Autizmin dörd yeni növü aşkar edildi
Prinston Universitetinin alimləri 5000-dən çox autizmli uşağın məlumatlarını təhlil edərək autizmin dörd fərqli alt növünü müəyyən ediblər. Bu tapıntı autizmi daha yaxşı anlamaq, erkən diaqnoz və fərdi müalicə yolları tapmaq üçün böyük bir irəliləyiş kimi qiymətləndirilir.
Lent.az "Science Daily" saytına istinadla xəbər verir ki, araşdırma autizmi olan uşaqları onların sosial davranışları, inkişaf mərhələləri və psixi sağlamlıq vəziyyətinə görə qruplaşdırıb. Nəticədə bu 4 alt növ ortaya çıxıb:
1.Sosial və davranış problemləri - bu uşaqlar əsas autizm əlamətləri, yəni sosial çətinliklər və təkrarlanan davranışlar göstərirlər. Ancaq inkişaf mərhələlərinə digər uşaqlarla oxşar şəkildə çatırlar. Çox vaxt narahatlıq və depressiya kimi əlavə psixi problemlər də yaşayırlar. Uşaqların 37 faizi bu qrupa daxildir.
2.İnkişaf gecikməsi ilə qarışıq autizm - bu qrupdakı uşaqlar gəzmək və danışmaq kimi bacarıqları gec öyrənirlər. Lakin çox zaman əlavə psixoloji problemləri olmur. Qrup daxilində əlamətlər müxtəlif ola bilər. Uşaqların 19 faizi bu qrupa daxildir.
3.Orta çətinliklər - bu uşaqlarda autizmlə əlaqəli davranışlar var, amma daha yüngül formada. Onlar əksər hallarda normal inkişaf mərhələlərini izləyirlər və əlavə psixi pozğunluqları yoxdur. Bu qrup ümumi iştirakçıların 34 faizini təşkil edir.
4.Geniş təsirə məruz qalanlar - bu qrup ən çətin halları əhatə edir: inkişaf gecikmələri, sosial və ünsiyyət çətinlikləri, təkrarlanan davranışlar və ağır psixoloji problemlər (məsələn, depressiya, narahatlıq). Bu, bütün uşaqların 10 faizini təşkil edən ən kiçik qrupdur.
Tədqiqat göstərdi ki, bu alt növlərin hər birinin arxasında fərqli genetik səbəblər dayanır. Məsələn, "Geniş təsirə məruz qalanlar" qrupunda uşaqlarda çox vaxt valideynlərdən gəlməyən yeni gen mutasiyaları aşkar edilib. Digər qruplarda isə miras qalan genetik dəyişikliklər ön plandadır.
Bu kəşf autizmli uşaqların daha düzgün şəkildə diaqnoz olunmasına, fərdi müalicə yollarının hazırlanmasına və erkən müdaxilənin daha effektiv olmasına kömək edə bilər. Həkimlər artıq hər uşağın hansı alt növə aid olduğunu müəyyənləşdirərək ona uyğun dəstək və terapiya təklif edə biləcəklər.
Tədqiqatın müəlliflərindən biri deyib: "Biz artıq autizmi tək bir vəziyyət kimi deyil, fərqli genetik və bioloji xüsusiyyətləri olan alt tiplər kimi qəbul edə bilərik".
Alimlər hesab edirlər ki, bu çərçivə təkcə autizm deyil, digər qarışıq xəstəliklərin də daha yaxşı başa düşülməsinə yardım edə bilər. Bu, həm elm dünyasında, həm də klinik praktikada yeni bir dövrün başlanğıcı ola bilər.
