Azərbaycan təhsili süni intellektlə necə güclənə bilər?

Azərbaycan təhsili süni intellektlə necə güclənə bilər?"Süni intellektin təhsil sahəsinə tətbiqi texnoloji yenilənmə deyil, təhsil sisteminin düşünmə və idarəetmə tərzinin dəyişməsidir. Burada əsas məqam ondan ibarətdir ki, süni intellekt müəllimin yerini tutmaq üçün yox, müəllim əməyinin səmərəliliyini artırmaq və təhsilin keyfiyyətini yüksəltmək üçün vasitə kimi nəzərdə tutulur. Məhz bu yanaşma olduqda süni intellekt təhsildə risk yox, imkan yaradır. Son illər qlobal səviyyədə aparılan tədqiqatlar göstərir ki, məlumat əsaslı qərarverməyə keçən təhsil sistemləri daha çevik, daha ədalətli və daha nəticəyönümlü olur".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, Süni intellektin tətbiq oluna biləcəyi əsas sahələrdən biri fərdiləşdirilmiş öyrənmədir. Ənənəvi sinif modelində eyni proqram müxtəlif səviyyəli şagirdlərə eyni tempdə təqdim olunur və bu, istər zəif, istərsə də yüksək nəticə göstərən şagirdlər üçün effektiv olmur. OECD-nin hesabatlarına əsasən sinif daxilində səviyyə fərqi olan mühitlərdə müəllimin hər şagirdə fərdi yanaşması praktik olaraq mümkün deyil. Süni intellekt burada şagirdin səhvlərini, öyrənmə sürətini və təkrar ehtiyaclarını analiz edərək adaptiv tapşırıqlar təqdim edir. Beynəlxalq statistikaya görə adaptiv öyrənmə platformalarından istifadə edən məktəblərdə riyaziyyat və oxu bacarıqları üzrə nəticələr orta hesabla 10-15 faiz yüksəlir. Azərbaycan reallığında bu mexanizm xüsusilə böyük siniflərdə tədrisin keyfiyyətinə ciddi müsbət təsir göstərə bilər:

"Digər mühüm istiqamət müəllim əməyinin yüngülləşdirilməsidir. Hal-hazırda müəllimlər iş vaxtının əhəmiyyətli hissəsini dərs planlarının hazırlanmasına, fərdi tapşırıqların yazılmasına, qiymətləndirmə cədvəllərinin doldurulmasına və hesabatlara sərf edir. Avropa Komissiyasının məlumatlarına görə müəllimlərin iş vaxtının təxminən 35-40 faizi inzibati və texniki işlərə gedir. Süni intellekt bu işlərin böyük hissəsini avtomatlaşdıra bildikdə müəllim real pedaqoji fəaliyyətə - şagirdlə ünsiyyətə, izaha, motivasiyaya və tərbiyəvi prosesə daha çox zaman ayıra bilir. Bu isə təhsilin keyfiyyətinin artması ilə birbaşa əlaqəlidir.

Azərbaycan təhsili süni intellektlə necə güclənə bilər?Qiymətləndirmə sahəsində süni intellektin tətbiqi də mühüm üstünlüklər yaradır. Xüsusilə formativ qiymətləndirmə, yazılı tapşırıqlar və layihə işlərinin ilkin analizində süni intellekt müəllimə dəstək rolunu oynaya bilər. PISA nəticələrinin təhlili göstərir ki, şagirdlər üçün ən böyük problem gec və qeyri-konkret geribildirimdir. Süni intellektin köməyi ilə şagird tapşırığı yerinə yetirdikdən dərhal sonra səhvini görür və düzəltmək imkanı əldə edir. Finlandiya və Estoniya təcrübəsi göstərir ki, sürətli və fərdiləşdirilmiş geribildirim şagird motivasiyasını və öyrənmə dərinliyini əhəmiyyətli dərəcədə artırır.

