Zəngəzur dəhlizi və İranın davakar ritorikası
Zəngəzur dəhlizi ətrafında son proseslərdən, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda verdiyi açıqlamalardan və İspaniyanın nüfuzlu "Periodista Digital" nəşrinin nəqliyyat xətti ilə bağlı səs-küylü iddiasından sonra mövzu İranda yenidən fəal şəkildə müzakirə olunmağa başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan süjetdə bəhs edilir.
Bildirilir ki, ölkənin daxilində və xarici əlaqələrində ciddi problemlərin olmasına baxmayaraq, dəhlizlə bağlı hər gün dərc olunan çoxsaylı məqalələr və müxtəlif ekspertlərin çıxışları belə təəssürat doğurur ki, sanki İranın taleyi Zəngəzurda həll olunur.
SEPAH-a bağlı "Fars" informasiya agentliyi elə belə də yazıb: "Zəngəzur dəhlizi İran üçün sadəcə nəqliyyat yolu deyil, əslində həyati bir məsələdir".
Hətta rəsmi İrəvanın İspaniya nəşrinin yaydığı məlumatı təkzib etməsi də aranı sakitləşdirməyib:
"Həmin məlumat kontekstində bilavasitə İran hakimiyyətinə bağlı media resursları "təhlükə zəngi" ifadəsinin yer aldığı başlıqla çoxsaylı yazılar dərc etməyə davam ediblər. Diqqəti çəkən məqam budur ki, həmin yazılar içərisində təhlükənin böyüklüyünü qabartmağa və bir növ ehtirasları coşdurmağa xidmət edən konspiroloji yanaşmalar əksəriyyət təşkil edir və bütövlükdə Zəngəzur dəhlizi İrana qarşı qəsd kimi qələmə verilir.
İddia olunur ki, bu layihənin məqsədi İranı mühasirəyə almaq, onun geosiyasi boğulmasına nail olmaq, son nəticədə ölkənin ərazi bütövlüyünə qəsd edərək onu parçalamaqdır. Bu yanaşmada ilk növbədə işin arxasında İsrailin durduğu bildirilir və İran əleyhinə planlarda guya onun əsas müttəfiqi kimi Azərbaycan hədəfə alınır. Ümumiyyətlə, belə görünür ki, Zəngəzur dəhlizi mövzusundan İranda anti-Azərbaycan təbliğatın "təndirini isti saxlamaq" üçün sui-istifadə olunur və rəsmi Bakıya ünvanlanan çeşidli böhtanların formalaşdırdığı isterik atmosferdə hətta hərbi addımlar atılmasına da çağırışlar edilir".
Ətraflı süjetdə:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 840 Tarix: 26 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMelike Şahin ana oldu
Türkiyəli müğənni Melike Şahin ana olub. Axşam.az xəbər verir ki, sənətçinin bu gün oğlu dünyaya gəlib. Qeyd edək ki, Melike 2023-cü ildə Sedat Arpalıkla ailə qurub
12:46 226 Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video
Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B
10:42 219 İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdə
16:29 137 Şahbaz Şərif Azərbaycandan xidmətlə bağlı dəstək istədi, İlham Əliyev razılıq verdi
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanın "ASAN xidmət" modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib. xəbər verir ki, Şahbaz Şərif bu təcrübənin Pakistanın digər bölgələrində d
15:08 131 Peskov: Putin və Tramp arasında telefon danışığı olacaq
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında yaxın vaxtlarda telefon danışığının baş tutacağı gözlənilir. "Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. "Tezliklə", - Peskov iki prezidentin danışığını
09.10.2026 273 Məhəmməd Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Oktyabrın 10-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı Azərbayca
14:21 155 Hamı eyni formada, diqqət isə təhsildə - Vahid məktəbli geyiminin əhəmiyyəti
"Məktəblərdə vahid geyim formalarının tətbiqi yalnız geyim məsələsi deyil, həm də təhsil müəssisələrində sosial bərabərliyin, vahid məktəb mühitinin və ümumi davranış mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir". Bu sözləri BİG.AZ-a açıqlamasında elm və təhsil eksperti Rizva
13:57 182 Yollarda duman var - Sürücülərin nəzərinə!
Avtomobil yollarında vəziyyət açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ
10:00 188 Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Sərəncamda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan il
11:00 265