Amerikalı politoloq: "İlham Əliyev Birləşmiş Ştatların etibarlı müttəfiqidir"
"Donald Trampın administrasiyası Azərbaycan Prezidenti İlham Əliyevin dinamik dövlət idarəçiliyi üslubunu, həmçinin, çiçəklənən və məhsuldar ABŞ-Azərbaycan tərəfdaşlığı ilə bağlı strateji baxışını yüksək qiymətləndirir".
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.
Ekspertin sözlərinə görə, İlham Əliyev Birləşmiş Ştatların etibarlı müttəfiqidir.
P.Teys qeyd edib ki, bu, xüsusilə Azərbaycan Prezidentinin III Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı aydın şəkildə özünü göstərib:
"Prezident İlham Əliyev vurğulayıb ki, rəsmi Bakı Trampın dünyada, o cümlədən Cənubi Qafqaz regionunda sülh və sabitliyin möhkəmləndirilməsi ilə bağlı baxışını və səylərini dəstəkləyir".
Ekspert bildirib ki, III Şuşa Qlobal Media Forumu kütləvi informasiya vasitələri, dezinformasiya, təbliğat və informasiya müharibələri ilə mübarizə ilə bağlı aktual məsələlərin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq tədbirlərdən biridir:
"Şuşa Azərbaycanın tarixi torpağı, Azərbaycan mədəniyyətinin beşiyi, İkinci Qarabağ müharibəsindən sonra isə həm də qlobal beynəlxalq proseslərin müzakirəsinin əsas mərkəzidir. Donald Trampın Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışının bir hissəsini paylaşması iki prezidentin liderlik üslubunda və strateji düşüncəsində oxşarlığı göstərən əhəmiyyətli bir nailiyyətdir".
Ekspert, həmçinin qeyd edib ki, Donald Trampın dövründə Ağ Ev region ölkələrinin geosiyasi maraqlarını nəzərə alır: "Bu maraqlar Barak Obama və Cozef Bayden administrasiyaları tərəfindən nəzərə alınmırdı".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 306 Tarix: 25 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEvi yoxdur, amma adına 1000 manata yaxın su borcu var
Bakı sakininin adına külli miqdarda suya borc gəlib, lakin maraqlısı odur ki, vətəndaş göstərilən ünvanda nə yaşayır, nə də ki, ümumiyyətlə, evi var. -ın məlumatına görə, sakinlərə yaşamadıqları evdən 955 manatlıq su borcuna görə xəbərdarlıq məktubu gəlib. Abonenti olduğu deyilən şəxsin adına İri Şəhərləri
12.08.2025 253 Kolumbiyada öküz döyüşü festivalında matador həyatını itirdi
Kolumbiyanın Fundacion şəhərində keçirilən ənənəvi korraleja öküz döyüşü festivalı zamanı 35 yaşlı matador Yovanis Markes öküzün hücumuna məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində matador vəfat edib. Şahidlər dəhşət və şok içində qışqırıblar. [hh4-unikal]
12.08.2025 359 Mənzurə özündən 7 yaş kiçik oğlana ərə gedir - 7 evi var
"Ərə gedəcəyim oğlan məndən 7 yaş kiçikdir". Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Mənzurə Musayeva iki aydan sonra ailə quracağı bəydən danışarkən deyib. Müğənni onun əvvəllər evli olduğunu bildirib:. "Bu onun ikinci evliliyi olacaq. Ailəsi olub, ayrılıb. Məndən xoşu gəlib, evlili
12.08.2025 638 Qardaşının meyitini daşıyan balaca oğlan - Bütün dünyanı ağladan FOTOnun acı tarixçəsi
II Dünya Müharibəsi illərində Yaponiyada çəkilmiş bu foto insanlıq tarixinin ən təsirli kadrlarından biridir. Şəkildəki kiçik oğlan kürəyində yorğana bükülmüş halda ölmüş körpə qardaşını daşıyır. Bu, sadəcə bir foto deyil, həm də müharibənin uşaqlara vurduğu ən ağır zərbənin canlı şahididir. Hadisəni
12.08.2025 255 "Qırmızı cizgi"nizi ayaqlar altına atan biz deyilik, "qardaşınızdır"
Xəbər verdiyimiz kimi, iki gün əvvəl bütün dünyanın gözü Vaşinqtona - Ağ Evə dikilmişdi. Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin v
11.08.2025 637 Sosial şəbəkə detoksu – 7 gündə həyatın necə dəyişir?
Son illərdə "detoks" anlayışı yalnız qidalanma ilə məhdudlaşmır. Artıq bir çox insan sosial şəbəkələrdən müəyyən müddətlik uzaq qalaraq "rəqəmsal detoks" tətbiq edir. Mütəxəssislər bildirir ki, bu, psixoloji sağlamlıq və həyat keyfiyyəti üçün gözləniləndən daha böyük təsir yaradır
11.08.2025 444 Labubu oyuncağı uşağı dəli etdi: evi dağıtdı
Çində labubu oyuncağı verilməyən azyaşlı oğlan hirslənib və təxminən 56 min dollar dəyərində əmlakı sındırıb. xarici mediaya istinadla bildirir ki, zərərçəkmiş kişinin sosial şəbəkələrdə yazdığına görə, qohumları uşaqları ilə birlikdə evlərinə qonaq gəlib. Oğlan labubu kuklasını, üzərində bahalı aksesuarlarl
11.08.2025 797 Azərbaycanda məktəbli formalarına BÖYÜK ENDİRİM
"Bakı Tikiş Evi bu il iyul ayının 1-dən etibarən məktəbli formalarının qiymətinə böyük endirimlər edib". Bu barədə -in sorğusuna cavab olaraq Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov məlumat verib. O, bildirib ki, hazırda bütün qısaqol köynəklər 12 manatdan 8 manata düşüb. Bu da 33
12.08.2025 564 Ronaldo Corcina ilə evlənir - FOTO
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigezə evlilik təklif edib. Axşam.az xəbər verir ki, bu barədə Corcina sosial media hesabında paylaşıb. "Bəli, "hə" dedim. İndi və əbədi həyatımda" deyə, o Ronaldonu
12.08.2025 479