Qida zəhərlənmələrinin əsas səbəbləri açıqlandı
Son dövrlərdə ölkəmizdə qida zəhərlənməsi halları artmaqda davam edir. Mütəxəssislər bu cür halların xüsusilə yay aylarında daha da intensivləşəcəyini istisna etmir. Səbəblər arasında yüksək temperatur şəraitində qidaların tez xarab olması, eləcə də saxlanma və hazırlanma zamanı gigiyena qaydalarının pozulması əsas yer tutur.
Qida təhlükəsizliyinin təmin olunması, vətəndaşların sağlamlığının qorunması baxımından həyati əhəmiyyət daşıyır. Bu halların qarşısını almaq üçün ilk növbədə qida məhsullarının düzgün şəraitdə saxlanmasına, xüsusilə soyuducu temperaturunun təmin olunmasına nəzarət gücləndirilməlidir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirir ki, qida istehsalı və satışı ilə məşğul olan obyektlərdə sanitar-gigiyenik qaydalara ciddi şəkildə əməl olunmalı, bu yerlərdə vaxtaşırı yoxlamalar həyata keçirilməlidir.
"İstehlak müddəti keçmiş məhsulların satışına qətiyyən yol verilməməli, bu sahədə məsuliyyət daşıyan şəxslər inzibati qaydada cəzalandırılmalıdır.
Həmçinin kənd təsərrüfatı məhsullarının düzgün emalı və daşınması da müvafiq standartlara uyğun həyata keçirilməlidir", – deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, ictimai maarifləndirmə tədbirləri genişləndirilməli, insanlar düzgün qida seçimi və saxlanma qaydaları ilə bağlı daha çox məlumatlandırılmalıdır.
"Bu sahədə vətəndaş nəzarəti də az rol oynamır. İnsanlar sanitar şəraiti naməlum olan, açıq hava şəraitində fəaliyyət göstərən yerlərdən qida qəbulundan çəkinməlidir.
Xüsusilə yay aylarında süd və süd məhsulları, ət və ət məhsulları, kremli şirniyyatlar kimi tez xarab olan qidalara qarşı daha diqqətli olmaq, onların saxlanma və istifadə qaydalarına əməl etmək olduqca vacibdir", – deyə Asim Vəliyev əlavə edib.
Qida təhlükəsizliyi yalnız dövlət qurumlarının deyil, həm də hər bir vətəndaşın birgə məsuliyyətidir. Sağlam cəmiyyətin təməli təhlükəsiz və keyfiyyətli qidalanmadan keçir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 906 Tarix: 04 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşİƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523