Türkiyənin 30 illik proyeksiya çərçivəsində Zəngəzur dəhlizindən proqnozlaşdırdığı gəlir açıqlanıb
Türkiyənin 30 illik proyeksiya çərçivəsində Zəngəzur dəhlizindən proqnozlaşdırdığı gəlirin həcmi açıqlanıb.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İğdırda jurnalistlərə açıqlamasında danışıb.
O vurğulayıb ki, Türkiyə Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttini tikib tamamladıqdan sonra buraya yatırılan sərmayəni müəyyən müddət ərzində geri qazanacaq.
Zəngəzur dəhlizinin bölgə üçün həyati əhəmiyyətini vurğulayan Uraloğlu bu marşrutun Orta Dəhlizi dəstəkləyəcəyini bildirib:
"Orta Dəhlizlə birlikdə dəmiryolu ilə həyata keçiriləcək ticarət dəniz nəqliyyatı ilə müqayisədə ciddi vaxt qənaətini təmin edəcək. Nəticə etibarilə, bütün mümkün alternativlərə hazır olmaq vacibdir. Bunu yalnız yükdaşıma imkanı deyil, eyni zamanda, strateji sərmayə kimi qiymətləndiririk".
Nazir qeyd edib ki, Zəngəzur dəhlizi türk dövlətlərinə və Uzaq Şərqə çıxış üçün ən qısa yol olacaq:
"Zəngəzur dəhlizi ilə ildə 15 milyon ton yükdaşıma həyata keçiriləcək. Bu dəhliz vasitəsilə 30 illik proqnozda 135 milyard lirə əməliyyat gəliri, 3 milyard lirə qəza azaldılması, 2,1 milyard lirə iqlimə təsirin azaldılması, 3,5 milyard lirə vaxt qənaəti və 4 milyard lirə avtomobil yolu təmiri qazancı əldə edəcəyik. Beləliklə, Zəngəzur Dəhlizindən 30 illik proqnozla 147,6 milyard lirə (6,12 milyard manat-red.) gəlir əldə edəcəyimizi hesablamışıq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 706 Tarix: 24 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇin Ayda naqilsiz enerji ötürməyi təklif edir - Yeni texnologiya
Çin alimləri Ayda elektrik enerjisinin naqillərdən istifadə olunmadan ötürülməsini mümkün edə biləcək yeni konsepsiya hazırlayıblar. Bu yanaşmanın gələcəkdə Ayın cənub qütbündə aparılacaq elmi tədqiqat missiyalarının enerji təminatını xeyli asanlaşdıra biləcəyi bildirilir. Qaynarinfo xəbər verir ki
13.07.2026 129 Pensiyalar sabah ödəniləcək
İyulun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxsləri
13.07.2026 255 İordaniya İran raketlərini vurduğunu bildirir
İordaniyanın dövlət xəbər agentliyi bildirib ki, ordu İrandan hava məkanına daxil olan dörd raketi ələ keçirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, İranın hücumu nəticəsində heç bir xəsarət alan və ya maddi ziyan dəymədiyi bildirilib. İran daha əvvəl bildirib ki, hücumları İordaniya daxilindək
13.07.2026 193 AB və Böyük Britaniya kiberhücumlara görə Rusiyaya birgə sanksiyalar tətbiq etdilər
Avropa Birliyi və Böyük Britaniya, Moskvanın FSB kəşfiyyat agentliyini son zamanlar zərərli fəaliyyətlərdə ittiham edərək, Avropadakı kiberhücumlara görə Rusiyanı hədəfə alan koordinasiyalı sanksiyalar tətbiq edib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Brüssel doqquz şəxsə və dörd qurum
13.07.2026 212 Qabları paltaryuyan tozla yumaq olar?
Qab yuyan maye bitəndə bəzi insanlar müvəqqəti çıxış yolu kimi paltaryuyucu tozu və ya yuyucu geli istifadə etməyi düşünür. İlk baxışdan hər iki məhsulun təmizləyici xüsusiyyətə malik olması bunu məntiqli göstərsə də, mütəxəssislər bunun sağlamlıq üçün risk yarada biləcəyini bildirirlər. xarici mediay
13.07.2026 185 İmtahanda telefon qalmaqalları: Gəncləri bu addıma nə vadar edir?
"İmtahan qaydalarının getdikcə sərtləşdiyi, hər bir iştirakçının ciddi nəzarətdən keçirildiyi bir dövrdə bəzi abituriyentlərin hələ də telefon və ya digər qadağan olunmuş vasitələrlə imtahana daxil olmağa cəhd etməsi ilk baxışdan anlaşılmaz görünür. Axı hər bir iştirakçı bilir ki, üzərində telefo
13.07.2026 229 "Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq"
"Türkiyə və Azərbaycan əhalisi dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki ölkədir. Əməkdaşlığın səviyyəsinə, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında olan münasibətlərə nəzər salın". "Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliye
13.07.2026 215 Moskva üzərinə dronlar buraxan gizli batalyon
"Kairos" döyüşçüləri müharibəni Rusiya üçün çox baha başa gətirmək niyyətində olduqlarını bildiriblər. Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirən 414-cü xüsusi briqadanın "Madyar quşları" "Kairos" batalyonu Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz sistemlər qüvvələrind
13.07.2026 191 İsrailin qərarı niyə dəyişdi? Azərbaycanın rolu diqqət mərkəzində
İsrail hökuməti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı rəsmi prosedurları dondurub. Məlum olduğu kimi, iyunun 28-də İsrail hökuməti xarici işlər naziri Gideon Saarın təşəbbüsünü dəstəkləyərək Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasında baş vermiş hadisələrin "ermən
13.07.2026 310