Süni intellektin təhsilə verə biləcəyi faydalardan biri də idarəetmə və planlaşdırma sahəsindədir. Şagird davamiyyəti, akademik risk qruplarının müəyyən edilməsi, erkən məktəbdən yayınma ehtimalı, müəllim ehtiyacı və resurs bölgüsü kimi məsələlər böyük verilənlərin analizi əsasında daha dəqiq müəyyən edilə bilər. Dünya Bankının məlumatlarına görə data əsaslı idarəetməyə keçən təhsil sistemlərində resurs itkisi azalır və qərarların effektivliyi yüksəlir. Elm və Təhsil Nazirliyinin son illərdə elektron sistemlərin, rəqəmsal platformaların genişləndirilməsi istiqamətində apardığı siyasət süni intellektin tətbiqi üçün mühüm zəmin yaradır və bu, strateji baxımdan düzgün addımdır.

Bununla yanaşı, mənfi tərəflər və risklər də nəzərə alınmalıdır. Süni intellekt etik çərçivə və hüquqi tənzimləmə olmadan tətbiq edildikdə məlumat təhlükəsizliyi, yanlış qiymətləndirmə və müəllimin rolunun kölgədə qalması kimi problemlər yarada bilər. UNESCO-nun süni intellektlə bağlı təhsil tövsiyələrində açıq şəkildə bildirilir ki, süni intellekt pedaqoji qərarların əsas subyekti yox, köməkçi mexanizmi olmalıdır. "Təhsil haqqında" Qanunda da təhsilin humanist xarakter daşıdığı və şəxsiyyətin inkişafına xidmət etdiyi vurğulanır. Bu baxımdan süni intellekt insan amilini zəiflədən yox, gücləndirən model üzərində qurulmalıdır.

Müqayisəli təhlil göstərir ki, süni intellekti mərhələli şəkildə tətbiq edən ölkələr daha uğurlu nəticələr əldə edir. Sinqapur və Cənubi Koreyada ilkin mərhələdə süni intellekt müəllim üçün alət kimi istifadəyə verilib, sistem tam hazır olduqdan sonra genişlənib. Bu ölkələrdə süni intellekt müəllimi əvəz etməyib, əksinə müəllimin peşəkar rolunu gücləndirib. Azərbaycanın da bu yolu seçməsi təhsildə riskləri minimuma endirəcək.

Hesab edirəm ki, süni intellekt təhsil sisteminə tətbiq edildikdə fərdiləşmiş öyrənmə güclənəcək, müəllim yükü azalacaq, qiymətləndirmə daha obyektiv olacaq və idarəetmə qərarları daha əsaslandırılmış şəkildə veriləcək. Elm və Təhsil Nazirliyinin bu sahəyə ehtiyatla, mərhələli və pilot yanaşma ilə yanaşması müsbət və rasional addımdır. Əgər süni intellekt pedaqogikanın yerinə qoyulmasa, onun xidmətində istifadə olunarsa, bu texnologiya Azərbaycan təhsilinin keyfiyyətinin yüksəlməsində mühüm dönüş nöqtəsinə çevrilə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 554   Tarix: 10 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qrip mövsümü başladı - Bu şəxslər vaksin vurdura bilməz

Havaların soyuması ilə mövsümi virus infeksiyaları yenidən gündəmə gəlir. Payız aylarında insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və otaqların az havalandırılması respirator virusların yayılmasını asanlaşdırır. Son günlər havanın yağıntılı və sərin keçməsi də diqqəti qripdən qorunma yolların

06.10.2026 192
.

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Zati-aliləri,. Xanımlar və cənablar,. Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unika

06.10.2026 191
.

Bu ərazilərdə səhərə qədər su olmayacaq

Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə "İri Şəhərlərin Su Təchizatı" QSC məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlıdır. Qey

06.10.2026 300
.

Ombudsmanın maaşı artırıldı - Prezident təsdiqlədi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu təsdiq edib. bu barədə -a istinadən xəbər verir. Azərbaycan Respublikas

06.10.2026 248
.

"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ

"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy

06.10.2026 226
.

Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?

Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay

06.10.2026 202
.

Dünyada yenidən populyarlaşan 10 qədim ad

Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara

06.10.2026 182
.

Eyni marka, fərqli keyfiyyət? - Azərbaycandakı məhsullarla bağlı AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra gıda, təmizlik məhsulları və dərman sahəsi ilə bağlı fəaliyyət göstərən qlobal korporasiyalar Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq oradakı nümayəndəliklərini və fəaliyyətlərini bağladılar. Bizə də həmin məhsullar əsasən Avropa ölkələrindən və Rusiyada

06.10.2026 291
.

Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun

Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza

06.10.2026 187
.