Bənövşəyi dünya hipotezi: Yer planeti bir zamanlar mor rəngdə olubmu?

Bənövşəyi dünya hipotezi: Yer planeti bir zamanlar mor rəngdə olubmu?Kosmosdan baxıldığında parlaq mavi bir daş kimi görünən Yer kürəsi ilk dövrlərində tamamilə fərqli bir rəngdə olmuş ola bilər. Yaşıl bitkilər və mavi okeanların üstünlük təşkil etdiyi bu günkü mənzərədən çox əvvəl, erkən Yerə yumşaq bənövşəyi çalarların hakim olduğu düşünülür.

Qaynarinfo xəbər verir ki, bu maraqlı nəzəriyyə elm aləmində "Bənövşəyi dünya hipotezi" adlanır. Fikir, Merilend Universitetindən molekulyar bioloq professor Şiladitya DasSarma və Kaliforniya Universitetindən astrobioloq doktor Edvard Şvitermanın birgə araşdırmasına əsaslanır. Onların qənaətinə görə, Yer kürəsindəki ilk fotosintetik həyat formaları yaşıl deyil, bənövşəyi rəngdə olub. Əgər bu fərziyyə doğrudursa, o zaman ilkin okeanlar bənövşəyi mikroorqanizmlərlə dolu idi və planetə lavanda rəngində yumşaq bir parlaqlıq verirdi.

Yaşıl işığın sirri: Niyə ən enerjili rəng əks olunur?

Bu gün fotosintez edən canlıların əksəriyyəti – istər Amazon meşələrindəki bitkilər, istər okeanlardakı sianobakteriyalar – yaşıl rənglərini klorofil adlı piqmentdən alır. Klorofil görünən işıq spektrinin demək olar ki, bütün rənglərini udur və enerjiyə çevirir, yalnız yaşıl işığı istisna edir.

Alimləri düşündürən sual budur: günəş spektrindəki ən enerjili dalğa uzunluqlarından biri yaşıl olduğu halda, niyə canlılar məhz bu işığı istifadə etmək əvəzinə onu əks etdirməyə təkamül keçiriblər?

"Bənövşəyi dünya hipotezi" bu sualın cavabını verməyə çalışır. Hipotezə görə, atmosferin hələ oksigenlə zəngin olmadığı erkən dövrlərdə okeanlarda yaşayan mikroorqanizmlər klorofildən fərqli olaraq retinal adlı daha sadə bir piqmentdən istifadə edirdilər.

Retinal, klorofilin əksinə olaraq, yaşıl işığı udur, bənövşəyi işığı isə əks etdirir. Bu piqment bu gün də bəzi mikroblarda, xüsusilə duzlu və az oksigenli mühitlərdə yaşayan Halobakteriyalarda müşahidə olunur. Retinalin kimyəvi cəhətdən daha sadə olması, DasSarma və Şvitermanı onun Yer üzündəki ilk işıq toplayan molekullardan biri ola biləcəyi fikrinə gətirib çıxarıb. Əgər erkən okeanlar bu retinal zəngin mikroorqanizmlərlə dolu idisə, planet kosmosdan baxıldıqda, doğrudan da bənövşəyi rəngdə görünmüş ola bilərdi.

Bənövşəyi dünyadan yaşıl dünyaya keçid

Bəs "bənövşəyi dünya" niyə yoxa çıxdı? Təkamül prosesində canlılar günəş işığından faydalanmağın yeni yollarını tapıblar. Retinal əsaslı mikroorqanizmlər spektrin yaşıl hissəsini ələ keçirdiyindən, digər orqanizmlər sağ qalmaq üçün mavi və qırmızı dalğa uzunluqlarından istifadə etməyə başlayıblar.

Bu mərhələdə klorofil əsaslı fotosintez meydana çıxdı və öz enerjisini fərqli işıq sahələrindən toplayaraq üstünlük qazanıb. Təxminən 2,4 milyard il əvvəl baş vermiş Böyük Oksigenləşmə Hadisəsi zamanı klorofilə sahib sianobakteriyalar planetdə dominant hala gəlib. Onlar yalnız fərqli işıq dalğalarından yararlanmaqla kifayətlənməyiblər, həm də yan məhsul kimi oksigen ifraz edərək Yer atmosferini köklü şəkildə dəyişdirdilər və mürəkkəb həyat formalarının yaranmasına yol açıblar.

Beləliklə, bir vaxtlar bənövşəyi çalarlara bürünmüş Yer, tədricən bu gün tanıdığımız mavi-yaşıl planetə çevrilib.

Kainatda "bənövşəyi planetlər" ola bilərmi?

Retinal əsaslı fotosintez bu gün Yer kürəsində əsas enerji mənbəyi olmasa da, bu hipotez astrobiologiyada yeni düşüncə qapıları açır. Alimlər, başqa yaşanabilir planetlər axtararkən indiyə qədər daha çox klorofil izlərini – yəni yaşıl spektral imzaları – axtarırdılar. Lakin əgər kainatda retinal əsaslı həyat formaları da mövcuddursa, bu planetlər kosmosdan yaşıl deyil, bənövşəyi rəngdə görünə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1100   Tarix: 16 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aqşin Fatehin atasının dəfn mərasimi sabah baş tutacaq

Meyxanaçı Aqşin Fethin atası Səyyad Hacıyev sabah saat 12-də dəfn olunacaq. "Yeni Sabah" xəbər verir ki, dəfn mərasimi Xətai rayonu Cavanşir küçəsi bina 23-də keçiriləcək. Bu barədə meyxanaçı özü məlumat yayıb

07.10.2026 467
.

Tokayev Böyük Britaniyanın baş nazirini Qazaxıstana səfərə dəvət edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Böyük Britaniyanın Baş naziri Endi Börnhemi ölkəyə səfərə dəvət edib. "Report" 24 KZ-yə istinadən xəbər verir ki, bu barədə Tokayev Astanada Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Anas Sarvarla görüşü zamanı bildirib. Tokayev və Sarvar iki ölk

07.10.2026 241
.

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - Foto

Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətini

14:23 78
.

Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün şərtlər irəli sürdü

Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün yeni plan təqdim edib. Üç bənddən ibarət təklif Kiyev tərəfindən əvvəlki təşəbbüslərlə müqayisədə daha əhatəli hesab olunub. xəbər verir ki, planın birinci bəndinə əsasən, tərəflər enerji və digər mühüm infrastruktura hücumları dayandırmalıdır. İkinc

10:48 152
.

Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır

"Yayın başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Ama çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyin

12:19 166
.

"Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik" - Yenilənib

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. "Bu gün ölkəmizdə Mərkəzi Asiy

12:23 125
.

İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gedib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Türkmənistanın baş nazirini

10:10 157
.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

07.10.2026 409
.

Nigar Fərhadın həyat yoldaşı başqa təcridxanaya köçürüldü

"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasında bel

11:40 186
.