Qeydiyyatdan çıxarıldı, pensiyası kəsildi - Səbəb nədir? (TƏFƏRRÜAT)
74 yaşlı Naibə Hüseynovanın əlilliyə görə aldığı pensiyası 2 aydır dayandırılıb.
Naibə Hüseynovanın qızı Ruhiyyə İsmayılova deyir ki, evləri satıldıqdan sonra qeydiyyatdan çıxarıldığı üçün anasının pensiyası kəsilib.
Ruhiyyə İsmayılovanın sözlərinə görə, onlar əslən Göyçay rayonundandırlar. Bu ilin yanvar ayına kimi də orada yaşayıblar. Anasının müalicəsi üçün Bakıya gəldiyini bildirən Ruhiyyə İsmayılova deyir ki, iki aydır yataq xəstəsi olan anası pensiya ala bilmir. Ailə Bakıda kirayə yaşayır.
Onun sözlərinə görə, hazırda ailə çarəsiz durumdadır. Çünki qeydiyyata düşmək üçün yaşayış ünvanı olmadığından pensiya bərpa olunmur.
Dövlət Sosial Müdafiə Fondundan bildirlib ki, Hüseynova Naibə Fətulla qızının əlilliyə görə pensiyası şəxsiyyət vəsiqəsi deaktiv olduğu üçün iyul ayından elektron sistem tərəfindən avtomatik olaraq dayandırılıb. Şəxsiyyət vəsiqəsi aktivləşdirildikdən sonra rəsmi qaydada Dövlət Sosial Müdafiə Fondunun rayon filialına və ya ərazi üzrə xidmət göstərən DOST Mərkəzinə müraciət etməsi tövsiyə olunur.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsindən isə bildirilib ki, Göyçay rayon sakini Hüseynova Naibə Fətulla qızına 18.06.2012-ci il tarixdən II dərəcə müddətsiz əlillik dərəcəsi təyin edilib. Vətəndaşın hazırda aktiv əlillik statusu mövcuddur, əlillik dərəcəsi qüvvədədir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan isə bildirilib ki, Göyçay rayon sakini Naibə Hüseynova yaşadığı ünvandan qeydiyyatdan çıxarıldığına görə, onun şəxsiyyət vəsiqəsi deaktiv edilib. Mövcud qanunvericiliyə əsasən, şəxsiyyət vəsiqəsinin etibarlı hesab olunması üçün vətəndaşın yaşayış yeri üzrə daimi qeydiyyatda olması zəruridir. Yeni şəxsiyyət vəsiqəsi əldə etmək üçün vətəndaş hüquqi əsaslı özünə məxsus olan mənzildə və ya mülkiyyətçinin razılığı əsasında hər hansı digər mənzildə qeydiyyata düşərək ərazi polis orqanına müraciət edə bilər. Bundan sonra vətəndaşın yeni nəsil şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün yaşadığı ünvanda səyyar xidmət göstəriləcək.//Xəzər TV
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2882 Tarix: 26 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQarşılıqlı hörmətə əsaslanan münasibətlər
"Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı
15:38 153 Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilib - Foto
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Görüşlə bağlı videonu Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb
14:43 236 630 minlik Lamborghini ilə bulvarda təhlükəli şou: "Hacı Həsənli" drift etdi - qaydalar yenə kənarda qaldı!
Bakının Səbail rayonunda, Dənizkənarı Bulvar ərazisində "Lamborghini Urus" markalı avtomobillə təhlükəli manevrlər etdiyi bildirilən sürücü Hacı Həsənli Ramiz oğlu barəsində başlanmış inzibati işə xitam verilib. xəbər verir ki, bu barədə -ın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Hadis
17:20 185 Fərqli inanclar insanları ayırmır: Azərbaycanda tolerantlıq ənənəsi
Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanlar birgə yaşayırlar. Bəs görəsən, bu münasibətləri möhkəmləndirən əsas amillər hansılardır? Azərbaycanda dini tolerantlığın qorunmasında din xadimlərinin rolu nədir? İnsan öz dini inancına sadiq qalmaqla başqa dinə mənsub və ya heç bir dinə inanmaya
19:30 1 Məktəblərdə geyim formalarına dair - Monitorinqlərə başlanılır
Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbl
17:06 172 Təhsildə dünyəvilik və geyim qaydaları: Müasir yanaşma
Təhsil müəssisələrində dünyəvilik prinsipinin qorunması və vahid geyim qaydalarının tətbiqi bəzən eyni mövzu çərçivəsində müzakirə edilir. Lakin bu iki anlayışın məqsədləri fərqlidir. Dünyəvilik tədrisin elmi əsaslarla aparılmasını və dövlət təhsilinin dini baxımdan neytral olmasını nəzərdə tutur. Məktəbl
17:56 139 Dostluğun təntənəsi
"Prezident İlham Əliyev oktyabrın 9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Dövlətimizin başçısının iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanı
15:59 152 Məktəbli geyimində vahidlik və nizam-intizam
Məktəbli forması təhsil müəssisələrində ümumi qayda-qanunun qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim tərzinin tətbiqi uşaqlar arasında geyimə görə fərqlərin qabardılmasının qarşısını almağa, kollektiv ruhunun güclənməsinə və məktəb mühitində səliqənin qorunmasına yardım edir. Gündəli
18:01 123 Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb
İndiyədək Azərbaycanda 116.908 ədəd yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb. Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına v
20:15 0