Abşeronda bir ev 5 nəfərə satılıb? - Video

Abşeronda bir ev 5 nəfərə satılıb? - VideoAbşeronda bir evin bir neçə şəxsə satıldığı iddia olunur.

"Qafqazinfo" "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, rayonun Hökməli qəsəbəsinin "At Yalı" yaşayış massivində sakinlərin ev alqı-satqısı ilə məşğul olan şəxs tərəfindən saxta sənədlərlə aldadıldığı bildirilir.

Zərərçəkmiş Hicran Heybətova deyib ki, evin qohumu Əfqan Məmmədovun adına rəsmiləşdirilməsi şərti ilə mənzil üçün pul ödəyib.

Onun sözlərinə görə, evi aldıqdan sonra içərisinə bəzi əşyalar yerləşdirib və təmir işlərinə başlayıb. Lakin sonradan həmin mənzilin həqiqi sahibi ortaya çıxaraq onları evə buraxmayıb. Məlum olub ki, Əfqan Məmmədovun adına verilən sənəd saxtadır:

"Ev axtarırdıq. Zaur İsayevə yaxınlaşdıq, "məndə ev var" dedi. Burada sənədsiz evlər çox idi. Mənə də demişdilər ki, 5-8 minə evlər var. Amma mən evi sənəd üzərində aldım. Bu sənəd də saxta çıxdı".

İddialara görə, mənzili evlərin alqı-satqısı ilə məşğul olan Zaur İsayev adlı şəxs yalnız Əfqan Məmmədova deyil, daha dörd nəfərə də satıb.

İddialarla bağlı qarşı tərəfin, yəni Zaur İsayevin mövqeyini öyrənmək üçün onun ofisinə üz tutduqda isə o, çəkiliş aparıldığını görən kimi ərazidən uzaqlaşıb və heç bir açıqlama verməyib.

Qeyd edək ki, hazırda zərərçəkmişlərin şikayəti əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Daha ətraflı videomaterialda:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 984   Tarix: 28 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda maşında meyit tapıldı

Bakıda maşından meyit tapılıb. xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 45 yaşlı Yuriy Georciyeviç Fyodorovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Cəmənzəminli küçəsində özünə məxsus "Toyota" markalı avtomobilində aşkar edilib

13.07.2026 234
.

Sabah 39 dərəcə isti olacaq

İyulun 14-də gözlənilən hava proqnozu açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündü

13.07.2026 273
.

"Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq"

"Türkiyə və Azərbaycan əhalisi dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki ölkədir. Əməkdaşlığın səviyyəsinə, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında olan münasibətlərə nəzər salın". "Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliye

13.07.2026 215
.

Lombard girov qoyulan əşyanı qaytarmırsa, nə etmək lazımdır?

"Lombarda girov qoyduğu əşyanı geri ala bilməyən şəxs ilk növbədə həmin ərazi üzrə polis orqanına müraciət edərək şikayət etməlidir". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Ayxan Mollayev bildirib. O, qeyd edib ki, şikayət əsasında aparılan araşdırma zamanı vətəndaşın hüquqlarını

13.07.2026 302
.

2 yaşlı qız binadan yıxılıb sağ qaldı

Nərimanov rayonunda iki yaşlı qız üçüncü mərtəbədən yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Ə.Orucəliyev küçəsində baş verib. 2024-cü il təvəllüdlü A.Rəhimli eyvandan yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş azyaşlının vəziyyəti ağırdır

13.07.2026 260
.

Metropoliten milyonlarla manat dotasiya alır, sərnişinlər isə kondisionersiz qatarlarda əziyyət çəkir - ARAŞDIRMA - RƏSMİ AÇIQLAMA

Bakı Metropoliteni hər il dövlət büdcəsindən təxminən 30-40 milyon manat dotasiya aldığı halda, sərnişinlər hələ də yay aylarında dözülməz istilə üz-üzə qalırlar. Xüsusilə İçərişəhər istiqamətində hərəkət edən köhnə qatarların heç birində kondisioner sistemi yoxdur və insanlar havasız vaqonlarda yo

13.07.2026 458
.

Arvadını naqillə boğub öldürən şəxslə bağlı YENİ QƏRAR

Bakıda həyat yoldaşını uşaqlarının gözü qarşısında boğaraq öldürən Ziyəddin Quliyevin apelyasiya şikayətinə baxılıb. -ın verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmin Əliyevin sədrliyi ilə keçirilən prosesdə onun barəsində yekun qərar qəbul edilib. Qərara əsasən, birinci instansiy

13.07.2026 211
.

"Zəngəzur dəhlizi vacib layihədir"

"Onlar (ABŞ rəhbərliyi - red.) dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir, çünki bu, Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirəcək". "Qafqazinfo" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib. "Onlar çox səmərəl

13.07.2026 210
.

Rəqəmsal manat Azərbaycana nə vaxt gələcək? - İQTİSADÇIDAN AÇIQLAMA

Nağdsız ödənişlərin sürətlə artdığı, maliyyə xidmətlərinin rəqəmsallaşdığı bir dövrdə dünyanın bir çox ölkəsi mərkəzi bankların rəqəmsal valyutalarının (CBDC) tətbiqi istiqamətində addımlar atır. Azərbaycan da bu prosesdən kənarda qalmır. Son illərdə rəqəmsal manat konsepsiyası üzərində araşdırmala

13.07.2026 244
.

TOP MP3