Məhkəmə həmyerlisini ailəsinin gözləri qarşısında güllələyən şəxslə bağlı qərar verdi

Məhkəmə həmyerlisini ailəsinin gözləri qarşısında güllələyən şəxslə bağlı qərar verdiŞirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada, qanunsuz olaraq silah saxlamada və qanunsuz olaraq silah hazırlamada təqsirləndirilən Binnət Məlikovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Beyləqan Rayon Məhkəməsinin 3 aprel 2025-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 229.1-ci (qanunsuz olaraq silah hazırlama) maddəsi ilə məhkum edilməsinə dair hissəsində ləğv edilib və həmin maddə ilə bəraət verilib. Apellyasiya protesti qismən təmin olunub. Beyləqan Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Onun 3 il müddətə azadlıqdan məhrumetmə cəzası 4 ilə qaldırılıb.

İttihama görə, Binnət Məlikov qanunsuz olaraq əldə etdiyi ov tüfəngini götürərək 18 iyul 2024-cü il tarixdə, saat 01 radələrində zərərçəkmiş Maqsud Beyrəkovun (adı, soyadı şərtidir) yaşadığı evinin qarşısına gedib. O, əvvəllər aralarında baş vermiş mübahisəyə görə zərərçəkmiş şəxsin ondan üzr istəməsini tələb edib. Maqsud isə ondan üzr istəməyəcəyini bildirib. Sonra o, zərərçəkmiş şəxsi nalayiq ifadələrlə təhqir edib, arvadı və övladları qarşısında ov tüfəngi ilə Maqsudun sağ ayağından nişan alıb qəsdən bir dəfə atəş açıb. Zərərçəkmiş şəxs sağ baldır nahiyəsindən xəsarət alıb.

Hadisədən sonra Binnət Məlikov saxlanılaraq istintaqa cəlb edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 598   Tarix: 25 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Melike Şahin ana oldu

Türkiyəli müğənni Melike Şahin ana olub. Axşam.az xəbər verir ki, sənətçinin bu gün oğlu dünyaya gəlib. Qeyd edək ki, Melike 2023-cü ildə Sedat Arpalıkla ailə qurub

12:46 226
.

Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?

Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil

09.10.2026 354
.

Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama

"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin

15:06 150
.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

09.10.2026 478
.

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdə

16:29 137
.

Tibetdə buz dövrünə aid qədim buz aşkar edildi

Tibet yaylasında yaşı 128 min ildən çox ola bilən buz aşkar edilib. Dağ buzlağının dərin qatlarında qorunub saxlanılan bu buzun son buz dövrünə aid olduğu ehtimal edilir. Bu tapıntı alimlərə minilliklər ərzində regionda baş vermiş iqlim dəyişikliklərini daha yaxşı anlamağa kömək edə bilər. Qaynarinf

14:30 162
.

ABŞ-də "İsayas" qasırğası səbəbindən 860 mindən çox insan işıqsız qalıb

ABŞ-nin cənub-şərqində 860 mindən çox insan bu mövsümün ilk Atlantik qasırğası olan "İsayas" səbəbindən elektriksiz qalıb. "Report" "The Guardian"a istinadən xəbər verir ki, təbii fəlakət ən çox Alabama və Floridanın şimal-qərb hissəsinə təsir edib. Qasırğa oktyabrın 9-d

15:50 95
.

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

İndiyədək Azərbaycanda 116.908 ədəd yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb. Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına v

09.10.2026 279
.

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. Axşam.az xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildirib ki, əvvəllər layihədə valideynləri ilə birlikdə iştirak edib. Laki

12:07 221
.