deyə izləyicilərinə sual ünvanlayıb

22.07.2026 685
.

Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini İLK DƏFƏ AÇIQLADI

Aktrisa Ülviyyə Xəlilbəyli keçmiş həyat yoldaşı və həmkarı Murad İsmayılla ayrılığı barədə ilk dəfə ətraflı açıqlama verib. xəbər verir ki, aktrisa bu barədə Nail Naiboğlunun "YouTube" kanalında yayımlanan müsahibəsində danışıb. Ülviyyə Xəlilbəyli bildirib ki, nişanlı olduqları dövrdə münasibətlərini

25.07.2026 679
.

Həcc ziyarətində yaşadıqlarını danışıb kövrəldi

Əməkdar artist Bəsti Sevdiyeva Həcc ziyarəti zamanı yaşadığı hadisədən danışarkən kövrəlib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Günə uğurla" verilişində danışıb. B.Sevdiyeva bildirib ki, 2005-2006-cı illərdə Həcc ziyarətində olarkən Qədir Rüstəmovun səsini eşitməsi ona çox təsir edib:

22.07.2026 569
.

Şakira Mbappeni klipində oynamasına necə razı saldı?

Kolumbiyalı dünya ulduzu Şakira 2026-cı il Dünya çempionatının rəsmi himni olan "Dai Dai" mahnısı ilə yenidən turnirin simalarından birinə çevrilib. xarici mediaya istinadən xəbər verir ki, mahnının klipində Lionel Messi, Erlinq Holand, Harri Keyn, Luis Dias, Camal Musiala, Kilian Mbappe kim

26.07.2026 452
.

"Sığınacaq" izləyicilərinə pis xəbər

Elmi-fantastik janrda olan "Sığınacaq" serialının dördüncü və final mövsümü 2027-ci ilin yayında yayımlanacaq. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bunu serialın yaradıcı rəhbəri Qrem Yost açıqlayıb. Layihənin dəqiq premyera tarixi isə hələ bəlli deyil. Dördüncü mövsümdə "Cülyett

01.08.2026 226
.

Elşad Xosenin ÖLÜM XƏBƏRİ YAYILDI - AÇIQLAMA

Reper Elşad Xose barədə sosial şəbəkələrdə ölüm xəbəri yayılıb. Məsələ ilə bağlı Axşam.az-a danışan reper Dado yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib. "Elşadın yaxınları ilə danışmışam. Hər şey qaydasındadır, sağ-salamatdır. Ölməyib. Yaxın vaxtlarda Elşad özü də bununla bağlı açıqlam

01.08.2026 697
.

Əməkdar artist: "Atam sağdır, ya yox, məlumatsızam"

Əməkdar artist Elza Seyidcahan canlı efirdə ailəsi ilə bağlı duyğusal etiraflar edib. xəbər verir ki, sənətçi uşaqlıq illərində atasının ailəni tərk etdiyini və həmin gündən sonra ondan heç bir xəbər ala bilmədiklərini söyləyib. İfaçı bildirib ki, uzun illər ailə üzvləri atası ilə bağlı məlumat əld

26.07.2026 274
.

"Manifest" Türkiyədən köçür

Son zamanlar Türkiyənin böyük maraqla dinlənilən musiqi qruplarından biri olan "Manifest" karyerasını Londondan davam etdirəcək. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə qrupun qurucusu Tolga Akış açıqlama verib. Onun sözlərinə görə, üzvlərin birlikdə yaşadığ

04.08.2026 450
.

Elnarə Abdullayevaya ağır itki

Əməkdar artist Elnarə Abdullayevanın ailəsində ağır itki üz verib. Qaynarinfo xəbər verir ki, sənətçinin qardaşı Yaqub vəfat edib. Bu barədə Elnarə Abdullayeva sosial şəbəkə hesabında yazıb. O, qardaşının ölümü ilə bağlı kədərini bu sözlərlə ifadə edib:. "Bəzən insan elə bir itki yaşayır ki, on

22.07.2026 839
.

TOP MP3