Ataşdırma "Nature Genetics" jurnalında dərc edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 992 Tarix: 28 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFermerlər niyə aqrar sığortadan istifadə etmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kənd təsərrüfatı təbii fəlakətlər, iqlim dəyişiklikləri, xəstəliklər və digər gözlənilməz risklərdən ən çox təsirlənən sahələrdən biridir. Belə hallarda fermerlərin maliyyə itkilərinin azaldılması üçün aqrar sığorta mühüm alətlərdən biri hesab olunur. Buna baxmayaraq, Azərbaycanda son illərdə bu sahəd
14.07.2026 200 Keçmiş futbolçu saxlanıldı
Türkiyə millisinin keçmiş futbolçusu və idman şərhçisi Nihat Kahveci saxlanılıb. yerli KİV-ə istinadla xəbər verir ki, o, həyat yoldaşı Fulya Sever Kahveciyə qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə polis bölməsinə aparılıb. Məlumata görə, hadisə İstanbulun Sarıyer rayonundakı restoranlardan birind
14.07.2026 229 9 ildən sonra kritik gün: Rza Zərrabın hökmü bu gün elan ediləcək
Rza Zərrabın ABŞ-ın İrana qarşı sanksiyaları pozmaqda günahını etirafından və prokurorluqla əməkdaşlıq etməsindən təxminən doqquz il sonra hökm günü yetişib. -ın xarici mediaya istinadən məlumatına görə, Nyu-Yorkdakı federal məhkəmənin Zərrabın hökmünü bu gün elan etməsi gözlənilsə də, onun ifadəsi Halkban
14.07.2026 252 Çin-Tayvan müharibəsi yalnız regionu deyil, bütün dünyanı sarsıdacaq
"Hazırda Çin və Tayvan arasında müşahidə olunan gərginliyin artması beynəlxalq təhlükəsizlik sistemi üçün yeni və son dərəcə ciddi risklər yaradır. Son illərdə Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə İsrail-HƏMAS qarşıdurması, İsrail-İran və ABŞ-İran xəttində yaşanan böhranlar göstərdi ki, düny
14.07.2026 227 ÇİN PUTİNİ "YOLA SALMAĞA" HAZIRLAŞIR - "Pekin Rusiya elitasının üzvləri ilə əlaqələrini gücləndirir"
Qərblə əlaqələrini kəsən Vladimir Putinin dövründə Rusiya Çinin kiçik tərəfdaşına çevrilib və Çin, ehtiyatla da olsa onu öz maraqları üçün manipulyasiya edir. Eyni zamanda, Pekin, Putin və onun yaxın ətrafı ilə məhdudlaşmayaraq, Rusiyanın hakim sinfi ilə sakitcə münasibətlər qurur. "AzPolitika"
14.07.2026 175 Tənqidlərdən sonra videonu sildilər
Aktyor Taleh Yüzbəyov son günlər sosial şəbəkələrdə müzakirələrə səbəb olan reklam çarxının silindiyini açıqlayıb. Qadınların estetik əməliyyat və kosmetoloji prosedurlardan istifadəsinin tənqid olunduğu reklam videosu şirkətin istəyi ilə sosial şəbəkə hesabından yığışdırılıb. Şirkət də videonun müzakir
14.07.2026 225 Bənizin 11 il həbsi tələb edildi
Sevgilisindən şantaj yolu ilə 1 milyon manata yaxın pul tələb etməkdə ittiham olunan tiktoker Aybəniz Xəlilovanın (Bəniz) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfi yekun çıxış edib
14.07.2026 291 Azərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir
Avropa İttifaqı artıq uzun illərdir Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir. Ölkəmizin Slovakiya il
14.07.2026 203 Avropa Komissiyasının Prezidenti sabah Kiyevə səfər edəcək
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 15-də Ukraynanın paytaxtı Kiyevə səfər edəcək. "Ukrayinskaya Pravda" xəbər verir ki, bu barədə Brüsseldə Avropa Komissiyasının rəsmi nümayəndəsi Olof Gill məlumat verib. O, Aİ liderinin Kiyevə səfərini təsdiqləsə də, səfərin məqsəd
14.07.2026 162