İsti hava və günəş dərmanlarınızın təsirini necə dəyişir?
İsti hava yalnız sizin halınıza deyil, həm də həyati vacib dərmanlarınıza düşmən ola bilər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, yay havası bəzi dərmanların təsirini zəiflədə və hətta onları təhlükəli edə bilər.
Xüsusilə xroniki xəstəlikləri olan insanlar diqqətli olmalıdır – bəzi dərmanlar kritik anlarda effekt verməyə bilər və ya istiyə bağlı riskləri artıra bilər. Avropada qeyri-adi isti hava dalğası zamanı Britaniya tənzimləyicisi MHRA vətəndaşlara dərmanların istifadəsində ehtiyatlı olmağı tövsiyə edib. Çünki bir çox dərmanlar +25°C-dən yüksək temperaturda saxlandıqda təsirini itirir.
Bunlara aiddir:
İnsulin
İnhalyatorlar
Hormon plastirləri
Sidikqovucular (diuretiklər)
Antidepressantlar
Antipsixotiklər
Glucometer test zolaqları
Daha təhlükəli olan isə – əlavə təsirlərdir
Bəzi dərmanlar susuzluğu hiss etmə qabiliyyətini azaldır (məsələn, AÇF inhibitorları), digərləri bədəni susuzlaşdırır (diuretiklər), bədən temperaturunu artırır və ya dərini günəşə qarşı həssaslaşdırır. Xüsusilə, metotreksat və bəzi antibiotiklər, günəş altında cəmi bir neçə dəqiqə qalmaqla belə şiddətli yanıqlara səbəb ola bilər.
Mütəxəssislərin tövsiyələri:
Dərmanları günəşdən uzaq, sərin yerdə saxlayın
Rəngi və konsistensiyasını yoxlayın – dəyişibsə, istifadə etməyin
Bədəni həddindən artıq qızdırmaqdan qaçın, yetərincə su için
Halınızda pisləşmə olarsa, dərhal həkimlə məsləhətləşin
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 931 Tarix: 30 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Sərəncamda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan il
11:00 218 Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil
Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. xarici mediay
09.10.2026 285 İlham Əliyevin Türkmənistan səfəri başa çatdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir
09.10.2026 197 Qarabaşaq yarmasını tez-tez yemək üçün 5 mühüm SƏBƏB
Qarabaşaq sıyığı uzun illərdir bir çox insanın gündəlik qidalanmasının ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsulun qida dəyəri yalnız toxluq hissi yaratması ilə məhdudlaşmır. xarici mediaya istinadən qarabaşaq yeməyin 5 faydalı xüsusiyyətini təqdim edir. 1. Qarabaşaq orqanizmi qida lifləri ilə təmi
09.10.2026 308 Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu
Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus
09.10.2026 319 Bu kurort payızın ən məşhur istirahət məkanına çevrilib
Avropanın müxtəlif ölkələrindən turistlər Baltik dənizi sahillərinə istirahətə üz tuturlar. Bu il xarici turizm istiqamətləri arasında Praqa, Budapeşt və Vilnüs xüsusi populyarlıq qazanıb. Lakin bəzi turistlər Avropa paytaxtlarına qısamüddətli səyahətlər əvəzinə Polşanın dənizkənarı kurortlarında klassi
09.10.2026 246 Peskov: Putin və Tramp arasında telefon danışığı olacaq
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında yaxın vaxtlarda telefon danışığının baş tutacağı gözlənilir. "Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. "Tezliklə", - Peskov iki prezidentin danışığını
09.10.2026 260 Lənkəranın 5 kəndinə dolu düşdü - Foto
Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol
10:27 171 Sabah yağış olmayacaq
Sabahın havası açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
13:37 1