Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq

Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaqSentyabrın 15-də təxminən 2,2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayacaq.

Elm və Təhsil Nazirliyindən Milli.Az-a bildirilib ki, 2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir.

Qeyd edilib ki, onlardan təxminən 130 mindən çoxu birinci sinif, 160 mini IX sinif, 117 mini isə XI sinifdə təhsil alacaq.

"Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.

Bu tədris ilində məktəbəqədər təhsilin 226 min uşağı əhatə edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, 2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunacaq.

Məqsəd şagirdlərdə Azərbaycan Respublikasının Konstitusiyasına, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət hissinin gücləndirilməsi, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda xalqımızın qət etdiyi tarixi yol haqqında şagirdlərin biliklərinin artırılmasıdır. Eyni zamanda, dövlət rəmzlərinə, azərbaycançılıq ideologiyasına və milli-mənəvi dəyərlərə sadiqliyin möhkəmləndirilməsi də əsas məqsədlər sırasındadır", - nazirlikdən vurğulanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 669   Tarix: 13 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Universitet bufetlərində bahalıq - Tələbələrin hesabına qazanc

Son zamanlar universitet bufetlərində satılan qidaların qiyməti və keyfiyyəti tələbələr arasında ciddi narazılığa səbəb olur. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı videolar paylaşılır, tələbələr qarşılaşdıqları problemləri ictimailəşdirirlər. Onlar bildirirlər ki, bəzi universitetlərin bufetlərind

24.11.2026 436
.

Kobra Murat oğluna qız istəməyə getdi: Gələcək gəlininə "Mənim şahzadəm" dedi

Türkiyəli məşhur müğənni Kobra Murad oğluna elçiliyə gedib. Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni oğlu Yiğithan Divandilerin Melisa Karaboyacı ilə ailə qurmağa hazırlaşdığını açıqlayıb. Sənətçi elçilik mərasimindən görüntüləri "Instagram" hesabında izləyiciləri ilə bölüşüb. Əlind

24.11.2026 532
.

Kəlbəcər: tarixi Zəfərdən böyük quruculuğa uzanan yol

Azərbaycan tarixində elə günlər var ki, onların siyasi, mənəvi və tarixi əhəmiyyəti zaman keçdikcə daha da artır. 25 noyabr - Kəlbəcər Şəhəri Günü də bu baxımdan xalqımızın yaddaşında xüsusi yer tutur. Bu tarix yalnız Kəlbəcərin işğaldan azad olunmasının ildönümü deyil, həm də Azərbaycanın dövlətçili

13:12 185
.

İmzaladığı 50-yə yaxın Fərman - Ləğv olundu

Naxçıvanda Vasif Talıbovun Ali Məclisin sədri olduğu dövrdə imzaladığı 47 fərman ləğv edilib. APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bir sıra fərmanlarının ləğv edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Baş nazir

12:59 200
.

ABŞ "Nvidia" şirkətindən səhm payı ala bilər

ABŞ hökuməti texnologiya şirkəti "Nvidia"da pay sahibi ola bilər. ABŞ Prezidenti Donald Tramp bu ehtimalı irəli sürüb. xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb. Tramp "Nvidia"nın süni intellekt (Sİ) sahəsindəki texnoloji inkişaflarının ABŞ üçün əhəmiyyətin

11:02 187
.

Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü - 652 bal toplamışdı...

Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb. -a istinadən xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbəsi olan Həsən Əlili binanın 5-ci mərtəbəsinin eyvanından yıxılaraq həyatını itirib. Mərhumun əslən Tovuz rayonundan olduğu bildirilir. O, ali məktəbə qəbul imtahanlarında yüksək nətic

16:47 158
.

Hər gün çips yeyənlərə XƏBƏRDARLIQ

Kartof çipsləri sağlamlıq üçün düşünüldüyündən daha ciddi risklər yarada bilər. Bu məşhur qəlyanaltı yüksək duz və yağ tərkibi ilə yanaşı, diş çürüməsi riskini artıra və potensial kanserogen təsiri araşdırılan akrilamid adlı maddənin mənbəyi ola bilər. xəbər verir ki, dietoloqlar çipslərin tez-tez istehlakını

24.11.2026 340
.

Paşinyan: "Rumıniya Aİ-yə açılan qapıdır"

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rumıniya Prezidenti Nikuşor Dan Buxarestdə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıblar. xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb. "Rumıniya təkcə çox vacib yeni bazar deyil, həm də limanları sayəsində Avropa İttifaqına açıla

10:38 182
.

Paşinyan Aİ ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə akkreditə olunmuş Avropa İttifaqına (Aİ) üzv dövlətlərin səfirləri ilə görüş keçirib. xəbər verir ki, bu barədə məlumat yayıb. Görüşdə Ermənistan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər əməkdaşlıq gündəliyini, o cümlədən viz

10:34 183
.