İranın müdafiə naziri: "Bir neçə ölkədə silah zavodları qurmuşuq"
İran bir neçə ölkədə müdafiə sənayesi üçün infrastruktur və silah zavodları tikib. Gözləntilərə görə, bu obyektlərin yaxın gələcəkdə rəsmi açılışı baş tutacaq.
Oxu.Az newsru.co.il-ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının müdafiə naziri Əziz Nasirzadə danışıb.
Nazir bildirib ki, bu məlumat hələ dərc edilməyib və raketlərin hazırlanması hələ də əsas istiqamət olaraq qalır, lakin İsraillə müharibədən sonra prioritetlərin dəyişə biləcəyi istisna edilmir.
Qeyd edək ki, təxminən bir ay əvvəl İran Prezidenti Məsud Pezeşkian İsraillə əldə edilmiş atəşkəs barədə nikbin olmadığını ifadə edib. O, İsrailin 12 günlük müharibədə itkilərini gizlətdiyinə əmin olduğunu vurğulayıb:
"İranın nüvə sənayesinin məhv edildiyini iddia edənlər xəyallar aləmində yaşayırlar. Əgər lazım olarsa, biz yenidən İsrail ərazisinin dərinliklərinə zərbələr endirməyə hazırıq. Biz müharibə istəmirik, lakin atəşkəsə güvənmirik və özümüzü müdafiə etməyə hazır olacağıq. Biz hər hansı mümkün ssenariyə hazırıq. İsrail bizə ziyan vurdu, lakin biz də ona ziyan vurduq. İsrail zərbələri güclü idi, amma bizim ona endirdiyimiz zərbələr də güclü idi".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 760 Tarix: 23 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah leysan yağacaq
Oktyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricə
09.10.2026 184 "Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Kövrəldi
"Məşhurluq xəyal etdiyim qədər gözəl deyil. Məni küçədə tanıyanda deyirəm ki, səhv salmısınız, o deyiləm. Adi insanlardan fərqim yoxdur. Heç bir işimi bəyənmirəm. Mən də belə biriyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Füzuli Hüseynov "İncə səhər" proqramında deyib
09.10.2026 1 Azərbaycanın MDB məkanında yüksək nüfuzunu nümayiş etdirən sammit
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının ilk ongünlüyündə ard-arda bir neçə beynəlxalq tədbirdə iştirakı, bir tərəfdən Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü, digər tərəfdən isə ölkə rəhbərinin yorulmaz siyasi fəaliyətinin və tükənməz enerjisini
09.10.2026 141 İlham Əliyev Azərbaycanın 2028-ci ildə MDB-yə sədrlik etməyə hazır olduğunu bildirib
"Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya ölkələrinə, xüsusilə regionun türkdilli dövlətlərinə ardıcıl səfərləri, eləcə də həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri qarşılıqlı əlaqələrin genişlənməsinə, dərinləşməsinə və strateji xarakter almasına mühüm töhfə verir
09.10.2026 154 Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Xəzər bağlantısı daha da güclənir
"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri həm Azərbaycan-Türkmənistan münasibətləri, həm də Azərbaycan ilə Mərkəzi Asiya arasında formalaşan yeni regional əməkdaşlıq baxımından əhəmiyyətlidir. Dövlət başçısının Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin 8-ci Məşvərət görüşündə iştirak
09.10.2026 216 Təhsildə dünyəviliyi qorumaq dövlətçilik prinsipinin əsas şərtlərindən biridir
"Təhsil hər bir dövlətin gələcəyini müəyyənləşdirən əsas sahələrdən biridir. Bu baxımdan məktəblərdə dünyəvilik prinsipinin qorunması, vahid təhsil standartlarının tətbiqi və bütün şagirdlər üçün bərabər imkanların yaradılması mühüm əhəmiyyət daşıyır. Azərbaycan dünyəvi dövlət kimi təhsil sistemind
09.10.2026 168 Bu kurort payızın ən məşhur istirahət məkanına çevrilib
Avropanın müxtəlif ölkələrindən turistlər Baltik dənizi sahillərinə istirahətə üz tuturlar. Bu il xarici turizm istiqamətləri arasında Praqa, Budapeşt və Vilnüs xüsusi populyarlıq qazanıb. Lakin bəzi turistlər Avropa paytaxtlarına qısamüddətli səyahətlər əvəzinə Polşanın dənizkənarı kurortlarında klassi
09.10.2026 1 Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır
"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind
09.10.2026 146 Dostluğun təntənəsi
"Prezident İlham Əliyev oktyabrın 9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Dövlətimizin başçısının iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanı
09.10.2026 152