Silahın sükutu: evlərdə gizlənən təhlükə və cəmiyyətin gələcəyi
"Son zamanlarda mətbuatda və sosial şəbəkələrdə odlu və soyuq silahdan istifadə olunmaqla törədilən qətl və ağır cinayətlər haqqında çoxsaylı xəbərlər görürük. Bu tendensiya cəmiyyətdə narahatlıq yaradır və məsələni ciddi şəkildə araşdırmağı tələb edir".
Bunu BiG.AZ-a açıqlamasında vəkil Ruslan Mustafayev bildirib.
O, qeyd edib ki, odlu silahla törədilən cinayətlərin sayı xüsusilə artıb və bu, silahın vətəndaşlar arasında daha geniş yayılması ilə sıx bağlıdır. Əvvəllər belə hadisələrin sayı indiki dövrə nisbətən xeyli az idi. Mənim fikrimcə, odlu silahın geniş yayılmasının əsas səbəblərindən biri 44 günlük müharibə zamanı bəzi şəxslərin silahları qanunsuz şəkildə saxlamasıdır. Eyni zamanda, düşməndən qənimət kimi ələ keçirilən silahların gizlədilməsi və sonradan əldən-ələ keçmə ehtimalı da real problemdir:
"Odlu silah olduğu zaman ondan istifadə olunması ehtimalı da yüksək olur. Xoşbəxtlikdən, hüquq-mühafizə orqanları bu istiqamətdə aktiv tədbirlər həyata keçirir — üzərində və ya evində odlu silah gəzdirməklə bağlı bir sıra şəxslər saxlanılıb və qanunvericilik tələblərinə uyğun tədbirlər görülüb. Bu cür əməliyyatlar davamlı aparılsa, odlu silahla bağlı cinayətlərin sayı azalacaq.
Bununla yanaşı, odlu silahla yanaşı soyuq silahdan istifadə ilə bağlı hadisələr də geniş yayılıb. Bu problemin kökündə duran sosial və hüquqi amillər — silahın asan əlçatan olması, maarifləndirmənin çatışmazlığı və münaqişə sonrası psixoloji travmalar — diqqətlə araşdırılmalıdır.
Maarifləndirmə işləri həyati vacibdir: vətəndaşlar arasında silahın təhlükəsi, qanuni məsuliyyət və təhlükəsizlik qaydaları barədə geniş ictimai təbliğat aparılmalıdır. Hüquq müdafiəçisi kimi iştirak etdiyimiz cinayət işlərində də görürük ki, hadisələrin mənbəyi tam araşdırılmalı, törədənlər yanında həm də cəmiyyətin məlumatlandırılması və reabilitasiya yolları nəzərdən keçirilməlidir.
Nəticə etibarilə, odlu və soyuq silahdan törədilən cinayətlərin qarşısının alınması üçün hüquq-mühafizə tədbirləri ilə yanaşı, davamlı maarifləndirmə, psixoloji dəstək proqramları və silahların qanunsuz dövriyyəsinə qarşı sistemli əməliyyatlar zəruridir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 695 Tarix: 15 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678