Bakıda ortaaylıq əməkhaqqı artıb - Kim daha çox qazanır?

Bakıda ortaaylıq əməkhaqqı artıb - Kim daha çox qazanır?Paytaxt Bakıda ortaaylıq əməkhaqqı artıb. Belə ki, bu ilin yanvar-aprel aylarında paytaxtda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 385.9 manat təşkil edib. Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, paytaxtda ortaaylıq əməkhaqqı 2024-cü ilin yanvar-aprel aylarına nisbətdə 8.1 faiz artıb. Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçilərin ortaaylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9.2 faiz artaraq 1 100.6 manat təşkil edib.

Ortaaylıq əməkhaqqının artımı daha çox hansı sahələrdə hiss olunur? Az maaş olan sahələrdə də ortaaylıq əməkhaqqının artımından sonra artım meylləri müşahidə edilə bilər?

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Özəl sektor öndədir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, ortaaylıq əməkhaqqında olan artım daha çox özəl sektora aid sahələrdə müşahidə edilir: "Bu, birbaşa ölkə üzrə muzdlu işçilərin əməkhaqlarındakı artımlarla bağlıdır. Sosial paketin dərinləşməsi bütövlükdə ölkə üzrə ortaaylıq əməkhaqqı məbləğinə təsir göstərir ki, bu da artımlarla müşahidə olunmaqdadır. Son illərin statistikası göstərir ki, özəl sektorda əməkhaqqı artımı daha yüksəkdir. Bu, neft və maliyyə sektorunda daha çox müşahidə edilir. Nəzərə alaq ki, neft sektorunda hər zaman maaşlar yüksək olaraq qalmaqdadır. Eyni zamanda xidmət sektorunda da əməkhaqqının artırıldığını görürük. İxtisaslı kadrların maaşlarında da son illər xeyli artımlar müşahidə olunur".

Fərqli illərdə fərqli rəqəmlər

Deputatın qənaətincə, dövlət və özəl sektor arasında da əməkhaqqı artımlarında fərq nəzərə çarpır. Məsələn, 2024-cü ildə dövlət qulluqçularının əməkhaqqı iki faiz artıb. Amma ölkə üzrə ümumi əməkhaqqı 8.1 faiz artıb: "Bu da ondan xəbər verir ki, ölkəmizdə ortaaylıq əməkhaqlarının yüksəlməsində özəl sektorun xüsusi rolu mövcuddur. Təbii ki, dövlət sektorunda da əməkhaqlarının mütəmadi olaraq artdığını müşahidə edirik. Xüsusən də sosial paketlər reallaşan zaman dövlət sektorunda çalışan vətəndaşlarımızın əməkhaqqında daha çox artımlar baş verir. Fərqli illərdə fərqli rəqəmlər mövcuddur. Amma ümumilikdə artıq özəl sektorun, xüsusən də əmək müqavilələrində, həmçinin məşğulluqda idarəçiyə çevrildiyini görürük".

Kişilər daha çox qazanır

V.Bayramovun fikrincə, kişilər və qadınlar arasında əməkhaqqı fərqi hələ də qalmaqdadır: "Bu gün qadınlar kişilərin əməkhaqqının təxminən altmış faizi həcmində məvacib alırlar. Səbəblərdən biri ağır işlərdə kişilərin fəaliyyət göstərməsidir. Bu kimi fəaliyyətlərdə ağırlıq daha çox kişilərin üzərinə düşdüyündən onların əməkhaqqı qadınlara nisbətən yüksəkdir. Məsələn, neft sektorunu qeyd edə bilərik. Orada daha çox kişilər çalışır. Bu da özü-özlüyündə əməkhaqqı fonduna təsir göstərir. Amma kişilər və qadınlar arasında əməkhaqqı fərqinin azaldılması prioritet olaraq qalmaqdadır".

