"Kişilik bahalı kostyum geyinmək deyil"
"Bu günlərdə üç böyük kişini yola saldıq… Atamı, ardınca böyük yazıçı Elçin Əfəndiyevi və muğam sənətimizin dirəyi Arif Babayevi… Üç fərqli yol, üç fərqli həyat, üç müxtəlif peşə… Amma bir ortaq cəhət vardı: kişilik".
"Ölkə.az" xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial media hesabında yazıb. O, mərhum Xalq artisti Arif Babayev, Xalq yazışısı Elçin Əfəndiyev və atası Hidayət Baxşəliyevlə bağlı paylaşım edib.
"Atam mənə insan olmağı, vicdanlı, ədalətli və dürüst olmağı öyrədən ilk adam idi. Onun gedişi mənim üçün dağ boyda bir itki oldu. Elə bil köhnə kişiliyin bir səhifəsi bağlandı. Elçin təkcə yazıçı deyildi. O, bir dövrün aynası idi. Sözün, fikrin, sənətin təmizliyini qoruyurdu. Yazdıqları bizi güldürmürdü, düşündürürdü. Bəzən danışmırdı, amma baxışları danışırdı. Muğam Arif Babayevin səsində nəfəs alırdı. Böyük bir səs, böyük bir insan idi. O səsin altında zəhmət vardı, əziyyət vardı, kişi duruşu vardı. Nə sənətini, nə özünü bayağılaşdırdı. Kişi səsi ilə oxudu, kişi ürəyi ilə yaşadı. Onlar ayrı-ayrı yolun yolçusu idilər. Amma eyni bir dəyərlə yaşayırdılar: kişiliklə. Bu itkilər təkcə üç nəfərin yoxluğu deyil. Bu, bir nəsil kişiliyin, bir dövr insanlığın, bir mədəniyyətin sükutla çəkilib getməsidir.
Ağladım bu itkilərə. Ağladım bu dünyadan bir-bir köçən köhnə kişilərə. O köhnə kişilərə ki: Əlini uzadanda içində niyyət vardı. Söz verəndə canını ortaya qoyurdu. Haqqı tapdamamaq üçün bəzən öz haqqından keçirdi. Çünki kişilik bahalı kostyum geyinmək deyil. Kişilik saxta gülüş, duruş deyil. Kişilik sözünün, əqidənin və vicdanının arxasında durmaqdır. Köhnə kişilər, məkanınız cənnət olsun. Ruhlarınız qarşısında baş əyirəm".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl
27.09.2026 586 Bu da 3-cü dəfə evlənən Azərin AİLƏSİ - FOTOLAR
Aparıcı Azər İsmayılov sosial mediada paylaşım edib. xəbər verir ki, aparıcı ailəsi ilə olan görüntülərini paylaşıb. Paylaşımda onun qızları da yer alıb. Azərin paylaşımı izləyicilərin marağına səbəb olub. Sözügedən fotoları təqdim edirik:
03.10.2026 941 "11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. BİG.AZ xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasın
25.09.2026 472 Kaşpirovski vəfat etdi
Məşhur ekstrasens və teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teleaparıcı Andrey Malaxov "Telegram" kanalında məlumat yayıb. "Anatoli Mixayloviç Kaşpirovski artıq aramızda deyil" deyə, Malaxov paylaşımında bildirib. Qeyd edək ki, Anatol
03.10.2026 252 Yeni layihəsi bəlli oldu
"Haysiyet" serialının aktyor heyətinə yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Emin Günenç rol alacaq. O, "Ender" adlı obrazı canlandıracaq. Qeyd edək ki, Emin sonuncu dəfə "Arafta"da çəkilib
27.09.2026 288 Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
Dünya şöhrətli aktyor Silvestr Stallone "Rokki" filmlərinin çəkilişləri zamanı bulimiyadan (insanın nəzarətsiz, böyük miqdarda yemək yeməsi və bu prosesi saxlamaqda çətinlik çəkməsi) əziyyət çəkdiyini açıqlayıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə "The New York Times"a müsahibəsind
03.10.2026 250 Nadir Qafarzadə nəvəsi ilə - FOTO
Müğənni Nadir Qafarzadə nəvəsi ilə obyektiv qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi öz adını daşıyan nəvəsi Nadir ilə fotosunu sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Nadir müğənninin oğlu Əzizin övladıdır. Qafarzadənin digər oğlu Loğmanın da bir övladı var
07.10.2026 390 "Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum"
"Bacanaqlar" serialına başlayanda 25 yaşım var idi, bitəndə isə 36 yaşım olmuşdu. Serialı dayandırmağımızın iki səbəbi var idi. Xalq artistləri bizi tənqid edirdi. Texnikamız zəif idi, istədiyimiz keyfiyyəti ortaya qoya bilmirdik. Bir də yorulmuşdum və serialı bağladım. Türkiyədə filmə çəkilənd
03.10.2026 253 Tanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü
Məşhur İsrailli aktyor Qi Kapulnik ABŞ-də aviaqəzada həlak olub. -ın xəbərinə görə, bu barədə "Need To Know" nəşri məlumat verib. Məlumata görə, "Aeronca Champion" təyyarəsinin sükanı arxasında 46 yaşlı Qi Kapulnikin özü olub. O, bu təyyarədən pilot təlimi üçün istifadə edirmiş. Aktyo
03.10.2026 233