Deputat: "Azərbaycanla Ermənistan arasında sülh üçün tarixi şans yaranıb"

Deputat: "Azərbaycanla Ermənistan arasında sülh üçün tarixi şans yaranıb""Azərbaycan və Ermənistan arasında Bakının təşəbbüsləri ilə başlamış sülh prosesinin sərhədlərin delimitasiya və demarkasiyasında əldə olunan ilkin uğurlar, o cümlədən sülh müqaviləsinin şərtlərinin razılaşdırılması fonunda özünün məntiqi və uğurlu sonluğuna yaxınlaşması üçün tarixi şans yaranıb".

Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

O, qeyd edib ki, Azərbaycan tərəfi haqlı olaraq sülh müqaviləsinin dayanıqlı olması üçün onun hüquqauyğunluğunun təmin edilməsini, yəni mövcud müqavilənin şərtləri ilə ziddiyyət təşkil edən konstitusiya və digər qanunvericilik müddəalarının aradan qaldırılmasının tərəfdarıdır:

"Rəsmi Bakı hesab edir ki, Ermənistan Azərbaycanın hərbi-siyasi qələbələri ilə yaranmış və beynəlxalq hüququn aliliyinində ehtiva olunan mövcud status-kvonu tanımalı, münaqişənin başa çatması reallığı ilə barışmalıdır. Bunun üçün isə şifahi bəyanatların heç bir önəmi yoxdur və Ermənistan bir zamanlar münaqişənin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun buraxılmasına dair konkret mövqe ifadə etməklə cari status-kvonu qəbul etdiyini göstərə bilər. Onsuz da, sirr deyil ki, ATƏT-in Minsk qrupu heç bir funksionallığa malik olmayan ölü bir institutdur. Üstəlik bu struktur fəaliyyəti dövründə nəinki hər hansı irəliləyişə nail olmaq, əksinə işğal və təcavüzdə ehtiva olunan münaqişənin davamlılığında maraqlı tərəf kimi çıxış etmiş, sülh prosesini inhisara almaqla real səmərə verə biləcək amil və addımları nizamlama prosesindən kənar saxlamışdı. Bu mənada, yarandığı gündən heç bir formada etimad təlqin etməyən bir strukturun 5 il öncə mandatının əsasında dayanan problemin həlli fonunda formal olaraq "mövcudiyyətini qorumağa çalışması" Ermənistana heç nə vəd edə bilməz.
Deputat: "Azərbaycanla Ermənistan arasında sülh üçün tarixi şans yaranıb"Digər tərəfdən, Ermənistan dövləti özünün təcavüzkar mahiyyətli milli ideoloji hədəflərindən imtina etməsə də və erməni cəmiyyəti revanşist əhvaldan geri çəkilməsə də, gedişat göstərir ki, qərb qonşumuz artıq Azərbaycanın geri dönüşü olmayan bir geosiyasi konfiqurasiya yaratdığının və Ermənistanın sülhə əngəl kimi çıxış etdikcə dalan və qeyri-suveren dövlət statusunun dərinləşdiyinin fərqindədir. Üstəlik davamlı şəkildə Ermənistanı münaqişənin həllindən yayındıran qüvvələrin heç birinin regionda nə Azərbaycan qarşısında şansı yoxdur, nə də Ermənistana hər hansı fayda vəd edə bilməz. Bu mənada, ötən dövr ərzində əldə olunan müsbət meyillərə əsaslanaraq Ermənistanın süni əngəlləri və kənar müdaxilələri bir kənara qoyub sülhə doğru addımlaması bu ölkə üçün yeganə nicat yoludur. Qısa müddət öncə Əbu-Dabidə də ifadə olunan iradəyə əsaslanaraq demək olar ki, Ermənistan kənar təsirlərdən azad düşünəcək qətiyyət tapa bilsə, sülh müqaviləsinin imzalanması tam realdır və bu mənada, bölgəyə artıq daha praqmatik baxışa malik olan və Demokratlar iqtidarından fərqli olaraq regionda maraqlarını münaqişədə yox, sülh və sabitlik şəraitində əməkdaşlıqda görən Tramp administrasiyasının cəhdləri dayanıqlı sülh üçün yaxşı şansa çevrilə bilər. Ermənistan üzərində digər dövlətlərin də təsir imkanlarını, o cümlədən bu ölkə daxilində qeyri-stabil durumu nəzərə alaraq proqnozlaşdırmaq, təbii ki, asan deyil, lakin ümid etmək olar ki, Vaşinqton görüşü reallaşacağı təqdirdə sülh istiqamətində ciddi və hətta həlledici addımlara nail olmaq mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 961   Tarix: 08 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Astronomiyada sıçrayış: Günəş sisteminin 9-cu planetinin ilk izləri aşkar edildi

Alimlər Doqquzuncu planetin axtarışında, görünür, mühüm irəliləyiş əldə ediblər. Onlar parlaqlığı və yavaş hərəkəti Yerdən və Günəşdən belə uzaqlıqda yerləşən kosmik cisim üçün gözlənilən göstəricilərə tam uyğun gələn zəif bir obyekt aşkar ediblər. Qaynarinfo "Wion"a istinadən xəbər verir ki

09.10.2026 130
.

Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?

Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil

09.10.2026 133
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

09.10.2026 180
.

Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilib - Foto

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Görüşlə bağlı videonu Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

09.10.2026 276
.

Qarabaşaq yarmasını tez-tez yemək üçün 5 mühüm SƏBƏB

Qarabaşaq sıyığı uzun illərdir bir çox insanın gündəlik qidalanmasının ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsulun qida dəyəri yalnız toxluq hissi yaratması ilə məhdudlaşmır. xarici mediaya istinadən qarabaşaq yeməyin 5 faydalı xüsusiyyətini təqdim edir. 1. Qarabaşaq orqanizmi qida lifləri ilə təmi

09.10.2026 232
.

Qarşılıqlı hörmətə əsaslanan münasibətlər

"Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

09.10.2026 172
.

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Kövrəldi

"Məşhurluq xəyal etdiyim qədər gözəl deyil. Məni küçədə tanıyanda deyirəm ki, səhv salmısınız, o deyiləm. Adi insanlardan fərqim yoxdur. Heç bir işimi bəyənmirəm. Mən də belə biriyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Füzuli Hüseynov "İncə səhər" proqramında deyib

09.10.2026 206
.

Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu

Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus

09.10.2026 139
.

Əziz Əlibəyli: Orta məktəblərə sosial ədalət tətbiq edilir

Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin

09.10.2026 262
.