Bir rəqəm səhvi, böyük problem: pulu necə geri almaq olar?
Bəzən başqa birinin kartına pul göndərərkən kart nömrəsini səhv yaza bilərik. Məbləğ kiçik olanda vətəndaşlar pulun geri qaytarılması üçün banka müraciət etmirlər. Lakin məbləğ çox olanda isə bu hal vətəndaşları narahat edir.
Belə bir hal baş verəndə nə etmək lazımdır? Bu pulu geri qaytarmaq mümkündürmü?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan vəkil Tağı Hüseynov bildirib ki, kartdan istənilən şəxsə pul göndərildikdə, köçürmə zamanı müəyyən məlumatlar görünür.
"Məsələn, pulun hansı karta və hansı banka məxsus karta göndərildiyi aydın olur. Lakin həmin şəxs tanımadığımız biri olduğu üçün onunla bağlı tam məlumat əldə etmək mümkün olmur.
Bu halda banka müraciət edilir. Ancaq adi müraciət və ya ərizə ilə bank cavab vermir. Mütləq şəkildə vəkil sorğusu tələb olunur. Yəni şəxsin özünün müraciətinə bank cavab verməyəcək.
Vəkil sorğusu ilə banka müraciət edilir və sorğuda konkret olaraq göstərilir ki, filan hesaba göndərilmiş pul var, xahiş olunur həmin hesabın kimə məxsus olduğu barədə rəsmi məlumat verilsin.
Bank iki cür cavab verə bilər:
Ya hesab sahibinin kimliyi və qeydiyyat ünvanı barədə məlumat təqdim edir ki, bu da həmin şəxsi tapmaq, ondan pulu tələb etmək və ya məhkəməyə müraciət etmək üçün əsas yaradır. Ya da bank imtina cavabı verir və bildirir ki, bu məlumat bank sirridir və açıqlana bilməz".
Vəkil bildirib ki, əgər bank imtina edərsə, bu zaman artıq bankın özü məhkəməyə verilir:
"Bankın hüquqi ünvanına uyğun olaraq müvafiq məhkəmədə iddia qaldırılır və məhkəmədən xahiş olunur ki, bankın üzərinə öhdəlik qoyulsun və həmin hesab sahibinin məlumatları açıqlansın.
Məhkəmə prosesində bank iştirak edir və məhkəmənin tələbi ilə hesab sahibinin məlumatlarını təqdim etməyə məcbur olur".
"Bundan sonra bank iş üzrə cavabdehlikdən çıxarılır və əsl cavabdeh, yəni pulu alan şəxs prosesə cəlb edilir.
Cavabdehin əvəz edilməsi həyata keçirilir və göndərilmiş pul artıq birbaşa həmin şəxsdən tələb olunur. Məsələ hüquqi baxımdan bu qaydada həll edilir", - ekspert yekunlaşdırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 690 Tarix: 18 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO
Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində güclü qum burulğanı müşahidə olunub. təbiət hadisəsinin görüntülərini təqdim edir:
08.07.2026 224 "Reuters": Tramp NATO liderləri ilə qapalı görüşlərdə ABŞ-ı ittifaqda saxlamaq istədiyini deyib
ABŞ prezidenti Donald Tramp Ankarada NATO ölkələrinin liderləri ilə görüşdə onlara ABŞ-ı hərbi blokda saxlamaq niyyətində olduğunu deyib. Bu barədə görüşlərdən məlumatlı mənbə "Reuters"ə danışıb. Mənbənin sözlərinə görə, Tramp qapalı görüşlərdə ABŞ-ın NATO-ya silah satmağa davam etməyə hazı
08.07.2026 152 Bu içki sağlamlığınız üçün TƏHLÜKƏLİDİR: Kardioloqdan XƏBƏRDARLIQ
Kardioloq Ceremi London ürək sağlamlığı üçün ən zərərli hesab etdiyi qida və vərdişlərdən danışıb. Onun sözlərinə görə, bəzi məhsulların müntəzəm qəbulu ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır və onlardan mümkün qədər uzaq durmaq lazımdır. -ın xarici mediaya istinadən xəbərinə görə
08.07.2026 211 Masallıda restoran rəhbərliyi ağacların kökündən çıxarılmasına görə CƏRİMƏLƏNDİ - FOTO
Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən "Park Masallı" restoranının ərazisində ağacların kökündən çıxarılması sakinlərin narazılığına səbəb olub. -ın qaynar xəttinə daxil olan şikayətdə bildirilib ki, ağacların kəsilməsinə səbəb restoran ərazisinin genişləndirilməsidir. -ın sorğusun
08.07.2026 256 Əfsanəvi canavarın sirri açılır? DNT nəticələri müzakirə yaradır
Amerikalı ovçu Çarlz Stüart əfsanəvi "Biqfut" (Bigfoot) hesab etdiyi məxluqun qalıqlarını tapdığını iddia edib. O bildirib ki, qalıqlar DNT analizinin aparılması üçün laboratoriyaya göndərilib. xəbər verir ki, bu barədə New York Post qəzeti məlumat yayıb. Stüartın sözlərinə görə, o, sözügedə
08.07.2026 273 Tramp: "Putin Ukrayna ilə danışıqların Moskvada keçirilməsini istəyir" - VİDEO
ABŞ Prezidenti Donald Tramp özü ilə Rusiya Prezidenti Vladimir Putinin Rusiya və Ukrayna liderlərinin mümkün görüşünü müzakirə etdiklərini bildirib. xəbər verir ki, bu barədə "Caliber" "Clash Report"a istinadən məlumat yayıb. Tramp görüşün gələcəkdə baş tutacağına əmin olduğunu qey
08.07.2026 163 Tramp İranla razılaşmanın "bitdiyini" elan etdi
Qəzəbli prezident Donald Tramp üç həftə əvvəl İranla imzaladığı atəşkəs müqaviləsinin "bitdiyini" bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bunun praktikada necə göründüyü hələ də bəlli deyil. Keçən ay müharibənin davam edəcəyi təqdirdə "iqtisadi fəlakət" barədə xəbərdarlı
08.07.2026 249 NATO 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracağını bəyan edib
NATO bu il Ukraynaya 70 milyard avro ayıracaq. APA-nın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə NATO-nun 36-cı Sammitinin yekunlarına dair "Ankara Bəyannaməsi"ndə qeyd olunub. NATO liderləri Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayaraq, 2026-cı ildə hərbi texnika, yardı
08.07.2026 142 Balakən sakinini sel apardı
Balakəndə 43 yaşlı kişini sel aparıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Katex kənd sakini 1983-cü il təvəllüdlü Aslan Ramazanoviç Rzayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb. Hazırda onun axtarışları davam etdirilir
08.07.2026 300