Hüseyn Hüseynov: "Bakı və Sofiya arasında enerji əməkdaşlığı Aİ-nin təhlükəsizliyini gücləndirir"

Hüseyn Hüseynov: "Bakı və Sofiya arasında enerji əməkdaşlığı Aİ-nin təhlükəsizliyini gücləndirir"Bakı və Sofiya arasında enerji əməkdaşlığı enerji təhlükəsizliyinin gücləndirilməsində və enerji mənbələrinin şaxələndirilməsinin təmin edilməsində həm Bolqarıstan, həm də bütövlükdə Avropa İttifaqı üçün əsas amilə çevrilir.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin "Stroitel" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkələr arasında iqtisadi tərəfdaşlıq son illər əhəmiyyətli dərəcədə genişlənib və enerji sektoru bu əməkdaşlığın əsas elementidir: "Son illərdə Azərbaycandan Bolqarıstana xüsusilə təbii qaz, sürtkü materialları və neft məhsullarının ixracı xeyli artıb".

Səfir xatırladıb ki, Azərbaycan Bolqarıstanın əsas təbii qaz təchizatçısıdır və daxili istehlakın böyük hissəsi uzunmüddətli müqavilə əsasında Azərbaycan qazı hesabına təmin edilir.

"Cənub Qaz Dəhlizi, xüsusilə Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsi Sofiyaya Azərbaycan qazını birbaşa almağa imkan verib. İkitərəfli enerji əməkdaşlığında daha bir mühüm hadisə 2023-cü ildə SOCAR-ın Sofiyada nümayəndəliyinin açılması olub. Bolqarıstan şirkətləri ilə tərəfdaşlıq edən SOCAR qazlaşdırma və qaz paylanması da daxil olmaqla bir sıra enerji layihələrində fəal iştirak edir. Şirkət Bolqarıstanda təbii qaz ticarəti üçün 10 illik lisenziya alıb və ötən ildən həm sənaye müəssisələrinə, həm də sosial istehlakçılara qaz tədarük edir", - H.Hüseynov bildirib.

Diplomat vurğulayıb ki, Azərbaycan və Bolqarıstan bərpa olunan enerji mənbələri, hidrogen və yaşıl texnologiyalar sahəsində tərəfdaşlıqda maraqlı olduqlarını bildirib.

"Hər iki ölkə bərpa olunan enerji sahəsində, xüsusilə Azərbaycanın bərpa olunan enerji potensialından, həmçinin Bolqarıstanın infrastrukturundan və tranzit mövqeyindən istifadə edən "Yaşıl Enerji Dəhlizi" layihəsi çərçivəsində əməkdaşlıq imkanlarını öyrənir. Bu il Bolqarıstan Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Qara dənizin dibindən keçən kabel vasitəsilə bərpa olunan enerjinin ötürülməsi təşəbbüsünə qoşulub. Bundan əlavə, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın iştirakı ilə enerji sahəsində yeni əməkdaşlıq layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, "yaşıl enerji"nin ötürülməsi və ticarəti üçün yeni sistemlərarası bağlantıların yaradılmasına dair saziş imzalanıb ki, bu da Azərbaycandan Avropaya bərpa olunan enerji mənbələrinin ixracına imkan verəcək", - o əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1028   Tarix: 25 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Melike Şahin ana oldu

Türkiyəli müğənni Melike Şahin ana olub. Axşam.az xəbər verir ki, sənətçinin bu gün oğlu dünyaya gəlib. Qeyd edək ki, Melike 2023-cü ildə Sedat Arpalıkla ailə qurub

12:46 226
.

Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?

Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil

09.10.2026 354
.

Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama

"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin

15:06 150
.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

09.10.2026 478
.

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdə

16:29 137
.

Tibetdə buz dövrünə aid qədim buz aşkar edildi

Tibet yaylasında yaşı 128 min ildən çox ola bilən buz aşkar edilib. Dağ buzlağının dərin qatlarında qorunub saxlanılan bu buzun son buz dövrünə aid olduğu ehtimal edilir. Bu tapıntı alimlərə minilliklər ərzində regionda baş vermiş iqlim dəyişikliklərini daha yaxşı anlamağa kömək edə bilər. Qaynarinf

14:30 162
.

ABŞ-də "İsayas" qasırğası səbəbindən 860 mindən çox insan işıqsız qalıb

ABŞ-nin cənub-şərqində 860 mindən çox insan bu mövsümün ilk Atlantik qasırğası olan "İsayas" səbəbindən elektriksiz qalıb. "Report" "The Guardian"a istinadən xəbər verir ki, təbii fəlakət ən çox Alabama və Floridanın şimal-qərb hissəsinə təsir edib. Qasırğa oktyabrın 9-d

15:50 95
.

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

İndiyədək Azərbaycanda 116.908 ədəd yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb. Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına v

09.10.2026 279
.

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. Axşam.az xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildirib ki, əvvəllər layihədə valideynləri ilə birlikdə iştirak edib. Laki

12:07 221
.