Tulin Ələkbərovanın cəzalandırıldığı hadisənin TƏFƏRRÜATI

Tulin Ələkbərovanın cəzalandırıldığı hadisənin TƏFƏRRÜATIKikboksçu qadın Tulin Ələkbərovanın Bakıda restoranda qadını döyməsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən restoranlardan birində baş verib.

Hadisə isə belə baş verib. Tulin Ələkbərova rəfiqəsi Sevda ilə evlərində olarkən keçmiş sevgilisi ona zəng vurub və görüşmək istədiyini bildirib. Keçmiş sevgilisi Tulinə bildirib ki, dostu ilə birlikdədir və onunla görüşmək istəyir. Tulin rəfiqəsi Sevda ilə danışıb və o da görüşə razı olub. Bundan sonra sevgilisi dostu ilə gəlib, Tulin və Sevdanı evdən götürüb restorana aparıb. Onlar restoranda əyləşib spirtli içki olan viski sifariş veriblər.

Tulin bir az içdikdən sonra özünü pis hiss edib və Sevdadan onu ayaqyoluna aparmasını xahiş edib. Sevda da onunla birlikdə ayaqyoluna gedib. Bundan sonra Kəmalə adlı xanım da ayaqyoluna girmək istəyib, ancaq Sevda buna icazə verməyib. Nəticədə Sevda ilə Kəmalə arasında mübahisə yaranır və səsə Kəmalə ilə birlikdə restoranda içki qəbul edən bacısı Nuranə gəlib. Qadınlar arasında mübahisə yaranarkən Tulin ayaqyolundan çıxıb iki qadının onun rəfiqəsi Sevdaya təzyiq etdiklərini görüb. Mübahisənin səbəbini soruşanda Kəmalə sərxoş vəziyyətdə olduğu üçün Tulini və onun anasını söyüb. Nəticədə Tulin Ələkbərova Kəmalənin sifətindən yumruqla vurub. Kəmalənin zərbənin təsirindən yerə yıxıldığını görən Tulin onun qarın və bədəninin digər hissələrinə təpik zərbələri endirib.

Davanın böyüdüyünü görən Kəmalənin bacısı "102" xidmətinə zəng vuraraq bacısının restoranda döyüldüyünü bildirib. Hadisə yerinə polis əməkdaşları gəlib və faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Ələkbərovaya 6 ay azadlığın məhdudlaşıdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 935   Tarix: 31 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

9 ildən sonra kritik gün: Rza Zərrabın hökmü bu gün elan ediləcək

Rza Zərrabın ABŞ-ın İrana qarşı sanksiyaları pozmaqda günahını etirafından və prokurorluqla əməkdaşlıq etməsindən təxminən doqquz il sonra hökm günü yetişib. -ın xarici mediaya istinadən məlumatına görə, Nyu-Yorkdakı federal məhkəmənin Zərrabın hökmünü bu gün elan etməsi gözlənilsə də, onun ifadəsi Halkban

19:30 158
.

İsrail Hərbi Dəniz Qüvvələri HƏMAS Hərbi Dəniz Qüvvələrinin komandirini öldürdü

İsrail ordusu bazar ertəsi günü Qəzza şəhərinə endirilən zərbə nəticəsində HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin komandiri Usamə Naim Həmdi Şamlaxı öldürüb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Şamlax, HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi və dəniz terror hücumlarının inkişa

12:16 192
.

Bakıda güclü külək əsəcək - Xəbərdarlıq

İyulun 15-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qər

16:08 241
.

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Media haqqında" Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Qeyd edək ki, jurnalist vəsiqəsini

11:34 185
.

"Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm"

Xalq artisti Emin Ağalarov sosial media hesabında sualları cavablayıb. Axşam.az xəbər verir ki, sənətçi işləri ilə şəxsi həyatı arasında qalarsa hansını seçəcəyinə aydınlıq gətirib. Sual: Bir həftə telefonsuz qalmaq, yoxsa işsiz?. Emin: Nə birinci, nə də ikinci. İşsiz qala bilmərəm. İşi də telefonsu

16:58 251
.

Azərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir

Avropa İttifaqı artıq uzun illərdir Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir. Ölkəmizin Slovakiya il

14:34 188
.

Şuşa Forumundan dünyaya mesaj: Prezident İlham Əliyev nələri açıqladı?

İyulun 13-də Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Prezident İlham Əliyev ənənəyə sadiq qalaraq forumun açılışında çıxış etdi. Dövlət başçısının nitqi geniş mövzular

14:39 207
.

Sürücü sürət həddini aşıb qəza törətdi, işıqfora çırpıldı - ANBAAN VİDEO

Ötən gecə paytaxtın Nəsimi rayonu, Mirzəağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ -a istinadla bildirir ki, qəza nəticəsində yolayrıcında quraşdırılmış işıqforun dirəyi zədələnərək yararsız vəziyyətə düşüb. İşıqforun bərpasınadək həmin ərazidə hərəkə

13:20 215
.

Fermerlər niyə aqrar sığortadan istifadə etmir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatı təbii fəlakətlər, iqlim dəyişiklikləri, xəstəliklər və digər gözlənilməz risklərdən ən çox təsirlənən sahələrdən biridir. Belə hallarda fermerlərin maliyyə itkilərinin azaldılması üçün aqrar sığorta mühüm alətlərdən biri hesab olunur. Buna baxmayaraq, Azərbaycanda son illərdə bu sahəd

11:49 194
.

TOP MP3