Məktəbli formaları bu il neçəyədir?

Məktəbli formaları bu il neçəyədir?"Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir". Bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli səsləndirib. O qeyd edib ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib:

"Valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər agentliyin və yerli bölmələrinin "Çağrı mərkəzi", eləcə də uşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər. Xüsusi olaraq qeyd edirik ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı MÜTDA-nın yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda agentliyin və yerli bölmələrinin "Çağrı mərkəzi" ilə əlaqə yarada bilərlər".

"Bakı Tikiş Evi" ASC-nin satış üzrə müdiri Etibar Əzimov mövzu ilə bağlı "Yeni Müsavat"a fikrini bölüşüb: "Məktəbli formaları artıq satışa hazırdır. İyul ayının əvvəlindən biz məktəbli formalarının qiymətində endirim etdik. Qiymətlər orta hesabla 20-30 faiz aşağı salınıb. Onun sözlərinə görə, qiymət dəyişikliyi beş əsas məhsul üzrə edilib. Qiymətlər ucuzdur, əlçatandır. Yalnız bizim mağazalarda satılır. Misal üçün, jaketlərdə 10 manat endirim olub, əvvəllər jaketlər 30 manat idi, indi 20 manatdır. Şalvar və ətəklərdə 5 manat endirim var. Yeni tarifə əsasən, həm oğlan, həm də qız məktəbliləri üçün qısaqol polo köynəklərin qiyməti 8 manat, uzunqol polo köynəklər 10 manat, şalvar və ətəklər 15 manat müəyyənləşdirilib. Müqayisə üçün deyim ki, 2024-cü ildə bu məhsulların qiyməti daha yüksək idi. Belə ki, ötən il qısaqol polo köynək 12 manat, uzunqol polo köynək 12 manat, şalvar və ətək 20 manat, jaket də qeyd etdiyim kimi 30 manata satılırdı".

Etibar Əzimov onu da deyib ki, standart ölçü hesab olunan 26-54 ölçüdən böyük (56, 58, 60) ölçülü geyimlər əlavə parça sərfiyyatına görə standart qiymətə 5 manat əlavə olunmaqla satılır: "Əksər vaxtlarda keyfiyyətsiz məhsullar çox ucuz qiymətə bazara çıxarılır. Valideynlər ucuz qiymətə alırlar, anlamırlar, bir dəfə yuyulandan sonra isə görürlər ki, korlanır. Ona görə biz qiymətləri minimuma salmışıq ki, keyfiyyətli mallar satılsın".

Satış müdiri, "Bəzi valideynlər də bildirir ki, BTE-nin mağazalarındakı formalar tez sıradan çıxır. Qiymət endirimi keyfiyyətə təsir etmir ki" sualına da cavab verib: "Qətiyyən təsir etmir. Çünki bu materialları sertifikatla Özbəkistandan, Belarusdan, Türkiyədən gətiririk. Bunların hamısının sertifikatı var və bizim satış mərkəzlərindən alınan bütün mallara bir il zəmanət veririk. Bu fabrik malıdır, Binə, Sədərək malı deyil ki. Kimlərsə təsadüfi yerlərdən, mənşəyi bilinməyən, heç bir sertifikatı olmayan məktəb formaları alır. Əlbəttə o bir dəfə yuyulandan sonra nimdaş olur. Bundan başqa belə geyimlər uşaqlar üçün sağlamlıq baxımından da təhlükəlidir. Çünki müxtəlif dəri xəstəliklərinə səbəb ola bilər. Məsləhətim odur ki, mənşəyi bilinməyən məktəbli formaları almasınlar. Mütləq rəsmi yerlərdən alsınlar. Mən demirəm yalnız bizdən alsınlar, Azərbaycanda məktəb formaları istehsal edən 5-6 fabrik var, oradan da ala bilərlər. Yüz faiz pambıqdan olan polo köynəklər 2 ya 3 manata ola bilər?! Tərəvəz satılan yerdə məktəbli formaları satılır, əlbəttə keyfiyyətli olmayacaq".

