Cənub-Şərqi Asiyadakı münaqişə Azərbaycanın getmə turizminə təsir edəcəkmi?

Cənub-Şərqi Asiyadakı münaqişə Azərbaycanın getmə turizminə təsir edəcəkmi?Qlobal turizm sənayesi daima siyasi proseslərin təsiri altındadır və bu günlərdə Cənub-Şərqi Asiyada yaranmış yeni münaqişə cağı sektorun həssaslığını bir daha ön plana çıxarır. Tailand və Kamboca kimi turizmdən asılı ölkələr arasında gərginlik, beynəlxalq səyahət planlarına birbaşa təsir edir.

"Report" mövcud vəziyyətin Azərbaycandan olan turistlərin bu ölkələrə səfər planlarına necə təsir etdiyini və ümumiyyətlə ölkənin getmə turizmi üçün hansı nəticələrə yol açdığını araşdırıb.

"Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurovun sözlərinə görə, Tailand və Kamboca kimi ölkələr iqtisadiyyatlarının mühüm hissəsini turizm gəlirləri hesabına formalaşdırır: "Tailand ildə təxminən 60 milyard ABŞ dollara yaxın turizm gəliri əldə edərək dünyanın ən çox ziyarət edilən destinasiyalarından biridir. Kamboca isə qədim abidələri və özünəməxsus mədəniyyəti ilə turistləri cəlb edir. Bu ölkələrdə əvvəllər də sərhədyanı mübahisələr və qısa toqquşmalar baş verib, lakin hazırkı gərginlik daha genişmiqyaslıdır və beynəlxalq mediada daha çox diqqət çəkib. Bu səbəbdən bir çox turist təhlükəsizlik riskləri ilə bağlı narahatlıq keçirərək səyahət planlarını təxirə salır və yaxud tamamilə ləğv edir. Münaqişə uzun çəkməyəcək, çünki onun davam etməsi və yaxud genişlənməsi həm Tayland, həm də Kambocanın turizm gəlirlərinə ciddi zərər vura bilər".

C.Aşurov əlavə edib ki, münaqişə daha da genişlənərsə, həmin regionda olan Azərbaycan vətəndaşlarının mütləq ölkəmizin diplomatik nümayəndəlikləri ilə əlaqə saxlaması vacibdir. Hazırda gərginlik əsasən sərhədyanı ərazilərlə məhdudlaşdığı üçün turistlər üçün birbaşa risk minimal olaraq qiymətləndirilir.

Münaqişə zonasından əsas turistik mərkəzlərə məsafə

Tailandın populyar istirahət bölgələri münaqişə zonasından kifayət qədər uzaqdadır. Pattaya və Banqkok təxminən 500 km, Ko Çanq adası 500 km-dən çox, Hua Hin 700 km-dən artıq, Çianqmay isə 800 km-dən çox məsafədə yerləşir. Phuket və Samui adaları isə münaqişə zonasından 1200 km-dən uzaqdadır. Bu məsafə turistlər üçün müəyyən qədər əminlik yaratsa da, ümumi gərginlik beynəlxalq səfərlərə təsirini göstərir.

Azərbaycan turizm şirkətləri üçün çətinliklər

Ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin birinin rəhbəri Əziz Şiriyevin sözlərinə görə, bu sahə istənilən iqtisadi, sosial və ya siyasi hadisələrə qarşı çox həssasdır: "Təhlükəsizlik səyahət edənlər üçün əsas seçim meyarıdır. Hər hansı bölgədə gərginlik yarandıqda, insanların "getsəm nə olar?" sualı yaranır və bu da həmin istiqamətə olan tələbatın azalmasına səbəb olur".

Ə.Şiriyev əlavə edib ki, əvvəlcədən alınan turların ləğvi zamanı müəyyən qaydalar mövcuddur: "Tam məbləğin geri qaytarılması yalnız aviaşirkətlərin uçuşları dayandırdığı, beynəlxalq səyahət məhdudiyyətləri tətbiq edildiyi, münaqişə səbəbindən bölgəyə tam girişin bağlandığı və ya hotellərin fəaliyyətini dayandırdığı hallarda mümkündür. Əgər turizm fəaliyyəti qismən də olsa davam edirsə, adətən turlar ləğv edilmir və cəriməsiz geri qaytarılma həyata keçirilmir. Bu halda turu ləğv etmək istəyən turist ödənişin 100 %-ni itirir ki, bu da maliyyə itkisi yaratdığı üçün əksər insanlar planlaşdırdıqları səyahəti davam etdirirlər".

Regional münaqişələr qlobal turizm sənayesinin nə qədər həssas olduğunu göstərir. Bu vəziyyət həm turizm şirkətlərini, həm də səyahətçiləri daha təhlükəsiz və sabit istiqamətlər seçməyə vadar edir. Beynəlxalq turizm sektorunun risklərə daha dözümlü olması və diversifikasiya strategiyalarını gücləndirməsi vacibdir.

2024-cü ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2023-cü illə müqayisədə 15,5 % artaraq 2 milyon 158,9 min nəfər olub. O cümlədən, ötən il Azərbaycandan Tailanda gedənlərin sayı 22 nəfər olub ki, bu da əvvəlki ilə nisbətən 47 % çoxdur. Kambocaya səfərlərlə bağlı statistika isə açıqlanmır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 802   Tarix: 26 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Melike Şahin ana oldu

Türkiyəli müğənni Melike Şahin ana olub. Axşam.az xəbər verir ki, sənətçinin bu gün oğlu dünyaya gəlib. Qeyd edək ki, Melike 2023-cü ildə Sedat Arpalıkla ailə qurub

12:46 226
.

Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video

Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B

10:42 219
.

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdə

16:29 137
.

Şahbaz Şərif Azərbaycandan xidmətlə bağlı dəstək istədi, İlham Əliyev razılıq verdi

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanın "ASAN xidmət" modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib. xəbər verir ki, Şahbaz Şərif bu təcrübənin Pakistanın digər bölgələrində d

15:08 131
.

Peskov: Putin və Tramp arasında telefon danışığı olacaq

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında yaxın vaxtlarda telefon danışığının baş tutacağı gözlənilir. "Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. "Tezliklə", - Peskov iki prezidentin danışığını

09.10.2026 273
.

Məhəmməd Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Oktyabrın 10-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı Azərbayca

14:21 155
.

Hamı eyni formada, diqqət isə təhsildə - Vahid məktəbli geyiminin əhəmiyyəti

"Məktəblərdə vahid geyim formalarının tətbiqi yalnız geyim məsələsi deyil, həm də təhsil müəssisələrində sosial bərabərliyin, vahid məktəb mühitinin və ümumi davranış mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir". Bu sözləri BİG.AZ-a açıqlamasında elm və təhsil eksperti Rizva

13:57 182
.

Yollarda duman var - Sürücülərin nəzərinə!

Avtomobil yollarında vəziyyət açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ

10:00 188
.

Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi

"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Sərəncamda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan il

11:00 265
.