Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ

Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİMəlum olduğu kimi, iyulun 24-ü Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Rusiya Baş naziri Mixail Mişustin Sərəncam imzalayıb.

Lent.az xəbər verir ki, "Day.az" informasiya portalında Qusmanın vəzifəsindən azad olunmasının səbəbləri ilə bağlı məqalə dərc olunub.

Bildirilib ki, M.Qusmanın III Şuşa Qlobal Media forumunda Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sual Rusiya elitasında qıcıq yaradıb: "Rusiya Prezident Administrasiyası rəhbərinin media və ictimaiyyətlə əlaqələrə nəzarət edən birinci müavini Aleksey Qromov onun haqqında kəskin danışıb. Bundan əlavə, TASS-ın baş direktoru Andrey Kondraşov da Qusmana öz narazılığını bildirib".

Məqalədə, həmçinin Rusiya hakimiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs olunub. Bununla yanaşı, Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinə də toxunulub.
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİYazıda həmin şəbəkənin üzvü olmuş bir neçə şəxsin adı da açıqlanıb. Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi və şəbəkənin rəhbəri olan Ramiz Mehdiyev, eləcə də ordudakı uzantısının rəhbəri Nəcməddin Sadıkov vəzifədən kənarlaşdırılıdı. Həmin dövr ərzində Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov oxşar aqibətlə üzləşdi.

Bu yerdə Milli Məclisin sabiq sədri Oqtay Əsədovun adı da diqqət çəkir. Onun Rusiya şəbəkəsi ilə əlaqələri barədə daha əvvəl hər hansı məlumat ictimailəşməmişdi.

Son olaraq isə Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov vəzifəsindən azad edildi. Bu kontekstdə bir vaxtlar deputat olmuş, sonradan "yoxa çıxan" Elşad Mirbəşirin adı da xüsusi vurğulanıb, onun Rusiya şəbəkəsinin maraqlarına xidmət etməsindən bəhs edilib.

Onun Rusiya FTX ilə əlaqələri üzə çıxdıqdan sonra o, ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırıldı. Son aylarda "Rus evi" və "Sputnik" kimi strukturların fəaliyyəti də ölkədə məhdudlaşdırılıb.

Məqalədən də göründüyü kimi, Moskvanın Azərbaycana qarşı tutduğu radikal mövqe heç də rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı deyil. Belə ki, ölkəmizdə Rusiya şəbəkəsinə qarşı həyata keçirilmiş tədbirlər şimal qonşumuzun yumşaq desək, xoşuna gəlməyib.

Göründüyü kimi Kremli qəzəbləndirən əsas faktor Azərbaycanda Rusiya şəbəkəsinə qarşı görülən ardıcıl tədbirlərdir.

Bütün bunlar dövlətimizin Rusiya da daxil olmaqla xarici ölkə agenturalarına qarşı apardığı tədbirlərin effektini göstərməklə zamanlamanın düzgünlüyünü ortaya qoyur. Əgər bir neçə il əvvəldən Rusiya agenturasına qarşı bu tədbirlər həyata keçirilməsəydi, onların ölkədə hansı təxribatlar törədəcəyi, nə kimi fəaliyyətlər göstərəcəyini təxmin etmək heç də çətin olmazdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1039   Tarix: 29 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ Tehranda elə stansiyaları vurub ki... - İrandan etiraf

Əgər bilsəydiniz iki gün qabaq ölkənin hansı elektrik stansiyaları vurulub, Tehranda əvvəlcədən elan olunmamış elektrik kəsintiləri barədə sual verməzdiniz. xəbər verir ki, bu sözləri Tehran Şəhər Şurasının sədri Mehdi Çəmran jurnalistlərin suallarının cavabında deyib. O, hansı elektrik stansiyalarını

14.07.2026 141
.

ÇİN PUTİNİ "YOLA SALMAĞA" HAZIRLAŞIR - "Pekin Rusiya elitasının üzvləri ilə əlaqələrini gücləndirir"

Qərblə əlaqələrini kəsən Vladimir Putinin dövründə Rusiya Çinin kiçik tərəfdaşına çevrilib və Çin, ehtiyatla da olsa onu öz maraqları üçün manipulyasiya edir. Eyni zamanda, Pekin, Putin və onun yaxın ətrafı ilə məhdudlaşmayaraq, Rusiyanın hakim sinfi ilə sakitcə münasibətlər qurur. "AzPolitika"

14.07.2026 175
.

"Yer kürəsinin qara qutusu" tikilir

Avstraliyanın Tasmaniya adasının qərb sahilində "Yer kürəsinin qara qutusu" tikiləcək. BİG.AZ xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Layihə iqlim böhranının nəticələrini qeydə almaq və bəşəriyyətin məhv olacağı təqdirdə bu məlumatları gələcək üçün qorumaq məqsədi daşıyır. "Yer kürəsini

14.07.2026 132
.

Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib

İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin strateji səviyyəyə qalxmasının, regionlararası nəqliyyat-energetika yönümlü əməkdaşlığın və müdafiə sənayesi sahəsində yeni mexanizmlərin formalaşmasının işarəsidir. Bu səfə

14.07.2026 210
.

Tovuzda yeniyetmə xəstəxanada öldü

Tovuzda xəstəxanada ölüm hadisəsi baş verib. -ın məlumatına görə rayon sakini 17 yaşlı Z.Murğuzov ağır vəziyyətdə Tovuz rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin tibbi yardımlarına baxmayaraq yeniyetmə həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbləri hələlik məlu

14.07.2026 226
.

Sabah 40 dərəcə isti olacaq

Azərbaycanda havanın sabah 40 dərəcəyədək isti olacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanı

14.07.2026 237
.

Kino tarixində ilk: Maykl Cekson haqqında film 1 milyard dollar qazandı

Pop musiqisinin əfsanəsi Maykl Ceksonun həyatından bəhs edən "Michael" filmi dünya kino tarixində yeni rekorda imza atıb. xarici KİV-ə istinadla xəbər verir ki, ekran əsərinin gəliri qlobal kassada 1 milyard dolları keçərək bu göstəriciyə çatan ilk bioqrafik film olub. Film nümayişə başladığ

14.07.2026 191
.

Mənzil bazarında qiymətlər niyə artır? - Bahalaşmanın görünən və görünməyən səbəbləri - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Son aylarda Azərbaycanda, xüsusilə də Bakıda mənzil bazarında qiymət artımı daha da nəzərə çarpır. Həm yeni tikililərdə, həm də köhnə binalarda satış qiymətlərinin yüksəlməsi ev almağı planlaşdıran vətəndaşların büdcəsinə ciddi təsir göstərir. Bahalaşmaya tikinti xərclərinin artması, bazarda mənzil

14.07.2026 243
.

9 ildən sonra kritik gün: Rza Zərrabın hökmü bu gün elan ediləcək

Rza Zərrabın ABŞ-ın İrana qarşı sanksiyaları pozmaqda günahını etirafından və prokurorluqla əməkdaşlıq etməsindən təxminən doqquz il sonra hökm günü yetişib. -ın xarici mediaya istinadən məlumatına görə, Nyu-Yorkdakı federal məhkəmənin Zərrabın hökmünü bu gün elan etməsi gözlənilsə də, onun ifadəsi Halkban

14.07.2026 252
.

TOP MP3