Onu da qeyd edək ki, zaman-zaman məktəbli formalarının tətbiqinə qarşı çıxanlar da olur, qeyd edilir ki, bu, şagirdin fərdiliyini boğur və yaradıcılığı məhdudlaşdırır. Mütəxəssislər isə hesab edir ki, məktəbli forması şagirdlər arasında sosial bərabərliyi təşviq edir. Zəngin və ya kasıb ailədən gəlməyindən asılı olmayaraq, bütün uşaqlar eyni geyimdə olduqda fərqlər gizlənir. Bu, komplekslərə son qoyur, bullinqi azaldır, maddi imkanların fərqindən yaranan narahatlıqları aradan qaldırır.

Eyni zamanda, forma şagirdlərdə məsuliyyət və intizam hissi yaradır. Məktəb mühiti ilə küçə həyatı arasındakı sərhədi formalaşdırır. Geyimin standart olması uşaqlarda "məktəbdəyəm, dərs vaxtıdır" düşüncəsini şərtləndirir. Şagird özünü geyimi ilə göstərməyə deyil, bilik və bacarığı ilə fərqlənməyə çalışır. Bu da diqqətin dərslərə yönəlməsini və rəqabətin sağlam şəkildə aparılmasını təmin edir. Bir məktəbin formasını geyinən uşaq asanca tanınır, məktəbə aid olmayan şəxs dərhal seçilir. Bu, məktəb rəhbərliyinin əraziyə nəzarətini asanlaşdırır və təhlükəsizliyi artırır. Eyni zamanda, rəsmiyyət daşıyan məktəbli forması şagirdi təmiz və baxımlı görünməyə sövq edir. Saç düzümü, ayaqqabı seçimi və şəxsi gigiyenaya diqqət artmış olur. Forma geyinmək məktəb ənənəsini və milli təhsil mədəniyyətini yaşadır. Hər məktəbin öz simvolik forması olması onun imicini formalaşdırır, şagirdlərdə həmin məktəbin nümayəndəsi olmaqla bağlı qürur yaradır.

Dünyanın müxtəlif ölkələrində məktəbli formasına yanaşma mədəni, sosial və ideoloji əsaslara görə dəyişir. Bəzi dövlətlər formaya ciddi önəm verir və onu təhsil sisteminin ayrılmaz hissəsi hesab edir, digərlərində isə fərdi azadlıq və fərdilik ön plandadır. Misal üçün, Böyük Britaniyada məktəbli forması əsrlərdir ənənənin bir parçasıdır. Hər məktəbin öz rəngi, gerbi və xüsusi geyim tərzi olur. Burada forma yalnız nizam-intizam üçün deyil, həm də məktəbə mənsubiyyət hissini gücləndirmək üçün vacib sayılır.

Yaponiyada məktəb formaları "seifuku" adı ilə tanınır və şagirdlərə yalnız geyim deyil, həyat tərzi öyrədir. Forma vasitəsilə şagirdlərə səliqə, məsuliyyət, hörmət kimi dəyərlər aşılanır. Bu ölkədə forma məktəbin mədəniyyətinə çevrilib.

Cənubi Koreyada forma qanunla tənzimlənən bir məsələdir. Hər şagird məktəb tərəfindən təsdiqlənmiş geyimdə olmalıdır. Məqsəd sadədir: diqqəti təhsilə yönəltmək və sosial təbəqələşmənin qarşısını almaq.

Məktəbli formaları Çin təhsil sistemində də kollektiv düşüncə və dövlətə bağlılığın tərbiyəsində rol oynayır. Eyni geyim ideyası sosialist ideologiya ilə uzlaşaraq, fərdiliyin deyil, ictimai harmoniyanın gücləndirilməsinə xidmət edir.