Dövlətin müdaxilə imkanı minimumdur

Millət vəkili bildirib ki, beşinci sosial paketin istiqamətlərindən biri minimum əməkhaqqının artırılması idi: "Onun artırılması həm dövlət, həm də özəl sektoru əhatə etdi. Bu da nisbətən az əməkhaqqı alan vətəndaşlar üçün bir stimuldur. Özəl sektor da minimum əməkhaqqı ilə bağlı tələblərə əməl edir. Amma dövlətin özəl sektorla bağlı müəyyənləşdirdiyi meyar sadəcə minimum əməkhaqqıdır. Yəni qanunvericilikdə əməyin minimum dəyəri müəyyən edilir. Minimum əməkhaqqından artıq hansı məbləğdə maaşın təklif olunması birbaşa özəl sektorda işəgötürən və işçi arasında bağlanan müqavilə ilə tənzimlənir".

"Dövlət sektoru özəl sektordan heç də geriyə qalmır"

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov isə düşünür ki, artımlar təkcə özəl sektorda deyil, həmçinin dövlət sektorunda da müşahidə edilir: "Maaş artımı daha çox neft-qaz, maliyyə, mühəndislik kimi sahələrdə müşahidə edilir. Dövlət sektoru və özəl sektor arasında maaş artımı baxımından fərqlər bu şəkildədir. Bir neçə il öncə dövlət sektorunda özəl sektora nisbətən maaşlar ciddi şəkildə aşağı idi. Son bir neçə ildə ölkəmizdə bu sahədə islahatlar aparılıb. Həmin islahatların nəticəsidir ki, hazırda dövlət sektorunda da maaşlar özəl sektordan heç də geriyə qalmır".

N.Xəlilovun sözlərinə görə, maaş artımı zamanı kişilərin üstün tutulub, qadınların daha az əməkhaqqı alması qadağandır: "Sırf cinsə görə maaş artımı ola bilməz. Amma işçilər arasında peşəkarlıq xüsusiyyətləri fərqlidirsə, bu zaman maaşlar fərqli ola bilir".

"İş saatı çox, maaş isə azdır"

Ekspertin fikrincə, az əməkhaqqı olan sahələrdə də ortaaylıq əməkhaqqının artımından sonra artım müşahidə edilə bilər: "Nəzərə alaq ki, böyük supermarketlər və digər bu kimi iş yerlərində maaş artımları aşağıdır. Kiçik sahibkarlıq subyektlərində çalışanların iş saatları müəyyən qədər çox, əməkhaqları isə azdır. Ümid edək ki, gələcəkdə maaş artımları nə vaxtsa bu sahələrə də ciddi şəkildə təsir göstərəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 762   Tarix: 27 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Melike Şahin ana oldu

Türkiyəli müğənni Melike Şahin ana olub. Axşam.az xəbər verir ki, sənətçinin bu gün oğlu dünyaya gəlib. Qeyd edək ki, Melike 2023-cü ildə Sedat Arpalıkla ailə qurub

12:46 226
.

Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video

Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B

10:42 219
.

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdə

16:29 137
.

Şahbaz Şərif Azərbaycandan xidmətlə bağlı dəstək istədi, İlham Əliyev razılıq verdi

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanın "ASAN xidmət" modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib. xəbər verir ki, Şahbaz Şərif bu təcrübənin Pakistanın digər bölgələrində d

15:08 131
.

Peskov: Putin və Tramp arasında telefon danışığı olacaq

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında yaxın vaxtlarda telefon danışığının baş tutacağı gözlənilir. "Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. "Tezliklə", - Peskov iki prezidentin danışığını

09.10.2026 273
.

Məhəmməd Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Oktyabrın 10-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı Azərbayca

14:21 155
.

Hamı eyni formada, diqqət isə təhsildə - Vahid məktəbli geyiminin əhəmiyyəti

"Məktəblərdə vahid geyim formalarının tətbiqi yalnız geyim məsələsi deyil, həm də təhsil müəssisələrində sosial bərabərliyin, vahid məktəb mühitinin və ümumi davranış mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir". Bu sözləri BİG.AZ-a açıqlamasında elm və təhsil eksperti Rizva

13:57 182
.

Yollarda duman var - Sürücülərin nəzərinə!

Avtomobil yollarında vəziyyət açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ

10:00 188
.

Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi

"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Sərəncamda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan il

11:00 265
.