Yol polisi xanım sürücülərə müraciət etdi: "Belə geyinməyin"
Baş Dövlət Yol Polisi İdarəsi xanım sürücülərə müraciət edib.
Lent.az xəbər verir ki, DYP- nin müraciətində deyilir:
"Hörmətli yol hərəkəti iştirakçıları!
Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər birimiz üçün vacibdir. Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eyni zamanda maksimum diqqət və məsuliyyət tələb edir.
Aparılan müşahidələr göstərir ki, bəzi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücülərin sükan arxasında uyğun olmayan geyimlərdən, xüsusilə də ayaqqabılardan istifadə etməsidir.
Nazik və yüksək dabanlı, topuqlu, arxası açıq, sürüşkən və elastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarəti çətinləşdirir, ayağın sürüşməsinə və pedalın vaxtında, düzgün sıxılmamasına səbəb olur ki, bu da qəza riskini artırır.
Bu kimi hallar daha çox xanım sürücülər arasında müşahidə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri diqqətli olmağa, özlərinin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi naminə məsuliyyətli davranmağa çağırır.
Təhlükəsizliyinizi düşünün – özünüzü və digərlərini qoruyun!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 5797 Tarix: 29 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda iki əsrə yaxın yaşı olan bina qəzalı vəziyyətə düşüb
Bakıda iki əsrə yaxın yaşı olan yaşayış binası qəzalı vəziyyətə düşüb. Sözügedən binanın birinci mərtəbəsinin təməli 1858-ci ildə qoyulub, 1910-cu ildə isə növbəti iki mərtəbə inşa edilib. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 159 ünvanınd
11:05 307 Mahaçqalada su basmış evlərdən 80-dən çox adam təxliyə edilib, fövqəladə vəziyyət rejimi elan olunub
Yağışlar səbəbindən Mahaçqalada su basmış fərdi evlərdən 80-dən çox adam təxliyə edilib. "Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş İdarəsindən məlumat verilib. "Zarеçnaya küçəsində su kanalının tutulması nəticəsində yağı
15:30 101 İrandan Əbu-Dabiyə raket hücumu: beş nəfər yaralandı
İranın Əbu-Dabidəki sənaye zonasına raket hücumu nəticəsində beş nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Əbu-Dabi hökumətinin mətbuat xidməti məlumat yayıb. "Ələ keçirilmiş ballistik raketlərin qalıqlarının düşməsi nəticəsində beş Hindistan vətəndaşı orta və yüngül dərəcəli xəsarətlər alıb"
11:45 236 "Paytaxtda kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb" - Bakı Şəhər İcra Hakimiyyətindən AÇIQLAMA
Bakıda intensiv yağıntılar səbəbindən bəzi ərazilərdə subasma halları müşahidə olunur. xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb. Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri və aidiyyəti təsərrüfat strukturları gücləndirilmi
27.03.2026 493 Binəqədi və Suraxanıda yaşayış evlərinin həyətlərini su basıb, 9 nəfər təxliyə edilib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar paytaxtın Binəqədi və Suraxanı rayonları ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin subasmaya məruz qalması səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barə məlumatlar daxi
27.03.2026 582 Ağsuda baş verən qətlin üstü açıldı
Martın 23-də Ağsu rayonunun Muradlı kəndi ərazisində əkin sahəsində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olması müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəl
27.03.2026 655 Yaxın Şərq üçün özəl tank
Cənubi Koreyanın "Hyundai Rotem" şirkəti Çanvon şəhərində yerləşən müəssisəsində K2 tankının Yaxın Şərq regionu üçün hazırlanmış yeni modifikasiyasını nümayiş etdirib. xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, K2ME model tanklar 50 dərəcəy
27.03.2026 363 İran 3 ərəb ölkəsini vurdu
İran İordaniya, Bəhreyn və Səudiyyə Ərəbistanına zərbələr endirib. xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Bildirilib ki, İordaniyadakı ABŞ hərbi bazasına İran raketləri zərbə endirib. Səudiyyə Ərəbistanındakı Kral Salman hava bazasına da hücum edib, həmçinin Bəhreyndə güclü partlayış baş verib
27.03.2026 627 Müctəba Xameneinin ictimaiyyət qarşısında görünməməsinin səbəbi açıqlandı
"İran ali lideri Müctəba Xamenei təhlükəsizlik tədbirləri səbəbindən ictimaiyyət qarşısına çıxmır, lakin vəzifələrini yerinə yetirməyə davam edir". -ın CNN-ə istinadən xəbərinə görə, bu barədə Tehranın BMT-dəki daimi nümayəndəsi Əli Bəhreyni məlumat verib. "Onun ictimaiyyət qarşısınd
13:00 213