700 bal toplayan Şəki məktəblisi: "İndiyədək telefonum olmayıb"
Ali məktəblərə qəbul imtahanında 700 bal toplayan iki abituriyentdən biri IV ixtisas qrupu üzrə hazırlaşan Şəki məktəblisi Abdulsəlimli Orxan Fəxri oğludur.
Lent.az Orxanla əlaqə saxlayaraq onun uğurunun sirrlərini və hədəflərini öyrənib.
-Orxan, səni təbrik edirik. 700 bal toplamaq müəyyən qədər zəhm və şans tələb edir. Maraqlıdır, bundan əvvəl I cəhd imtahanında neçə bal toplamışdın?
-Təşəkkür edirəm, mən bundan əvvəlki imtahanda ümumilikdə 693,5 bal toplamışdım.
-Bu bal istədiyin ixtisasda oxumaq üçün kifayət qədər yüksək imiş. Məqsədin maksimum nəticə göstərmək idi?
-Əslində balımı 693-dən bir qədər də artırmaq istəyirdim, amma 700 hədəfimdə yox idi.
-IV ixtisas qrupu üzrə imtahanda ölkə birincisi olmusan. Hədəfin hansı universitet və ixtisasdır?
-Mən Azərbaycan Tibb Universitetinin Tibb fakültəsində təhsil almağı düşünürəm. Bakalavrdan sonra xarici ölkəyə getmək planım var, lakin hazırda bu barədə dəqiq söz deyə bilmərəm.
-Həkim olmaq arzun uşaqlıqdan var idi?
-Həmişə həkim peşəsinə çox böyük hörmətim olub.
-Bildiyimiz qədərilə sənin baban da, nənən də savadlı insanlar olub. Səncə uğurunun genetika ilə əlaqəsi varmı?
-Düşünürəm ki, bəli (gülümsəyir).
-Respublika birincisi adı yetərincə böyük statusdur. Bəs bu adı qazanmağın arxasında neçə saat oxumaq dayanır?
-Günün 6-7 saatını fasilələrlə oxumağa həsr etmişəm. Gəzinti və digər hobbilərimi imtahan vaxtı yaxınlaşdıqca məhdudlaşdırırdım. Amma ümumilikdə digər fəaliyyətlərə də vaxt ayırmışam.
-Hazırlıq üçün əlavə məşğələlərdə olmusan?
-Bəli, boşluqlar olan mövzularda hazırlıqlara getmişəm ki, biliklərimi təkmilləşdirim.
-Orxan, imtahana hazırlıq müddətində telefondan istifadə etmisən?
-Qəbul imtahanına qədər özümün telefonum olmayıb. Düşünürdüm ki, telefon istifadə etsəm, dərslərdən yayına bilərəm. Telefona ehtiyac duyanda valideynlərimdən alıb, istifadə edirdim. Artıq imtahanları yekunlaşdırdıqdan sonra telefon istifadə etdim.
-Orxan, imtahandan çıxdıqdan sonra etalon cavablara əsasən neçə bal topladığını hesablamışdın?
-Yoxlamışdım, bilirdim ki, səhvim yoxdur. Təxmini 700 olacağını bilirdim, amma yenə də insan tərəddüd edə bilir.
-Çox gözəl, bəs imtahanda həyəcanın var idi? İstər I, istər II cəhddə.
-Bəli, həyəcanlı idim. Hətta deyərdim ki, I cəhddə bu həyəcan daha çox idi. Yəqin ki, ilk olduğu üçün.
-Ailədə neçə uşaqsınız? Onlar da uğurludur?
- Məndən böyük bir qardaşım var. O da, Bakı Mühəndislik Universitetinin tələbəsidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2023 Tarix: 25 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMelike Şahin ana oldu
Türkiyəli müğənni Melike Şahin ana olub. Axşam.az xəbər verir ki, sənətçinin bu gün oğlu dünyaya gəlib. Qeyd edək ki, Melike 2023-cü ildə Sedat Arpalıkla ailə qurub
12:46 226 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
09.10.2026 354 Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin
15:06 150 Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi
09.10.2026 478 İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdə
16:29 137 Tibetdə buz dövrünə aid qədim buz aşkar edildi
Tibet yaylasında yaşı 128 min ildən çox ola bilən buz aşkar edilib. Dağ buzlağının dərin qatlarında qorunub saxlanılan bu buzun son buz dövrünə aid olduğu ehtimal edilir. Bu tapıntı alimlərə minilliklər ərzində regionda baş vermiş iqlim dəyişikliklərini daha yaxşı anlamağa kömək edə bilər. Qaynarinf
14:30 162 ABŞ-də "İsayas" qasırğası səbəbindən 860 mindən çox insan işıqsız qalıb
ABŞ-nin cənub-şərqində 860 mindən çox insan bu mövsümün ilk Atlantik qasırğası olan "İsayas" səbəbindən elektriksiz qalıb. "Report" "The Guardian"a istinadən xəbər verir ki, təbii fəlakət ən çox Alabama və Floridanın şimal-qərb hissəsinə təsir edib. Qasırğa oktyabrın 9-d
15:50 95 Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb
İndiyədək Azərbaycanda 116.908 ədəd yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb. Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına v
09.10.2026 279 "Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. Axşam.az xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildirib ki, əvvəllər layihədə valideynləri ilə birlikdə iştirak edib. Laki
12:07 221