ABŞ-də məktəbli forması dövlət məktəblərində ümumiyyətlə tətbiq olunmur. Bunun əvəzinə "dress code" - yəni geyim qaydaları tətbiq edilir. Lakin təhlükəsizlik və sosial səbəblərlə bəzi bölgələr forma geyimini təşviq edir. Özəl və dini məktəblərdə isə forma geniş yayılıb.

Almaniyada forma ümumiyyətlə tətbiq edilmir. Alman təhsil sistemi fərdiyyətçiliyə və şagirdlərin azad seçimlərinə önəm verir. Valideynlər və pedaqoqlar arasında bu məsələ ilə bağlı zaman-zaman debatlar olsa da, forma ümumi norma sayılmır.

Skandinaviya ölkələri -Norveç, İsveç, Finlandiyada isə məktəbli forması demək olar ki, yoxdur. Səbəb isə - fərdi azadlıqlar, yaradıcılıq və özünüifadə azadlığı burada əsas prinsip sayılır. Sosial bərabərlik isə forma ilə deyil, dövlətin digər dəstək mexanizmləri ilə təmin olunur: pulsuz yemək, geyim yardımı, texniki avadanlıqlar və psixoloji dəstək xidmətləri.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1407   Tarix: 03 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vahid forma məktəblərdə bərabərliyi və intizamı gücləndirəcək

"Müasir təhsil sistemində məktəbin funksiyası yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Məktəb eyni zamanda sosial münasibətlərin formalaşdığı, uşaqların dünyagörüşünün inkişaf etdiyi, davranış mədəniyyətinin və vətəndaş məsuliyyətinin təməlinin qoyulduğu mühüm ictimai institutdur. Bu baxımda

09.10.2026 296
.

Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır

"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind

09.10.2026 225
.

Azərbaycanın MDB məkanında yüksək nüfuzunu nümayiş etdirən sammit

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının ilk ongünlüyündə ard-arda bir neçə beynəlxalq tədbirdə iştirakı, bir tərəfdən Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü, digər tərəfdən isə ölkə rəhbərinin yorulmaz siyasi fəaliyətinin və tükənməz enerjisini

09.10.2026 224
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

09.10.2026 195
.

Təhsildə dünyəvilik və geyim qaydaları: Müasir yanaşma

Təhsil müəssisələrində dünyəvilik prinsipinin qorunması və vahid geyim qaydalarının tətbiqi bəzən eyni mövzu çərçivəsində müzakirə edilir. Lakin bu iki anlayışın məqsədləri fərqlidir. Dünyəvilik tədrisin elmi əsaslarla aparılmasını və dövlət təhsilinin dini baxımdan neytral olmasını nəzərdə tutur. Məktəbl

09.10.2026 296
.

Hande Erçel iranlı rejissorun yeni filmində baş rolda

Türkiyəli məşhur aktrisa Hande Erçel yeni beynəlxalq film layihəsində rol alacaq. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada çəkəcəyi "Diaspora" filmində baş rolu canlandıracaq. Hande Erçel filmdə həyat yoldaşını Türkiyədə itirdikdən sonr

09.10.2026 284
.

Ayaqqabıları evdə qapı qarşısında saxlayırsınız? Səbəbi təkcə səliqəsizlik deyil

Ayaqqabıları evə girən kimi şkafa yığmamaq həmişə səliqəsizlik demək deyil. Bu vərdiş gündəlik həyat tərzi, evdə yaşayanların sayı və rahatlığa verilən üstünlüklə bağlı ola bilər. xarici mediaya istinadən ayaqqabıları qapının yanında saxlamağın səbəblərini təqdim edir. Qeyd olunur ki, bəzi insanlar ayaqqabıların

09.10.2026 514
.

Lənkəranın 5 kəndinə dolu düşdü - Foto

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol

10:27 103
.

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: "Sözü Azərbaycan Respublikasını

09.10.2026 337
.