Kişi toyda qadına hədiyyə edilən qızılları boşandıqdan sonra geri tələb edə bilərmi? - AÇIQLAMA
Nikah müddətində ər və arvadın əldə etdiyi əmlakın hüquqi statusu və bölüşdürülməsi məsələsi cəmiyyətin geniş təbəqəsini maraqlandıran mühüm hüquqi mövzulardan biridir. Boşanma zamanı tərəflər arasında yaranan əmlak mübahisələrinin həlli isə bir çox hallarda qanunvericiliyin düzgün tətbiq olunmasından asılıdır.
Bəs görəsən kişi toyda qadına hədiyyə edilən qızılları boşandıqdan sonra geri tələb edə bilərmi?
Bu barədə vəkil Rəşad Əliyev Sonxeber.az -a açıqlama verib:
"Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) aiddir.
Həmçinin ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Yuxarıda qeyd edillən əmlaklar ər-arvadın (onlardan birinin) tələbi ilə bölünə bilər.
Ancaq Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək ər və arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmçinin bu normaya əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları isə onların ayrıca əmlakı sayılır. Yəni toy zamanı gəlinə və yaxud bəyə verilən qızıl-zinət əşyaları, həmçinin cehiz də hədiyyə hesab edildiyindən nikah pozularkən həmin əşyalar qadının əmlakı hesab edilir və qarşı tərəf həmin əmlakın bölünməsini tələb edə bilməz.
Qeyd etmək lazımdır ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
Ancaq birgə nikaha daxil olarkən arvada verilmiş cehiz əşyaları, habelə birgə nikaha daxil olanadək və ya nikah dövründə onlardan birinə üçüncü şəxslərin hədiyyə etdiyi əşyalar ər-arvadın ayrıca əmlakı (mülkiyyəti) olduğundan, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən həmin əşyaların başqasının, o cümlədən ərin (arvadın) qanunsuz sahibliyindən geri tələb olunması barədə iddialara iddia müddəti tətbiq oluna bilməz.
Bu müddəa "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il-cü il qərarında da təsbit edilib".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1262 Tarix: 07 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı
Fransanın cənubunda yerləşən Kany-sür-Mer kommunasındakı Pyer-Ogüst Renuar muzeyindən sentyabrın əvvəlində oğurlanan iki rəsm əsəri hüquq-mühafizə orqanları tərəfindən tapılıb. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Söhbət rəssamın "Madam Kolonna Romano" və "Quyunu
13:20 153 Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də müharibənin başlanmasından bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini təsdiqləmək niyyətindədirlər. "Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsind
13:50 157 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - VİDEO
2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan mama-ginekoloq Mahirə İsmayılova deyi
16:00 123 ABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər
16:50 73 Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
14:42 146 Tramp seçkilərdən əvvəl İrana zərbələr endirmək qərarını dəyişə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl İrana genişmiqyaslı zərbələr endirməmək planına yenidən baxa biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, İrana seçkilərdən əvvəl zərbələr endirilməsinə icazə verilməsi barədə qərarını dəyişə biləcəyi il
15:50 120 Tramp: "ABŞ-nin şərtləri qəbul edilməsə, İranın mövcudluğuna son qoyulacaq"
"ABŞ-nin münaqişənin həlli ilə bağlı irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, İran məhv ediləcək". xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakyus şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı bildirib. "Sizə bir söz deyim: İranla bağlı məsəl
11:00 162 Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi - TƏHLİL
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin inkişafında yeni mərhələ açıb. Müstəqil xarici siyasət, iqtisadi imkanlar və ictimai həmrəylik Azərbaycanın regional mövqeyini gücləndirib, beynəlxalq proseslərdə iştirak imkanlarını genişləndirib. Müharibə və qarşıdurmaların artdığ
17:20 15 Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq?
Bakı ilə Tbilisi arasında dəmir yolu ilə səfərlərə maraq artır. Marşrut üzrə qatarların tam dolu hərəkət etməsi və biletlərə yüksək tələbat sərnişindaşımaların genişləndirilməsi zərurətini yaradıb. Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 1-dən etibarən bu istiqamətdə reyslərin sayını artıraraq sərnişinlə
10:30 187